Məhkəmə qərarları › İş №e-2(009)-577/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-577/2023

07.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-577/2023 07.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, AR MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Səbail rayon Məhkəməsinin elektron məhkəmə informasiya sisteminə daxil olmuş iddia ərizəsinin qoşma hissəsində PDF formatında qeyd edilən “sığorta aktı”, “ödəniş taoşırığının surəti”, “aktın surəti”, “dövlət rüsumunun ödənilməsi barədə qəbz” “etibarnamə”, “çıxarışın surəti”, “pretenziya”, “qüsur aktı” və “icbari sığorta şəhadətnaməsinin surəti” adlı sənədlərin iddia ərizəsinə əlavə edildiyi göstərilsə də, həmin sənədlər məhkəməyə elektron qaydada göndərilməmiş, həmin sənədlər iddia ərizəsi ilə birlikdə elektron sistemə yerləşdirilməmişdir. Hakim hesab edir ki, iddiaçı tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər elektron qaydada məhkəməyə göndərilmədiyindən, həmin iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Hakim həmçinin qeyd edir ki, həmin qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 284-4-cü maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddialara dair iş üzrə sadələşdirilmiş qaydasında verilmiş iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar