Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-689/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respubikası Müdafiə Nazirliyinə qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respubikası Müdafiə Nazirliyinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2016-cı il tarixdə, saat 16.00-da Xırdalan şəhəri, Z.Əliyev pr-ti ərazisində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü ilə sığortalanmış “Toyoto-Prado” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh AR Müdafiə Nazirliyinə məxsus olan və X3 tərəfindən idarə edilən “QAZ-3307” markalı, B514HM dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Toyoto-Prado” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Yevlax RPŞ DYPB-in KYP 290180 nömrəli, xx.xx.2016-cı il tarixli inzibati xəta haqqında protokoluna və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışa əsasən X3 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyoto-Prado” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 350 manat azadolma məbləği çıxılmaqla, 3990 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar ASC tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, bu günədək "xxxx" ASC-yə iş üzrə hər hansı ödəniş edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 3990 manat məbləğində vurulmuş zərər və 60,30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4050,30 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə AZ/MİC/16/0004 saylı, xx.xx.2016-cı il tarixli avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsi və həmin şəhadətnaməsinə 1 saylı Əlavəsinin surətinə əsasən "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə məxsus “Toyota Prado” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək sığortalanmış, sığorta məbləği 40.850 manat, sığorta haqqı 1.307,20 manat, azadolma məbləği 350 manat təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri İ.Səfərov tərəfindən təsdiq edilərək verilmiş 1253 saylı, xx.xx.2016-cı il tarixli yol vərəqəsinin surətinə əsasən “QAZ 3307” markalı, B514HM dövlət qeydiyyat nişanlı yük avtomaşını X3 idarə etmişdir. İş üzrə Yevlax RPŞ DYPB-nin KYP tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, X3 xx.xx.2016-cı il tarixdə Müdafiə Nazirliyinə məxsus “QAZ 3307” markalı, B514HM dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yexlax-Aran-Mingəçevir yolunun 3-cü km-də yük daşıma qaydalarının pozulması nəticəsində “Toyota Prado” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər yetirmiş, Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İş üzrə Yevlax RPŞ-nin DYPB tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisə nəticəsində təqsirli olan şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus “QAZ 3307” markalı, B514HM dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü X3, zərərə uğramış avtomobil - "xxxx" MMC-yə məxsus “Toyota Prado” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən olunmuşdur. İş üzrə “X6” MMC tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 008043 nömrəli qiymətləndirmə aktının surətinə əsasən «Toyota Prado» markalı, ** AK *** dövlət nömrə nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 3678,10 manat, 662,05 manat ƏDV, cəmi 4340,15 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2219/FY/CM-087/2016 saylı sığorta aktının surətindən görünür ki, "xxxx" MMC-yə məxsus “Toyota Prado” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitələrinin klmpleks sığortası” növü üzrə xx.xx.2017-ci il tarixədək "xxxx" ASC-də sığortalanmış, həmin müqavilə üzrə azadolma məbləği 350 manat məbləğində müəyyən edilmiş, xx.xx.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 etibarnamə əsasında idarə etdiyi “Toyota Prado” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomaşına 4340 manat məbləğində ziyan dəymiş və bununla bağlı 4340 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə "xxxx" ASC-nin 658 saylı, xx.xx.2017-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 2219/FY/CM-087/2016 sığorta aktına əsasən 4340,15 manat məbləğində pul vəsaitini "xxxx" MMC-yə sığorta ödənişini ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respubikası Müdafiə Nazirliyinə məxsus X2 yol vərəqəsi əsasında idarə etdiyi “QAZ 3307” markalı, B514HM dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü ilə sığortalanmış “Toyota Prado” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2016cı il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prado” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Toyota Prado” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə "xxxx" MMC-yə 4340,15 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Yevlax RPŞ DYPB-nin KYP tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsini törətmiş X3 Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə təqsirli blinərək 40 manat cərimə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2016-cı il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Prado” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 350 manat azadolma məbləği çıxılmaqla 3990 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənilmişdir. Yol-nəqliyyat hadisəsi törətmiş sürücü hadisə zamanı avtomaşını hərbi hissə tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə etmişdir. İddiaçı “Toyota Prado” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı ödədiyindən vurulmuş ziyanın ödənilməsi ilə bağlı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ödənilmiş cəmi 3990 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İş materiallarında olan sənədlərdən məlum olur ki, Yevlax RPŞ DYPB-nin KYP tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Müdafiə Nazirliyinə məxsus avtomobili idarə edən X3 törətdiyi yol-nəqliyyat hadisəsində təqsirli olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Göstərilən Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, idda tələbi təmin edilməli və sığorta ödənişi kimi zərərçəkənə ödənilmiş 3990 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilmiş 60,30 manat dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən "xxxx" ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 3990 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60,30 manat, cəmi 4050,30 (dörd min əlli manat, otuz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-689/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-689/2024
11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver