Məhkəmə qərarları › İş №e-2(009)-672/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-672/2025

17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-672/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «nikahın pozulması və aliment tələbi» barədə iddiası üzrə mülki işə 17 mart 2025-ci il tarixdə, Bakı şəhərində, Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «aliment tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay qazancının və digər gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçıCavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. İddiaçı cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan onların münasibətləri pisləşmiş və ailə münasibətlərinə son qoyulmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsiailənin faktiki olaraq dağılmasına səbəb olmuşdur. Hazırda onların nikahları formal xarakter daşıyır,aralarında olan bütün ailə,ər-arvad münasibətləri kəsilmişdir və həmin münasibətlərin bərpa edilməsimümkün deyildir. Artıq xeylimüddətdir ki, iddiaçı cavabdehlə faktiki ayrılmışdır, onların övladları isə hazırda iddiaçı ilə yaşayır. Həmçinin qeyd olunur ki, cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 münasibətdə valideyinlik vəzifələrini də yerinə yetirmir. Halbuki, o,"xxxx" da çalışır və kifayət qədər yüksək məvacib alır. Halbuki, uşağın maddi cəhətdən təmin olunması, onun gündəlik təlabatınının ödənilməsi, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün cavabdehdə məsuliyyət daşıyır, həmçinin uşağın qayğısına qalmaq və onu tərbiyə etmək cavabdehin valideynlik borcudur. Qeyd olunurki,alimenttələbi ilə bağlı tərəflər mediasiya təşkilatına müraciət etsələr də, onların arasında bu barədə razılıq əldə olunmamışdır. Bu səbəbdən də hesab olunur ki, qüvvədə olan qanunvericiliyə əsasən birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər ay qazancının və digər gəlirlərinin üçdə bir hissəsində aliment cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 508 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və digər gəlirlərinin üçdə bir hissəsində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh nikahın pozulmasına və uşaqların iddiaçının yanında saxlanılmasına razı olduğunu bildirmiş, lakin alimentin onun real imkanlarına uyğun gələn məbləğdə tutulmasını və aliment məbləğinin 50 faizdən çox olmayan hissəsinin uşaqların adlarına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Mygov internet portalından Çıxarışın surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar. AZ-İİİ № 556447 və AZ-İİİ № 993839 nömrəli Doğum haqqında Şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2015-ci il təvəllüdlü X7 xx.xx.2017-ci il təvəllüdlü X6 adında övladları vardır. X2 görünür ki, X7 "xxxx" MMC-də bölmə rəhbəri vəzifəsində çalışır və aylıq əmək haqqısı 3984,01 manat təşkil edir. xx.xx.2025-ci il tarixli Barışıq sazişinin 1 və 2-ci bəndlərinə əsasən tərəflər nikahın pozulması, uşaqların ananın yanında saxlanılması barədə razılığa gəlirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, onların nikahları pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda (ər-arvadın qarşılıqlı razılığı olduqda) nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır Məhkəmə eyni zamanda cavabdehdən aliment tutulması məsələsinə münasibətdə hesab edir ki, iddiaçının cavabdehin qazancının üçdə bir hissəsi qədər aliment tələbi qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 55.3-cü maddəsinə görə məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamaqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Hazırkı durumda alimentin 50 faizinin bank hesabına köçürülməsi alimentin qalan hissəsinin uşaqlar üçün minimum dolanacaq xərclərindən yüksək olacağını nəzərə alaraq, məhkəmə cavabdehin bu barədə xahişini əsaslı hesab edir və tutulan alimentin 50 faiz hissəsinin İddiaçı verilməsi, qalan 50 faiz hissəsinin isə xx.xx.2015-ci il təvəllüdlü X7 xx.xx.2017-ci il təvəllüdlü X1 adına açılmış bank hesabına köçürülməsi barədə yekun nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 20 iyun 2014-cü il tarixdə bağlanmış və 508 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 fevral 2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment tutulsun. Tutulan alimentin 50 faiz hissəsi İddiaçı verilsin, qalan 50 faiz hissəsi isə xx.xx.2015ci il təvəllüdlü X7 xx.xx.2017-ci il təvəllüdlü X1 adına açılmış bank hesabına köçürülsün. 50 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar