Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-772/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə onunla Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanda 15 mərtəbəli “Biznes mərkəzində” 7-ci mərtəbəsində sahəsi 500 kv.m. olan qeyri-yaşayış sahəsinin tikintisinə dair No1 podrat müqaviləsi (1 kv.m. qiyməti 1000 manat olan) bağlanmışdır. Müqaviləyə görə podratçı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanda 15 mərtəbəli “Biznes mərkəzində” 7-ci mərtəbəsində sahəsi 500 kv.m.olan qeyri-yaşayış sahəsinin tikintisini öz öhdəsinə götürmüşdür. Həmçinin həmin tarixdə şəxslər arasında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanında 15 mərtəbəli “Biznes mərkəzində” 7-ci mərtəbəsində sahəsi 500 kv.m. olan qeyri-yaşayış sahəsinin tikintisinə dair No2 podrat müqaviləsi (1 kv.m. qiyməti 1000 ABŞ dolları olan) bağlanmışdır. Müqaviləyə görə podratçı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanda 15 mərtəbəli “Biznes mərkəzində” 7-ci mərtəbəsində sahəsi 500 kv.m. olan qeyri-yaşayış sahəsinin tikintisini öz öhdəsinə götürmüşdür. Həmin kompleksin 1 mərtəbəsinin ümumi sahəsi 1000 kv.m.-dir. Yəni ümumilikdə 7-ci mərtəbə ilə bağlı müqavilələr qeyd olunan şəxslər arasında bağlanmışdır. Tikinti işləri ilə tam başa çatmış və sənədlərdə maliyyə arayışı təqdim olunmuşdur. Lakin tikinti işlərinin başa çatmasına və maliyyə ödənişlərinə dair arayışın təqdim olunmasına baxmayaraq, həmin qeyri-yaşayış sahəsi onlara təhvil verilməmiş və müvafiq olaraq üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində onun adına qeydə alınmamışdır. Müqavilədə göstərilən müddətlə bağlı normada ifadə olunmuşdur ki, podratçı müqavilədə göstərilən bütün şərtləri icra edib 24 ay müddətində sifarişçiyə ofisi karkas şəklində təhvil verməyi öhdəsinə götürür. Yəni müqavilədə göstərilən işlərin icra müddəti 24 ay müəyyən edilmişdir. Lakin həmin vaxtdan 6 il keçməsinə və bununla bağlı şəxsi pretenziya qaydasında xəbərdar etməsinə baxmayaraq adı çəkilən qeyri-yaşayış sahəsi ona təhvil verilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2015-ci il tarixdə bağlanmış (3.1-ci maddəyə əsasən tikilən ofisin sahəsinin 1 kv.m.sahəsi üçün 1000 manat ödəniş edilmiş) No 1, (3.1-ci maddəyə əsasən tikilən ofisin sahəsinin 1 kv.m.sahəsi üçün 1000 ABŞ dolları ödəniş edilmiş) No 2 podrat müqavilələrinə əsasən podratçı Əfəndiyev X1 İddiaçı sifarişinə əsasən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanda 15 mərtəbəli “Biznes mərkəzində” 7-ci mərtəbəsində sahəsi 2 - 500 kv.m. olmaqla ümumilikdə 1000 kv.m. tikintisi başa çatmış qeyri-yaşayış sahəsinə dair müqavilə öhdəliklərinin icra edilməsi və 2 - 500 kv.m. olmaqla, ümumilikdə 1000 kv.m. qeyri-yaşayış sahəsinin naturada təhvil verilməsi, həmçinin iş üzrə ödənilmiş dövlət rüsumlarının, hüquqi xidmətə görə ödənilmiş məbləğin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş üzrə “Podratçı” qismində Cavabdeh ilə “Sifarişçi” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, “Sifarişçi”nin bu müqaviləni əsas tutaraq sifariş edir, “Podratçı” Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanda 15 mərtəbəli “Biznes mərkəzində” 7-ci mərtəbəsində sahəsi 500 kv.m.olan qeyri-yaşayış sahəsinin tikintisini öz öhdəsinə götürür (bənd 1.1). “Podratçı” müqavilədə göstərilən bütün şərtləri icra edib 24 ay müddətində “Sifarişçi”yə ofisi, karkas şəklində təhvil verməyi öz öhdəsinə götürür (bənd 2.1). Tikilən ofisin sahəsinin 1 kv.m. qiyməti 1000 Azərbaycan manatı həcmindədir. Ümumi sahə 500 kv.m-dir (bənd 3.1). Müqavilənin qiyməti 500.000 Azərbaycan manatı olmaqla dəyişməz olaraq qalır (bənd 3.2). İş üzrə fiziki şəxs Cavabdeh tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 20-ci sahədə 15 mərtəbəli biznes mərkəzinin 7-ci mərtəbəsində 500 kv.m. sahənin tikintisi üçün ödəniləcək məbləğ sifarişçi İddiaçı tərəfindən tam ödənilmişdir. İş üzrə “Podratçı” qismində Cavabdeh ilə “Sifarişçi” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 02 saylı müqavilənin surətindən görünür ki, “Sifarişçi”nin bu müqaviləni əsas tutaraq sifariş edir, “Podratçı” Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanda 15 mərtəbəli “Biznes mərkəzində” qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsində sahəsi 500 kv.m.olan qeyri-yaşayış sahəsinin tikintisini öz öhdəsinə götürür (bənd 1.1). “Podratçı” müqavilədə göstərilən bütün şərtləri icra edib 24 ay müddətində “Sifarişçi”yə ofisi, karkas şəklində təhvil verməyi öz öhdəsinə götürür (bənd 2.1). Tikilən ofisin sahəsinin 1 kv.m. qiyməti 1000 ABŞ dolları həcmindədir. Ümumi sahə 500 kv.m-dir (bənd 3.1). Müqavilənin qiyməti 500.000 ABŞ dolları olmaqla dəyişməz olaraq qalır (bənd 3.2). İş üzrə fiziki şəxs Cavabdeh tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 20-ci sahədə 15 mərtəbəli biznes mərkəzinin 7-ci mərtəbəsinin tikintisi üçün ödəniləcək məbləğ sifarişçi İddiaçı tərəfindən ödənilib. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsi X7 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən qeyriyaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** və ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizələrə baxılmışdır. Müraciəti ilə əlaqədar bildirirlər ki, sahə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qeyri-yaşayış binası daxilində yerləşdiyindən notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim olunmalıdır. Qeyri-yaşayış binasının Cavabdeh aid olan hissəsi üzərinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-16(009)-116/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi və Bakı Kommersiya Məhkəməsinin e-16(113)-96/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə həbs qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-317/2023 nömrəlim, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə qadağa qoyulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən 13077,60 kv.m.qeyri-yaşayış binası paylı mülkiyyət hüququ üzrə X3 (5-ci mərtəbədən-862,2 kv.m. – xx.xx.2023-cü il tarixdən), X8 (3-cü mərtəbədən-280,0 kv.m. və 139,9 kv.m.; texniki mərtəbə - 422,0 kv.m., 12-ci mərtəbə 418,7 kv.m., 2-ci mərtəbədən 419,9 kv.m. və 893,7 kv.m. - xx.xx.2019-cu il tarixdən), X5 (1300,0 kv.m. – xx.xx.2020-ci il tarixdən), "xxxx" MMC-nin (150,0 kv.m. və 1-ci mərtəbədən 782,2 kv.m., yarımzirzəmidən – 843,6 kv.m.- xx.xx.2020-ci il tarixdən), "xxxx" QSC-nin (6-cı mərtəbədən 862,3 kv.m. – xx.xx.2023-cü il tarixdən), X2 (8-ci mərtəbədən 862,3 kv.m. – xx.xx.2022-ci il tarixdən), X4 (4-cü mərtəbədən 862,3 kv.m. – xx.xx.2022-ci il tarixdən), Cavabdeh (2170,9 kv.m. – xx.xx.2023-cü il tarixdən), X6 (7-ci mərtəbədən 862,3 kv.m.) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 172 ünvanında yerləşən 13077,6 kv.m.qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə SCavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanda 15 mərtəbəli “Biznes mərkəzində” Badamdar şossesi tərəfindən qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsində sahəsi 500 kv.m. olan və Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanda 15 mərtəbəli “Biznes mərkəzində” Badamdar şossesi tərəfindən qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsində sahəsi 500 kv.m.olan qeyri-yaşayış sahəsinin tikintilərinə dair iki müxtəlif podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə görə podratçı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanda 15 mərtəbəli “Biznes mərkəzində” Badamdar şossesi tərəfindən qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsində sahəsi 500 kv.m. olan və Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanda 15 mərtəbəli “Biznes mərkəzində” Badamdar şossesi tərəfindən qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsində sahəsi 500 kv.m.olan qeyri-yaşayış sahələrinin tikintilərini öz üzərinə götürmüşdür. Tikinti işləri tam başa çatmış və sənədlərdə bir müqavilə üzrə maliyyə arayışı təqdim olunmuşdur. Lakin tikinti işlərinin başa çatmasına və maliyyə ödənişlərinə dair arayışın təqdim olunmasına baxmayaraq, həmin qeyri-yaşayış sahələri onlara təhvil verilməmiş və müvafiq olaraq üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində onun adına qeydə alınmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xx.xx.2015-ci il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən Podratçı Əfəndiyev X1 İddiaçı sifarişinə əsasən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanda 15 mərtəbəli “Biznes mərkəzində” Badamdar tərəfdən qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsində sahəsi 500 kv.m. olan və Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanda 15 mərtəbəli “Biznes mərkəzində” Badamdar şossesi tərəfdən qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsində sahəsi 500 kv.m. olan olan tikintisi başa çatmış qeyri-yaşayış sahələrinə dair maliyyə arayışına əsasən həmin əmlakı onlara təhvil verilməsini xahiş etmişdir. Əgər müqavilə ilə nəzərdə tutulmuş tikintisi başa çatmış qeyri-yaşayış sahələrinin ümumi sahəsi 1000 kv.m. olan hissəsi 3 gün ərzində onlara verilməsə, tərəflərindən məhkəməyə müraciət olunacaq və məhkəmə rüsumu da tutulacaqdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanında 15 mərtəbəli “Biznes mərkəzi”nin 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 500 kv.m.olan qeyri-yaşayış sahəsinin tikintisinə dair xx.xx.2015-ci il tarixdə müqavilə bağlanılmış, müqaviləyə əsasən həmin qeyri-yaşayış sahəsinin 1 kv.m. qiyməti 1000 manat müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanında 15 mərtəbəli “Biznes mərkəzi”nin 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 500 kv.m. olan qeyri-yaşayış sahəsinin tikintisinə dair xx.xx.2015-ci il tarixdə 02 saylı müqavilə bağlanılmış və həmin qeyri-yaşayış sahəsinin 1 kv.m. qiyməti 1000 ABŞ dolları müəyyən edilmişdir. Müqavilələrə əsasən cavabdeh 24 ay müddətində iddiaçıya ofisi karkas şəklində təhvil verməyi öz öhdəsinə götürmüşdür. Hər iki qeyri-yaşayış sahəsinin tikintisi üçün ödəniləcək məbləğ iddiaçı tərəfindən Cavabdeh ödənilmiş və bununla bağlı maliyyə arayışları verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, müqavilələrə əsasən podratçı müqavilədə göstərilən bütün şərtləri icra edib 24 ay müddətində sifarişçiyə ofisi karkas şəklində təhvil verməyi öhdəsinə götürmüşdür. Tikinti işləri tam başa çatmışdır. Lakin 6 il keçməsinə baxmayaraq hər iki qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir. Bu səbəbdən iddiaçı xx.xx.2015-ci il tarixdə bağlanmış 1 və 2 nömrəli podrat müqavilələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanında 15 mərtəbəli “Biznes mərkəzi”nin 7-ci mərtəbəsində yerləşən ümumilikdə 1000 kv.m. olan tikintisi başa çatmış 2 qeyri-yaşayış sahəsinə dair müqavilə öhdəliklərinin icra edilməsi və həmin qeyri-yaşayış sahələrinin naturada təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1-4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilələr üzrə qeyri-yaşayış sahələrinin tikilib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahələrinə dair müqavilələr 2015-ci il tarixdə bağlanıldığından, sifarişçi (iddiaçı) müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək ona təhvil veriləcək qeyri-yaşayış sahələrinə dair şərtləşdirilmiş haqqı tam ödədiyindən, müqavilələrdə tikinti işlərinin icra müddətinin 24 ay müəyyən edilməsi və sifarişçiyə təhvil verilməsi nəzərdə tutulsa da, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyindən və tikintisini başa çatdırmış mübahisəli qeyri-yaşayış sahələrini iddiaçıya təhvil vermədiyindən, iddia tələbi qeyriyaşayış sahələrinin təhvil verilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinin cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi yardım xərcinə görə pulun tutulmasını tələb etsə də, bu hallar təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin tutulması hissəsində tələb təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli müqavilələrə əsasən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ünvanında 15 mərtəbəli “Biznes mərkəzi”nin 7-ci mərtəbəsində yerləşən sahəsi hər bir müqavilə üzrə 500 kv.m. olmaqla, ümumi sahəsi cəmi 1000 kv.m. təşkil edən qeyri-yaşayış sahələri İddiaçı təhvil verilsin. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-772/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-772/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver