Məhkəmə qərarları › İş №e-2(009)-588/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-588/2023

31.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-588/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı və nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC, Cavabdeh7 MMC və Cavabdeh6 MMC-yə «əmək haqqına əlavələrin ödənilməsi» tələbinə dair mülki işə 31 may 2023-cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC, Cavabdeh7 MMC və Cavabdeh6 MMC-yə «əmək haqqına əlavələrin ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ümumilikdə 47,957,34 manat pul vəsaitinin və 50 manat mediasiya xərcinin tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh5 MMC arasında xx.xx.2018-ci il tarixində əmək müqaviləsi bağlanaraq, o, sözügedən hüquqi şəxsə “əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis” vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə AR ƏM 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Müqavilənin şərtlərinə əsasən aylıq əmək haqqın 940.34 manat təşkil etmiş və əmək münasibətləri dövründə dəyişməz olaraq qalmışdır. Həmin müqavilənin 1 saylı əlavəsinə (vəzifə təlimatına) uyğun olaraq, şirkətin mağaza və anbarlarında əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində əmək qanunvericiliyinə, beynəlxalq təhlükəsizlik standartların tələblərinə əsasən təhlükəsizlik qayda və normalarına riayət olunmasına nəzarət etmək, mağaza və anbarlarda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanması və onların səbəblərinin və vəziyyətlərinin təhlil edilməsi onun vəzifə öhdəliklərinə (funksiyalarına) aid edilmişdir. Buna baxmayaraq, işlədiyi dövrdə şirkət tərəfindən sadalanan vəzifə funksiyalarından kənar işlərə cəlb edilmişdir. Belə ki, şirkət rəhbərliyi əməyin mühafizəsi və texniki təhlükəsizlik işlərindən savayı onu mülki müdafiə üzrə işlərin icrasına cəlb etmiş, bu məsələlərin icrasına bilavasitə ona həvalə etmişdir. Eyni zamanda qeyd edir ki, 2018-2022-ci illər üzrə mülki müdafiə tədbirlər planları onun tərəfindən hazırlanıb, şirkət rəhbəri və FHN tərəfindən təsdiq edilib, o, mülki müdafiə üzrə qərargah rəisi təyin edilmişdir. Bu hallar nəinki işlədiyi Cavabdeh5 MMC hətta hüquqi cəhətdən hər hansı əlaqəsi olmayan Cavabdeh4 MMC və digər sadalanan şirkətlərdə aydın şəkildə müşahidə edilir və müvafiq sənədlərdə öz əksini tapır. Beləliklə sadalan epizodlar onun işlədiyi müəssisədə vəzifə funksiyalarından kənar işlərə cəlb edilməyi ilə yanaşı, işləmədiyi və hər hansı əlaqəsi olmayan hüquqi şəxslərdə məcburi qaydada istismar edildiyinin nümunəsidir. Nəticə etibarı ilə işəgötürən əmək müqaviləsi bağlamadan onu özünün idarə etdiyi digər hüquqi şəxslərdə işə cəlb etməklə, inzibati xəta törətməklə yanaşı onun işçi kimi hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının qüvvədə olan inzibati xətalara dair qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətin yaranmasına səbəb olur. Bununla yanaşı işlədiyi dövrdə şirkət rəhbərliyi tərəfindən Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh3 MMC, Cavabdeh7 MMC, Cavabdeh8 MMC, Cavabdeh6 MMC və əmək müqaviləsi üzrə işlədiyi Cavabdeh5 MMC-də yanğın təhlükəsizliyinin təşkili işinə cəlb edilmişdir. Belə ki, “X3” MMC tərəfindən sadalanan şirkətlərə göstərilən bütün xidmətlər onun tərəfindən təşkil edilib və xidmətlər aktlara əsasən təhvil alınıb. Bütün bunlardan əlavə olaraq, 2018ci ildən etibarən sadalan bütün 9 şirkətin əməkdaşlarına yanğın təhlükəsizliyi qaydaları üzrə giriş təlimatı onun tərəfindən aparılıb və hal müvafiq qeydiyyat jurnallarında öz əksini tapır. Yuxarıda sadalanan hallar onun əmək münasibətləri dövründə bilavasitə vəzifə funksiyalarına aid olmayan işlərin icrasına cəlb edildiyini və bu funksiyaların nəinki işlədiyi hətta əmək münasibətlərində olmadığı digər 8 müəssisədə icra etdiyimi sübuta yetirir. Beləliklə də hesab edir ki, hüququn anologiyası tətbiq olunaraq, işlədiyi 51 (əlli bir) ay üzrə vəzifə maaşının 50% miqdarında, yəni ümumilikdə 47,957.34 34 (qırx yeddi min doqquz yüz əlli yeddi manat otuz dörd qəpik) manat məbləğində əlavə əmək haqqının ödənilməsi tələb olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2018-ci il tarixli İddiaçı ilə “X2” MMC arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. “X2” MMC-nin 23 aprel 2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 01 mart 2018-ci il tarixdən bu günə qədər MMC-nin Baş ofisində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində çalışır. “X2” MMC-nin 25 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 01 mart 2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər MMC-nin Baş ofisində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində çalışır. Yanğın Təhlükəsizliyi qaydaları üzrə giriş təlimatının keçirilməsi haqqında Qeydiyyat vərəqələrinin surətlərindən görünür ki, təlim keçirən məsul şəxs İddiaçı olmuşdur. “X2” MMC ilə “X3” MMC arasında bağlanmış 01 avqust 2021-ci il tarixli müqaviləyə əsasən, “X3” MMC (İcraçı) “X2” MMC-nin (Sifarişçi) mağazalarında əvvəlcədən quraçdırılmış yanğın xəbərvermə siqnalizasiya sisteminə hər kvartalda bir dəfə servis xidmətləri göstərməyi, Sifarişçi isə öz növbəsində Müqavilə ilə nəzərdə tutulmuş miqdarda və qaydada göstərilmiş xidmətləri ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC-nin, Cavabdeh9 MMC-nin, Cavabdeh3 MMC-nin, Cavabdeh1 MMCnin, Cavabdeh4 MMC-nin, Cavabdeh8 MMC-nin, Cavabdeh5 MMC-nin aktlarının surətlərindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə mağazalarda yanğın xəbərverici siqnalizasiya sistemində olan nasazlıqların aradan qaldırılmasında iştirak etmiş və işi təhvil almışdır. Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-nin direktoru tərəfindən təsdiq edilmiş 05 mart 2018-ci il tarixli Təhlükəsizlik texnikası üzrə Giriş Təlimatlarının surətlərindən görünür ki, təlimatın hazırlanmasında İddiaçı iştirak etmiş və təlimat onunla razılaşdırılmışdır. Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci bəndinin tələblərinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 9-cu maddəsinin “ə” bəndinə əsasən işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmə hüququ vardır. 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 196-cı maddəsinin 1-ci bəndində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. 223.1-ci maddəsinə əsasən əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır. 223.4-cü maddəsinə əsasən əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarını düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə işin hallarına və göstərilən maddi hüquq normalarına istinad edərək qeyd edir ki, İddiaçı Cavabdeh5 MMC ilə bağlamış olduğu əmək müqaviləsinə əsasən MMC-də əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Lakin sözügedən vəzifədə işlədiyi dövr ərzində iddiaçı MMC tərəfindən əməyin mühafizəsi işlərindən savayı eyni zamanda mülki müdafiə üzrə işlərin icrasına cəlb edilmişdir. Belə ki, iddiaçı 2018-2022-ci illər ərzində mülki müdafiə üzrə işlərin icrasına cəlb edilmiş və qərargah rəisi kimi fəaliyyət göstərmişdir. İddiaçı sözügedən işlərdə işçisi olduğu Cavabdeh5 MMC-dən başqa eyni zamanda Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-nin fəaliyyətində də iştirak etmişdir. Göründüyü kimi iddiaçı onunla heç bir əmək müqaviləsi bağlanmadan Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-də yanğın təhlükəsizliyinin təşkili işinə cəlb edilmiş, həmin xidmətlər iddiaçı tərəfindən işlənmişdir. Lakin əvəzində iddiaçıya heç bir haqq ödənilməmişdir. İddiaçının Cavabdeh5 MMC ilə əmək münasibətlərində olduğu müddət xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 51 ay, əmək haqqı isə 940,34 manat təşkil etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli rəyinə əsasən İddiaçı vəzifə maaşının yarısı miqdarında əlavə əmək haqqı ödənildiyi halda ona 51 ay üzrə ödənilməli məbləğin cəmi 65944,31 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinə Cavabdeh7 MMC-yə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, iddiaçının sözügedən MMC tərəfindən əmək vəzifələrindən kənar işlərə cəlb edildiyi təsdiq edə biləcək mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə göstərilənlərə əsasən yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçının öz əmək vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə sübuta yetirilsə də, həmin işlərin müqabilində ona əlavələr ödənilməsi cavabdehlər tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən iddia qismən təmin edilərək, 47,957.34 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-dən iddiaçının xeyrinə tutulmalı, iddia Cavabdeh7 MMC-yə münasibətdə təmin edilməməlidir. Məhkəmə eyni zamanda cavabdehlərin nümayəndəsi-vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsassızdır. Belə ki, ərizədə qeyd edilir ki, iddiaçı 2018-ci ilə kimi ayrı-ayrı əmək müfəttişliklərində və Əmək Nazirliyində əmək qanunvericiliyi üzrə mütəxəssis vəzifələrində çalışıb və bu səbəbdən o, bilməlidir ki, ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı işlədiyi dövr ərzində əmək müqaviləsində nəzərdə tutulmuş vəzifələrdən başqa işlərə cəlb edildiyini bilmişdir. Lakin o, həmin işlərə cəlb edilərkən, işin sonunda həmin müəssisələr tərəfindən əməyinin ödəniləcəyini nəzərində tutmuşdur. Lakin 2022-ci ilin iyun ayında işdən azad edildikdən sonra onunla haqq-hesab aparılarkən ona məlum olmuşdur ki, Cavabdeh5 MMC ilə əmək münasibətlərində olduğu dövr ərzində cəlb edildiyi əlavə işlərə görə onun əməyi ödənilməmişdir. Və bundan sonra hüquqi xidmət göstərilməsi üçün vəkilə müraciət etmişdir. Burdan da görünür ki, iddiaçı məhz 2022-ci ilin iyun ayında işdən azad edilərkən onun əməyinin ödənilmədiyini bilmiş və 2023-cü ilin fevral ayında hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi halda, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq bərabər hissələrdə tərəflərə aid edilməlidir ki, bununla da ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi isə cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-dən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-dən müştərək qaydada İddiaçı xeyrinə 47,957.34 manat məbləğində pul vəsaiti tutulsun. 50 manat mediasiya xərcinin 25 manat hissəsi Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-dən müştərək qaydada tutulub iddiaçıya ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-dən müştərək qaydada tutulub dövlət büdcəsinə (hesab: VÖEN ********** X1, Kod:210005, VÖEN: ********** müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik CTREAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar