Məhkəmə qərarları › İş №e-2(009)-775/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-775/2023

24.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-775/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MMC-nin nümayəndəsi X17, Cavabdeh3 MMC-nin nümayəndəsi X18 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə və Cavabdeh2 MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23) qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına yetirilmiş mənəvi sarsıntı, ömürlük əzab və iztirab verən xəsarətlərə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat, 3 yaşlı qızının ölməsi ilə vurulmuş - mənəvi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərərin əvəzi olaraq 40.000 manat, tibbi xərclərlə bağlı vurulmuş maddi zərərə görə 15.800 manat, övladının dəfn və yas xərcləri ilə bağlı vurulmuş maddi zərərə görə 8.000 manat olmaqla, ümumilikdə 93.800 manat məbləğində pulun cavabdeh "xxxx" MMCndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: "xxxx" MMCnin işçisi X23 13 dekabr 2020-ci il tarixdə, saat 16:45də idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, cavabdehə məxsus “Hyundai HD 65” yük markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, onun sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirilməsinə, azyaşlı qızı Aminanın ölməsinə səbəb olan qəza törətmişdir. Belə ki, cavabdehin işçisi Ramil Məmmədov qeyd olunan tarixdə və vaxtda Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində «X33» Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, normal hərəkət zamanı vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ hissəsi ilə hərəkət etməli olduğu halda bunu etməyib yolun ortasındakı bütöv ağ nişanlanma xəttinin üzərində idarə etdiyi avtomobillə onların sərnişini olduqları X14 idarə etdiyi “Renault Tondar” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapı hissəsi ilə toqquşmuş, nəticədə ona qapalı kəllə-beyin travması, başbeyin silkələnməsi, hemapnevmatoroksla (döş boşluğuna qanın və havanın toplanması) müşahidə olunan sağ tərəfli İ, sol tərəfli İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, sol körpücük sümüyünün və sol bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınıqları, sol qaş nahiyəsinin, sol üst göz qapağından keçən əzilmiş-cırılmış yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, azyaşlı qızım Amina Qarayevanın isə açıq kəllə beyin travması, kəllə tağı sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının xaricə tökülməsi ilə müşayiət olunan geniş sahəli əzilmiş-cırılmış yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ölməsinə səbəb olmuşdur. Cavabdehin işçisi X10 törətdiyi qəza onun həyat üçün təhlükəli olan ağır dərəcəli xəsarətlər almağına, azyaşlı körpəsinin ölümünə səbəb olduğundan, o, Abşeron Rayon Məhkəməsinin 1(012)-445/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ramil Məmmədovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2. maddəsi ilə məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 1(012)-445/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü qanuni qüvvəyə minmişdir. Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdehin işçisinin hüquqazidd hərəkətlərinə görə baş verən hadisə nəticəsində əzablarına, iztirablarına, ruhi sarsıntılarına səbəb olan sağlamlığına bərpaolunmaz, silinməz xəsarətlər yetirildiyinə və körpə qızı öldüyünə görə ona mənəvi zərər dəymişdir. Baş vermiş cinayət mənəvi hüzurunun pozulmasının təməlini qoydu. Hadisədən dərhal sonra “Sumqayıt Şəhər Travmatologiya Xəstəxanası”nda, sonra “X42”da və “Bakı Sağlamlıq Mərkəzi”ndə tibbi müdaxilələrə məruz qalmışdır. Bir ilə yaxın yataq rejimində olmuşdur. Qaşının üstü partladığına, sümükləri qırıldığına görə cərrahi əməliyyatlar keçirmişdir. Həmin əməliyyatlardan sonra davamlı əzab çəkir. Bu qəza nəticəsində sağlam əzaları xəstə hala düşdü, ciyərində problem yarandığı üçün bəzi hallarda tənəffüs gərginliyi yaşayır. Bədənindəki çoxsaylı sümük qırıqları, aldığı müxtəlif müalicələr, köçürülən sistemlər, fizioterapiyalar, qəbul etdiyi ağrikəsici dərmanlar həyatının normal ahəngini pozub. Davamlı iztirablara, ruhi sarsıntılara məruz qalır. Hökmdə əks olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 31 nömrəli rəyindən görünür ki, onun bədənində dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid - qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, hemapnevmatoroksla (döş boşluğuna qanın və havanın toplanması) müşahidə olunan sağ tərəfli İ, sol tərəfli İ. İİ, İİİ, İV. V, Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, sol körpücük sümüyünün və sol bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınıqları, sol qaş nahiyəsinin, sol üst göz qapağından keçən əzilmiş-cırılmış yaraları aşkar olunmuşdur. Sol körpücük sümüyünün və sol bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınıqlarını birləşdirmək üçün keçirdiyi cərrahi əməliyyatlar nəticəsində bədəninə ömür boyu daşıyacağı dəmirlər qoyuldu. Hadisədən 2 ildən çox keçsə də aldığı xəsarətlər və bədənindəki dəmirlər normal hərəkətinə məhdudiyyətlər yaradaraq ona davamlı əzablar verir. Bütün bu iztirabların, ruhi sarsıntılarının şiddəti daha da artdı. Səbəbi, hadisə nəticəsində canının bir parçası olan balasını itirməyidir. Hökmdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 119 nömrəli rəyindən görünür ki, qızı X7 meyitində açıq kəllə beyin travması, kəllə tağı sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının xaricə tökülməsi ilə müşayiət olunan geniş sahəli əzilmiş-cırılmış yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Aminanın ölümünə səbəb kəllə tağı sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqlan və beyin toxumasının xaricə tökülməsi ilə müşaiyət olunan başın küt travması olmuşdur, ölümü xx.xx.2020-ci ildə saat 20:00-da meyitin müayinəsi keçirilən vaxtdan 2-4 saat əvvəl baş vermişdir. O, xəstəxanada ağır vəziyyətdə olduğu üçün 2 həftə ərzində övladının ölümü ondan gizli saxlanılıb. Bildi ki, qızı açıq kəllə-beyin travması alaraq, hadisə yerində keçinib. Başından aldığı xəsarətlərdən körpəsinin balaca beyni dağılaraq yerə tökülmüşdür. Bu dəhşətli faciə onun və ailəsinin həyatını alt-üst etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarına əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi nəzərə alınmalıdır.Onun iztirablarının, sarsıntılarının dərəcəsini təsəvvür belə edə bilinməz. Çünki, hər dəfə uşaq görərkən qızını xatırlayır. Onu görmək, qucaqlamaq, oxşamaq istəyir. Lakin edə bilmir. Çünki cavabdehin işçisi övladını yaşamaq hüququndan, onu isə övladı ilə ünsiyyətdə olmaq, onu böyütmək hüququndan məhrum etdi. Qızını xatırlayarkən körpəsinin başından aldığı xəsarətlərdən balaca beyninin dağılaraq yerə tökülməsi yadına düşür. Bunu hər gün yaşamaq ana üçün işgəncədir. Bədəninə qoyulan dəmirlərsə onu əvvəlki kimi sərbəst hərəkət etməkdən məhrum edib. Bu iztirablarının ömür boyu bitməyəcəyini göstərir və bütün bunlar onu çox sarsıdır, yaşama həvəsini azaldır, mənəvi hüzurunu pozur. Balasının yoxluğunu qəbullanmaq çox ağırdır. Hərdən elə gəlir ki, hardansa çıxıb gələcək. Amma gəlmir... Aciz qalır... Ruhu sarılır... İztirab çəkir... Ömrünün sonunədək bitməyəcək iztirablar! Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində onun fıziki mənəvi əzablar, iztirablar, sarsıntılar çəkməyi, məhrumiyyətlərə məruz qalmağı şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan tələbin həcmini bu əzabları, iztirabları və sarsıntıları yaşayan şəxs müəyyən edə bilər. İztirab və sarsıntılarının ömrünün sonunadək davam edəcəyini nəzərə alaraq cavabdehdən özünün sağlamlığına yetirilmiş xəsarətlərə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat, körpə qızının faciəvi şəkildə həlak olması nəticəsində vurulmuş mənəvi zərərə görə 40.000 manat pul alınaraq ona ödənilsə davamlı əzablarının, iztirablarının yüngülləşməsinə xidmət etmiş olar. Mənəvi zərərlə yanaşı ona 23.800 manatdan artıq maddi zərər də dəymişdir. Belə ki, sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirilməsi nəticəsində təcili yardım təxliyyəsi, ciyərlərə drenajların qoyularaq yığılmış qanın çəkilməsi, müayinələr, qan köçürülməsi, həkim-cərrahın dəvət edilməsi, qaşının üstündə, qolunda və çiynində aparılan açıq cərrahi əməliyyatlar, tikişlərin sökülməsi, köçürülən sistemlər, vurulan iynələr, qəbul etdiyi ağrikəsici və digər dərmanlar, fizioterapiyalar və sair tibbi xərclərə görə 15.800 manatdan, qızının dəfn və yas mərasiminə görə 8.000 maatdan artıq vəsait sərf edilib. Ona görə ümumilikdə 23.800 manat məbləğində vəsait də cavabdeh tərəfindən maddi zərər olaraq ona ödənilməlidir. Cəmiyyətdə baş verən qanun pozuntuları nəticəsində insanın ölümü nəinki onun yaxınları üçün, hətta bütün cəmiyyət və dövlət üçün ağır itki və məhrumiyyət hesab olunur. Çünki insan, bütün varlıqlar içərisində ən ali dəyərdir. Bəşəriyyət inkişaf etdikcə insanı, onun həyatını, azadlıqlarını (o cümlədən yaşamaq haqqını) ən çox hörmətə layiq olan dəyərlər kimi tanımış, onlara hörmət etməyi və qorumağı insanlığın mənəvi borcu, dövlətin isə öhdəliyi kimi qəbul etmişdir. Bu, insan hüquqlarına dair qəbul edilmiş mühüm beynəlxalq sənədlərdə açıqca bəyan edilmişdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, İqtisadi Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt, eləcə də Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt insan hüquqlarına laqeydliyin və həqarətin bəşəriyyətin vicdanını hiddətləndirən əməllərə gətirib çıxardığını vurğulamış, insanın bərabər və ayrılmaz hüquqlarını qəbul etməyin azadlığın, ədalətin və ümumi sülhün təməli olduğunu bildirmiş, bu hüquqların insan şəxsiyyətinə xas olan ləyaqət hissindən irəli gəldiyini etiraf etmiş və dövlətlərin insan hüquqlarına və azadlıqlarına hamılıqla hörmət edilməsini və onlara riayət olunmasını təşviq etməyə borclu olduqlarını təsdiqləmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Vurulmuş zərərlə bağlı tələbin məbləğinin müəyyən edilməsində Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin normaya görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bu baxımdan hamıya bəlli olan bir hal və ümumi qəbul edilmiş qayda ondan ibarətdir ki, şəxsin ölümü ilə bağlı dəfn günü, üç, yeddi, qırx, il, cümə axşamlarından ibarət olan yas mərasimləri keçirilir, məzarın üstü mərmər daşla düzəldilir. Yas mərasimlərində də iştirak edən şəxslərin sayından asılı olaraq dəyişməklə ehsan verilir. Lakin həmin xərclərin hansı məbləğdə çəkildiyinin sübuta yetirilməsi, həmin vaxt bununla bağlı sübutların toplanması mümkün deyil. Bundan başqa, sağlamlığa vurulmuş xəsarətlərə görə xəstəxanaya, həkimə, müalicəyə çəkilən xərclərin də tam məbləği ilə bağlı sübutların toplanması mümkün deyil. Ona görə də işin xüsusi xarakterik halları nəzərə alınmaqla iddiaçının çəkdiyi dəfn, hüzr və tibbi xərclərinin hamısını konkret sübutlarla təsdiq etməsini tələb etmək hazırkı halda onun həddən artıq ağır sübut etmə yükü altında qoyulması ilə nəticələnə bilər. Bu hal, həmçinin ədalət mühakiməsinin həqiqətə və ədalətə nail olmaqdan ibarət olan ümumi ideyasına və insan hüquqlarının təmin edilməsinə yönəlmiş ali məqsədinə də zidd olar. Belə ki, istənilən vətəndaş vəfat etmiş yaxınlarına yas mərasimləri təşkil edərkən cənazənin daşınmasına, dəfnə, həmçinin yas mərasimlərinin keçirilməsi üçün bazarlığa, qəbirin hazırlanmasına kifayət qədər böyük məbləğdə vəsait sərf edir. Eləcə də müalicə və reabilitasiyaya kifayət qədər vəsait sərf edirlər. Ona görə yas mərasimlərinin keçirilməsi və tibbi müdaxilə üçün xərclərin hamısına dair müvafiq sübutların təqdim edilməsi mümkün olmasa belə, təşəkkül tapmış yas adətlərinə görə istənilən vətəndaşın bununla bağlı qəbir yerinin ayrılmasına, qazılmasına, dəfn maşının xidmətindən istifadə edilməsinə, bazarlığın edilməsinə, məzar daşının və qəbirin ətrafının düzəltdirilməsinə, ehsan verilməsinə kifayət qədər böyük məbləğ sərf etməsi danılmazdır. Həmçinin əməliyyat zamanı cərraha, kiçik tibb heytinə əlavə vəsaitin ödənilməsi, dərman və digər ləvazimatların alınmasına, fizioterapevtin dəvət edilməsinə və bu kimi kifayət qədər böyük məbləğin sərf edilməsi danılmazdır. Bu məbləğlərin tutulmaması, sərf edilməsinin danılması qeyri-düzgündür və həqiqətən obyektivlik və ədalətdən kənardır. Bu səbəbdən hazırkı işdə də mənəvi zərərə görə təzminat müəyyən olunarkən, mülki hüquq pozuntusunun bir uşağın ölümü kimi mühüm itki ilə, həmçinin onun ömrünün sonunadək məhdudiyyətlərə məruz qalmağı ilə nəticələnməsi və bu hadisənin ona sarsıdıcı təsiri, keçirdiyi ruhi sarsıntı və iztirabın ömür boyu davam etməsi nəzərə alınmalıdır. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 MMCnin, (hüquqi varisləri) Cavabdeh3 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə əvəz edilməsini və iddiaçının sağlamlığına yetirilmiş mənəvi sarsıntı, ömürlük əzab və iztirab verən xəsarətlərə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat, 3 yaşlı qızının ölməsi ilə vurulmuş - mənəvi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərərin əvəzi olaraq 40.000 manat, tibbi xərclərlə bağlı vurulmuş maddi zərərə görə 15.800 manat, övladının dəfn və yas xərcləri ilə bağlı vurulmuş maddi zərərə görə 8.000 manat olmaqla, ümumilikdə 93.800 manat məbləğində pulun Cavabdeh3 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətlərindən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinin dəlilləri: Məhkəmənin hazırlıq iclasında əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Glirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 06 iyun 2023-cü il tarixli **********579700 nömrəli məktubdan və əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh2 MMC, 17 iyul 2023-cü il tarixli **********021600 nömrəli məktubdan və əlavə edilmiş sənədlərdən isə görünür ki, xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh3 MMC ayrılma və qoşulma şəklində "xxxx" MMCnin hüquqi varisləridir. Bu səbəbdən də cavabdeh "xxxx" MMC onun hüquqi varisləri Cavabdeh2 MMC və Cavabdeh3 MMC ilə əvəz olunmalı və iddia tələbi onlara münasibətdə təmin olunmalıdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh1 əsl cavabdehlər (hüquqi varisləri) Cavabdeh3 MMC və Cavabdeh2 MMC ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Cavabdeh2 MMC-nin nümayəndəsi X28 iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mənəvi zərərin ödənilməsi ilə bağlı "xxxx" MMC-nin hüquqi varislərinə qarşı ümümilikdə 93.800 (doxsan üç min səkkiz yüz) manat məbləğində əssasız iddia qaldırıb. 13 dekabr 2020-ci il tarixində saat 16:45 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron ərazisindən keçən zaman, ərazinin 20-ci kilometrində idarə etdiyi "Renault Tondaf’ minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri istiqamətində 70 km/saatda hərəkət edərkən "Delta Qrup C.O.” MMC-yə məxsus "HYUNDAİ HD 65” yük markalı ** JE *** dövlət qeyydiyat nişanlı avtomobillə toqquşmuşdur və nəticədə şirkətə külli miqdarda ziyan dəymişdir. İddiaçı “Renault Tondar" minik markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobildə üzü Bakı şəhəri istiqamətinə hərəkət edirdi. Qeyd olunan tarixdə, hadisə zamanında "Renault Tondar" minik markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində iddiaçının yaxın qohumları da hərəkət edirdilər və “Renault Tondar" minik markalı avtomobilin sürücü X27 özü şəxsən qəzadan sonra özünün günahı nəticəsində yol faciəsininin baş verdiyini və qəzanın səbəbkarı kimi özünü təqsirkar olaraq bildirirdi və yüksək hərəkət etdiyi avtomobilin idarə etməsinin itirdiyindən düzgün ötmə əməliyyatı etmədiyindən qəzanın baş verməsini vurğulayırdı. 13 dekabr 2020-ci il tarixində qeyd olunan avtomagistralda təmir işləri getdiyindən yol iki tərəfli olduğu halda Qubadan Bakı istiqamətinə gələn nəqliyyat vasitələri üçün zəruri olaraq əks istiqamətdə gedən zolağa daxil olmaları barədə nişanlar quraşdırılmışdır və iddiaçının əyləşdiyi hərəkət etdiyi nəqliyyat vasitəsi 50 km/saatda idarə etməsi nişanına məhəl qoymayaraq, ötmə əməliyyatının icazə verilmədiyi halda iddiaçının əyləşdiyi nəqliyyat vasitəsi saatda 70 km hərəkət edərək ötmə əməliyyatı edir və şirkətə məxsus nəqliyyat vasitəsinə çırpılır. Eyni zamanda "xxxx"MMC-nin (zərər çəkmiş) nümayəndəsi kimi şirkətə məxsus nəqliyyat vasitəsinin sürəti barəsində elektron GPRS sistemi vasitəsi ilə 60 km/saatda icazə verildiyi halda nəqliyyat vasitəsi saatda 57 km sürəti ilə hərəkət etdiyi barəsində məlumatları məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsindən göründüyü kimi iddaçının əyləşdiyi nəqliyyat vasitəsi öz zollağından çıxaraq bir tərəfli yolda ötmə əməliyyatını pozaraq "Delta Qrup C.O.” MMC-yə məxsus "HYUNDAİ HD 65" yük markalı ** JE *** dövlət qeyydiyat nişanlı avtomobilə çırpılaraq qəza törədir və qəza nəticəsində İddiaçı az yaşlı uşağı həlak olur və şirkətin keçmiş sürücüsü olan X23 əzilərək X11 vasitəsi ilə sürücüyə ilkin yardım göstərilir və qaza yerindən xəstəxanaya aparılır. O, zərərçəkmişin nümayəndəsi kimi dəfələrlə iddiaçının yaxınları ilə görüşmüş qəzanın baş verməsini inciləmiş və şirkətə qarşı heç bir iddiaların olmadığlarını bildirmişlər, eyni zamandada hüquq mühafizə orqanlarında 1 (bir) ilə yaxın istintaq getdiyi dövrdə hər hansı bir iddia ilə bağlı rəsmi müraciət olunmayıb, iddiaçı tərəfindən lakin hadisədən təxminən 3 il keçdikdən sonra iddiaçı şirkətə qarşı tamamilə absurd bir mənəvi iddialarla çıxış edərək 93.800 (doxsan üç min səkkiz yüz) manat çivarında məbləğlə məhkəməyə müraciət edir və iddia qaldırır. İddia tamamilə yanlışdır heç bir mənəvi və fiziki iddiadan gedə bilməz. Bu məsələdə onlar şirkət olaraq zərərçəkmiş olduqlarından nəqliyyat vasitələrinə 10.000 (on min) manata yaxın zərər dəymişdir, nəqliyyat vasitəsi təxminən 1 (bir) ilə yaxın olaraq cərimə meydançasında qalmışdır bu isə təbii ki, onların iş prossesinə külli miqdarda ziyan dəyməsilə nəticə vermişdir. İddiaçının yaxın qohumu “Renault Tondar” minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 şəhəri, Abşeron rayon Məhkəmisinin Hökmü (xx.xx.2021 -ci il tarixli İş № 1(012)-445/2021 saylı,) ilə özünün ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək vurğulayır (qeyd olunun Hökmün 6-cı abzası). Şirkətin keçmiş sürücüsü olan X23 ilə “Delta Qrup C.O. MMC, xx.xx.2020-ci il tarixində “X36 haqqında Müqavilə” bağlamışdır. Müqavilənin bir necə bəndində qeyd olunur ki, işçi onun təqsirli (qəsd və ya ehtiyatsızlığından) əməlləri (hərəkət və ya hərəkətsizliyi) nəticəsində ona həvalə edilmiş əmlak və maddi digər sərvətlərə İşəgötürənin qarşısında tam maddi məsulliyyət daşıyır və əmək münasibətləri prossesində İşçiyə ona etibar edilən əmlaka tam olaraq məsulliyyət daşıyır. Cavabdeh1 MMC-nin keçmiş sürücüsü X23 hal-hazırda Abşeron rayon Məhkəmisinin Hökmü ilə Cinayyət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə edilməsindən məhrum edilib və 4 (dörd) il müddətinə azadlıqdan məhrum edilməklə cəzasına məhkum edilmişdir. Hesab edir ki, İddiaçı iddiası "xxxx"MMC-yə əsasızdır və iddia qəbul edilməməlidir, belə ki, Cavabdeh1MMC şirkət o zərərçəkmiş olaraq göstərilir, məhkəmənin araşdırlmasında və 93.800 (doxsan üç min səkkiz yüz) manat məbləğində əssasız iddianı zərərçəkmişdən tələb etmək ən əsası ədalətsizdir və qəzanı törədən şəxs sürücü X23 azadlıqdan məhrum edilməklə cəzasına hökm alıb cəzasını çəkir və hər hansı bu məsələ ilə bağlı iddia qaldırılsa da vətəndaş X8 istənilməlidir. Cavabdeh3 MMC-nin nümayəndəsi X29 iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mənəvi zərərin ödənilməsi ilə bağlı Cavabdeh1 MMC-nin hüquqi varislərinə qarşı ümümilikdə 93.800 (doxsan üç min səkkiz yüz) manat məbləğində əssasız iddia qaldırıb. Belə ki, 13 dekabr 2020-ci il tarixində saat 16:45 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron ərazisindən keçən zaman, ərazinin 20-ci kilometrində idarə etdiyi “Renault Tondar” minik markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri istiqamətində 70 km/saatda hərəkət edərkən "Delta Qrup C.O.” MMC-yə məxsus “HYUNDAİ HD 65” yük markalı ** JE *** dövlət qeyydiyat nişanlı avtomobillə toqquşmuşdur və nəticədə onların şirkətinə xeyli miqdarda ziyan dəymişdir. Qeyd olunan tarixdə hadisə zamanı “Renault Tondar” minik markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində iddiaçının yaxın qohumları ilə birlikdə özüdə olubdur və təqsirkar sürücü X27 özü şəxsən qəzadan sonra özünün günahı nəticəsində yol faciəsininin baş verdiyini və qəzanın səbəbkarı kimi özünü təqsirkarlı olaraq bildirirdi və yüksək hərəkət etdiyi avtomobilin idarə etməsinin itirdiyindən düzgün ötmə əməliyyatı etmədiyindən nəticədə qəzanın baş verməsini bildirmişdir. 13 dekabr 2020-ci il tarixində qeyd olunan avtomaqistralda təmir işləri getdiyindən yol iki tərəfli olduğu halda Qubadan Bakı istiqamətinə gələn nəqliyyat vasitələri üçün zəruri olaraq əks istiqamətdə gedən zolağa daxil olmaları barədə nişanlar quraşdırılmışdır və iddiaçının əyləşdiyi hərəkətdə olan nəqliyyat vasitəsi 50 km/saatda idarə etməsi nişanına məhəl qoymayaraq, ötmə əməliyyatının icazə verilmədiyi halda iddiaçının əyləşdiyi nəqliyyat vasitəsi (iş materialarından göründüyü kimi) saatda 70 km/saat hərəkət edərək ötmə əməliyyatı edir və bizim şirkətimizə məxsus nəqliyyat vasitəsinə çırpılır. Eyni zamanda, ”Delta Qrup C.O.” MMC-nin (zərər çəkmiş şəxsin) nümayəndəsi X28 şirkətə məxsus nəqliyyat vasitəsinin sürəti barəsində elektron GPRS sistemi vasitəsi ilə 60 km/saatda icazə verildiyi halda bizim nəqliyyat vasitəsi saatda 57 km/saat sürəti ilə hərəkət etdiyi barəsində məlumatları Abşeron Rayon Məhkəmənə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsindən göründüyü kimi iddaçının əyləşdiyi nəqliyyat vasitəsi öz zollağından çıxaraq bir tərəfli yolda ötmə əməliyyatını pozaraq Cavabdeh1 MMC-yə məxsus “HYUNDAİ HD 65” yük markalı 99JE463 dövlət qeyydiyat nişanlı avtomobilə çırpılaraq qəza törədir və qəza nəticəsində İddiaçı az yaşlı uşağı həlak olur və bizim şirkətimizin keçmiş sürücüsü olan X23 əzilərək X11 vasitəsi ilə sürücüyə ilkin yardım göstərilir və qaza yerindən xəstəxanaya aparılır. Cavabdeh1 MMC-nin nümayəndəsi X28 zərərçəkmişin nümayəndəsi kimi dəfələrlə iddiaçının yaxınları ilə görüşmüş, qəzanın baş verməsini inciləmiş və bizim şirkətə qarşı heç bir iddiaların olmadığlarını bildirmişlər, eyni zamandada hüquq mühafizə orqanlarında 1 (bir) ilə yaxın istintaq getdiyi dövrdə hər hansı bir iddia ilə bağlı rəsmi müraciət olunmayib. İddiaçı tərəfindən hadisədən təxminən 3 il keçdikdən sonra İddiaçı bizim şirkətə qarşı tamamilə əsassız bir mənəvi iddialarla çıxış edərək 93.800 (doxsan üç min səkkiz yüz) manat çivarında məbləğlə məhkəməyə müraciət edir və iddia qaldırır. İddia tamamilə əsassızdır, baş vermiş hadisə zamanı şirkət olaraq zərərçəkmiş olduqlarından nəqliyyat vasitələrinə 10.000 (on min) manata yaxın zərər dəymişdir, nəqliyyat vasitəsi təxminən 1 (bir) ilə yaxın cərimə meydançasında qalmışdır və nəticədə iş prossesində ciddi problemlər yaranmış və maddi zərər dəyməsilə nəticə vermişdir. İddiaçının yaxın qohumu (qardaşı) “Renault Tondar” minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 şəhəri, Abşeron rayon Məhkəmisində cinayət işinə baxılarkən özünün ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Şirkətin keçmiş sürücüsü olan X23 ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixində “X36 Haqqında Müqavilə” bağlamışdır və Müqavilədə qeyd olunur ki, işçi onun təqsirli (qəsd və ya ehtiyatsızlığından) əməlləri (hərəkət və ya hərəkətsizliyi) nəticəsində ona həvalə edilmiş əmlak və maddi digər sərvətlərə İşəgötürənin qarşısında tam maddi məsulliyyət daşıyır və əmək münasibətləri prossesində İşçiyə ona etibar edilən əmlaka tam olaraq məsulliyyət daşıyır. Bundan əlavə Cavabdeh1 MMC-nin keçmiş sürücüsü X23 hal hazırda Abşeron rayon Məhkəmisinin Hökmü ilə Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 263.2- ci maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrinin idarə edilməsindən məhrum edilib və 4 (dörd) il müddətinə azadlıqdan məhrum edilməklə cəzasına məhkum edilib. Bütün sadalananlardan və irəli sürülən dəlillərdən görünür ki, iddia tələbi əsassızdır və ona görə də rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X28 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi X29 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş, iddia ərizəsi ilə bağlı yazılı şəkildə münasibətini, o cümlədən iddia tələblərinə yazılı etiraz və mülahizənizi məhkəməyə təqdim etməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 890700 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X19 ilə X24 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış nikah 571 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Qarayeva” soyadı verilmişdir. - 3 saylı Bakı “Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 099527 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2018ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X19, ana qrafasında İddiaçı qeyd edilmişdir. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 dekabr 2020-ci il tarixli AZ-İİ 130168 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2020–ci ildə baş beyin ocaqlı travma nəticəsində ölmüşdür. - Abşeron rayonu Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-445/2021 saylı hökmündən görünür ki, X27 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, X23 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2021-ci il tarixindən hesablanması hökm edilmişdir. - Hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında göstərişdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)- 445/2021 saylı hökmü xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alnmış "xxxx" MMC (VÖEN **********) xx.xx.2023-cü il tarixdə "X39 Ltd" MMCnə (VÖEN **********) qoşulması nəticəsində dövlət reyestrindən çıxarılmış, "X39 Ltd" MMC yenidən təşkil edilmiş və onun hüquqi varisidir. - "Delta Qrup C.O.” MMC-nin xx.xx.2023-cü il tarixli Təsisçisinin Qərarından görünür ki, "xxxx" MMC (VÖEN: **********) “X39 Ltd MMC-yə (VÖEN: **********) (bundan sonra - Cəmiyyət) qoşulmuş və Cəmiyyət bu cür qoşulma nəticəsində yenidən təşkil olunmuşdur. Qoşulma dövlət qeydiyyatına alındığı tarixdən, "Delta Qrup C.O.” MMC-nin fəaliyyətlərinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələri “X39 Ltd MMC-yə keçmişdir. "xxxx" MMC-nin Cəmiyyətə qoşulması nəticəsində Cəmiyyətin nizamnamə kapitalı yenidən formalaşaraq hər biri 0.50 AZN dəyərində 75,249,280.00 paydan ibarət olmaqla 37,624.640.00 AZN həcmində müəyyən edilmiş və təsisçilər (iştirakçılar) arasında aşağıdakı qaydada bölüşdürülür: -"xxxx" MMC - 37.624.640.00 AZN. 75.249,280.00 pay, 24,503.040.00 AZN pul şəklində, 13,121,600.00 AZN əmlak şəklində. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC (VÖEN **********) xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMCnin tərkibindən ayrılma nəticəsində yaranmışdır və onun hüquqi varisidir. - İşəgötürən "xxxx" MMC ilə işçi X23 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, X2 Departamentinin Nəqliyyat şöbəsinə sürücü vəzifəsinə işə qəbul edilmişdir. - "xxxx" MMC ilə işçi X23 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış X36 haqqında müqavilədən görünür ki, işəgötürən (verilən əmlak, maddi və digər sərvətlər) əmək münasibətləri prosesində işçiyə etibar edir, İşçi isə ona etibar edilmiş obyektlərin saxlanılması, daşınması, emalı, istifadəsi, satışı və onlara bağlı digər əməliyyatların aparılıması ilə bilavasitə əlaqədar işlərin görülməsi və ya xidmətlərin göstərilməsi zamanı onların salamatlığını və təhlükəsizliyini təmin edir. İşçi onun təqsirli (qəsd və ya ehtiyatsızlığından) əməlləri (hərəkət və ya hərəkətsizliyi) nəticəsində obyektlərin tam və ya qismən məhv olması ilə bağlı işgötürənə dəymiş ziyanın ödənilməsi üçün İşəgötürənin qarşısında tam maddi məsulliyyət daşıyır. - ********** VÖEN nömrəli adlı Rəsulov Etibar adından sahibkarın Qarayev Nizami oğluna verilmiş Xaçmaz rayon məzar daşları sexinin xx.xx.2020-ci il tarixli ******* saylı qəima fakturasından görünür ki, Baş daşı 950 AZN, tumba 400 AZN, Sinə daşı 600 AZN, Güldanlar 200 AZN, Yerinə qurulması 450 AZN, şəkilin vurulması 200 AZN cəmi 2800 AZN. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqi eksperti X4 03 fevral 2023-cü il tarixli 596 saylı Rəyindən görünür ki, 2 fevral 2023-cü il tarixində Xaçmaz rayonu Qobuqırağı kənddində yerləşən qəbirstanlıqda X7 qara mərmərdən hazırlanmış qəbirinə baxış keçirmişdir, qəbirə çəkilən xərcin 2020-ci ilin dekabr ayına bazar dəyəri 2912 (iki min doqquz yüz on iki) manat təşkil edirdi. - AOTİC MMC-nin xx.xx.2023-cü il tarixli 001 saylı məktubundan görünür ki, Qarayevə Alidə ilqar qızının əməliyyatlarında istifadə olunan - Locking davicle plate (1 ədəd), locking 7 hin Narrow plate U ədəd), 2.7 mm Cortical screw (1 ədəd), 3.5 MM Cortical screw (11 ədəd) ləvazimatlarının 2020-ci il dekabr ayına olan ümumi dəyəri 1300 AZN təşkil etmişdir. - X42 klinikasının xx.xx.2023-cü il tarixli 08 saylı məktubundan görünür ki, 1990-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixində Sumqayıt şəhər Mərkəzi xəstəxanasından X42 klinikasının reanimasiya şöbəsinə köçrülmüşdür. Xəstənin müalicə və müayinəsinə eyni zamanda, manipulasiya xidmətləri ilə bağlı klinikanın xəzinəsinə 3124 AZN ödənilmişdir. -Bakı sağlamlıq mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində mərkəzin Cərrahiyyə şöbəsinə daxil olmuş, "Döş qəfəsinın çoxsaylı travmaları, Döş qəfəsinin küt travması, Çoxsaylı qabırğa sınıqları, Hər iki ağciyərin kontuziyası, Posttravmatik hidrotoraks" diaqnozu qoyulmuş, xx.xx.2020-ci il tarixində ümumi anesteziya altında "Sol körpücük sümüyünün metal lövhə ilə ostesintezi. Sol mil sümüyünün metal lövhə ilə osteosintezi" əməliyyatları icra edilmişdir. xx.xx.2020-ci il tarixində xəstə yaxşılaşma ilə evə yazılmışdır. xx.xx.2020-ci il tarixində xəstə rentgen müayinəsindən. xx.xx.2021-ci il tarixində tikişin sökülməsi üçün, xx.xx.2021-ci il tarixində isə yenidən rentgen müayinəsindən keçmək üçün müraciət etmişdir. - Bakı sağlamlıq mərkəzinin təqdim etdiyi hesab-fakturalardan görünür ki, İddiaçı tərəfindən 20 manat, 15 manat, 66 manat, 2953 manat ödənişlər olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-445/2021 saylı hökmünə əsasən, X23 13 dekabr 2020-ci ildə saat 16:45-də Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus HYUNDAİ HD 65 yük markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində 57 km/saat sürətlə hərəkətdə olarkən, normal hərəkət zamanı vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ hissəsi ilə hərəkət etməli olduğu halda bunu etməyib «X33» Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini və 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək «X33» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun ortasındakı bütöv ağ nişanlanma xəttinin üzərində HYUNDAİ HD 65 yük markalı avtomobilin qabaq sol hissəsi Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olan X14 idarə etdiyi RENAULT TONDAR minik markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapı hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan RENAULT TONDAR minik markalı avtomobildə olan sərnişinlər İddiaçı qapalı kəllə-beyin travması, baş- beyin silkələnməsi, hemapnevmatoroksla (döş boşluğuna qanın və havanın toplanması) müşahidə olunan sağ tərəfli İ, sol tərəfli İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, sol körpücük sümüyünün və sol bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınıqları, sol qaş nahiyəsinin, sol üst göz qapağından keçən əzilmiş-cırılmış yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətləri yetirməsinə, X12 açıq kəllə beyin travması, kəllə tağı sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının xaricə tökülməsi ilə müşayiət olunan geniş sahəli əzilmiş-cırılmış yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərini yetirərək ölümünə, HYUNDAİ HD 65 yük markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 9250 manat maddi ziyan vurmasına və RENAULT TONDAR minik markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi X9 4450 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Hökmlə həmçinin müəyən edilmişdir ki, X27 13 dekabr 2020-ci ildə saat 16:45-də Bakı-Quba - Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində idarə etdiyi X21ma məxsus RENAULT TONDAR minik markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən, normal hərəkət zamanı vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ hissəsi ilə hərəkət etməli olduğu halda bunu etməyib «X33» Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini və 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək «X33» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun ortasındakı bütöv ağ nişanlanma xəttinin üzərində RENAULT TONDAR minik markalı avtomobilin arxa sol qapı hissəsi Quba rayonu istiqamətində 57 km/saat sürətlə hərəkətdə olan X10 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus HYUNDAİ HD 65 yük markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan X5 baldır nahiyəsinin orta 1/3-nin sıyrığı kimi dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarət yetirməsinə, RENAULT TONDAR minik markalı avtomobildə olan sərnişinlər İddiaçı qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, hemapnevmatoroksla (döş boşluğuna qanın və havanın toplanması) müşahidə olunan sağ tərəfli İ, sol tərəfli İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, sol körpücük sümüyünün və sol bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınıqları, sol qaş nahiyəsinin, sol üst göz qapağından keçən əzilmiş- cırılmış yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətləri yetirməsinə, X25ma açıq kəllə beyin travması, kəllə tağı sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının xaricə tökülməsi ilə müşayiət olunan geniş sahəli əzilmiş-cırılmış yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərini yetirərək ölümünə, HYUNDAİ HD 65 yük markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 9250 manat maddi ziyan vurmasına və RENAULT TONDAR minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi X9 4450 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Bundan başqa hökmlə müəyyən edilmişdir ki, (iş üzrə təyin edilmiş kompleks məhkəmə yol nəqliyyat hadisəsi və trasoloji ekspertizasının 3 mart 2021 -ci il tarixli 8/155 №-li rəyinə əsasən) baş vermiş yol-nəqliyyat hadisəsində RENAULT TONDAR minik markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X14 hərəkətlərində «X33» Azaybaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin HYUNDAİ HD 65 yük markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 «X33» Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini və 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək «X33» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozması olmuşdur. İdda tələblərinə əsasən X10 qanunsuz və hüquqazidd əməlləri nəticəsində yetirilmiş zərər iddiaçının sağlamlığına vurulmuş maddi və mənəvi zərərdə, sarsıntı, ömürlük əzab və iztirab verən xəsarətlərdə, 3 yaşlı qızının ölməsi ilə vurulmuş - mənəvi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərərdə, tibbi xərclərlə bağlı, övladının dəfn və yas xərcləri ilə bağlı vurulmuş maddi zərərdə ifadə olunmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, X10 işçisi olduğu "Delta Qrup C.O.” MMC-nin fəaliyyətlərinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələri “X39 Ltd MMC-yə keçmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC (VÖEN **********) xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMCnin tərkibindən ayrılma nəticəsində yaranmış və onun hüquqi varisidir. İşin materiallarından görünür ki, cavabdeh tərəf iddiaya etirazlarının əsası kimi baş vermiş hadisədə iddiaçının yaxın qohumu (qardaşı) “Renault Tondar” minik markalı 99EG495 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X14 hadisədən sonra özünü təqsirli bilməsinə, Cavabdeh1 MMC ilə keçmiş sürücüsü X23 arasında xx.xx.2020-ci il tarixində “X36 Haqqında Müqavilə”nin bağlanmasına istinad etmişlər. Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış maddi ziyanın ödənilməsi hissəsində mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.) Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.) Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər (maddə 1115.). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1.). Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.( maddə 1108.2) Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.(maddə 1108.3) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyət daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqress tələb hüququna malikdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, 13 dekabr 2020-ci ildə saat 16:45-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində baş vermiş yol qəza hadisəsi həm idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus HYUNDAİ HD 65 yük markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə idarə edən X10, həm də iddiaçının qardaşı “Renault Tondar” minik markalı ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X14 əməllərində «X33» Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Baş vermiş iddia İddiaçı sağlamlığa ağır zərər vuran xəsarətləri yetirilməsinə və X1 ağır zərər vuran xəsarətlərini yetirərək ölümünə səbəb olmuşdur. İşin materiallarından görünür ki, iddiaçı baş vermiş hadisədə təqsirkar sayılmış şəxslərdən yalnız X10 işçisi olduğu "xxxx" MMC-nə (hazırda hüquq varisləri olan Cavabdeh3 MMC və Cavabdeh2 MMC) qarşı hadisə ilə bağlı "maddi və mənəvi zərərin ödənilməsi" tələbini irəli sürmüşdür. Məhkəmə hesab edir ki, hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-445/2021 saylı hökmü ilə müəyyən edilmiş hallara əsasən, iddiaçıya vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların X10 təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi qənaətinə gəlmək mümkündür və iddiaçının tələbinin bu hissədə maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Beləliklə də, məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının özünün xəsarətlər alması və uşağının vəfat etməsi, həmin hadisənin həmçinin cavabdeh MMC-nin işçisi tərəfindən də törədilməsi işin mübahisəsiz halıdır. Deməli, hazırkı işdə iddiaçının xəsarətlər alması və uşağının ölümünün həmçinin digər şəxslə yanaşı cavabdeh təşkilatın işçisinin də qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə maddi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Məhkəmə, göstərilən nəticəyə gələrkən cinayətin törədilməsi zamanı idarə edilən HYUNDAİ HD 65 yük markalı 99JE463 dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-ə məxsus olmasını və X10 əmək müqaviləsi əsasında MMC-nin sürücüsü kimi həmin avtomobili idarə etməsini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin (hüquq varisləri “X39 Ltd MMC və "xxxx" MMC) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarının, həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099-cu maddəsinin tələbləri baxımından mülki məsuliyyət daşıyıcısıdır. Məhkəmə maddi zərərin məbləği ilə bağlı iddiaçı tərəfin təqdim etdiyi dəlillərdən ilk növbədə iddia tələbinin dəfn və dəfnlə bağlı keçirilən mərasim tədbirlərinə çəkilən xərclərlə bağlı maddi zərərə görə 8.000 manat tələbinə aid hissədə qeyd edir ki, iddiaçı dəfn xərcləri ilə bağlı, yəni X7 qara mərmərdən hazırlanmış qəbrinə çəkilən xərcə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqi eksperti X4 03 fevral 2023-cü il tarixli 596 saylı Rəyini təqdim etsə də, müəyyən edilmişdir ki, buna qədər Xaçmaz rayon məzar daşları sexinin xx.xx.2020-ci il tarixli ******* saylı qəima fakturası mövcud olmuşdur ki, bu sənəddə həmin işlər üçün çəkilmiş xərc 2800 AZN göstərilmişdir. İddiaçı tərəf uşağın ölümü ilə bağlı dəfn günü, üç, yeddi, qırx, il, cümə axşamlarından ibarət olan yas mərasimləri keçirilməsini hamıya bəlli olan bir hal və ümumi qəbul edilmiş qayda olmasına istinad etsə də, məhkəmə qeyd edir ki, iddiaçı tərəfin bu işlərlə bağlı müəyyən xərc çəkməsi şübhə altına bilinməz. Lakin, bu hal hazırki vəziyyətdə hamıya bəlli olan halların sübuta ehtiyacı olmaması halı kimi də qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf məhkəməyə qeyd edilən dəfn və dəfnlə bağlı keçirilən mərasim tədbirlərinə çəkilən xərclərə dair yalnız 2800 manat məbləğində xərc çəkilməsini təsdiq edən sübut təqdim etmiş, digər xərclərlə bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təqdim edilmiş sübutlara uyğun olmaqla 2800 manat məbləğində təmin edilməlidir. Məhkəmə həmçinin tələbin tibbi xərclərlə bağlı vurulmuş maddi zərərə görə 15.800 manat hissəsinə də aid hissədə qeyd edir ki, təqdim edilmiş tibbi sənədlər üzrə məhkəmə tərəfindən iddiaçının bu məqsədlər üçün 7478,95 manat xərcləməsi müəyyən edilmişdir. Beləliklə də, məhkəmə dəfn xərcinə dair təqdim edilmiş qaimə faktura da nəzərə alınmaqla hesab edir ki, ümumilikdə iddiaçıya vurulmuş maddi zərər 10278,95 manat təşkil edir. Lakin, məhkəmə qanuni qüvvəsini almış hökmə əsasən yol nəqliyyat hadisəsinin baş verməsində yalnız X10 deyil, digər şəxsin də təqsirli bilinərək məhkum edildiyi halda, iddia olunan vurulmuş ümumi maddi zərərin bütünlüklə onun işçisi olduğu MMC-dən (hazırda “X39 Ltd MMC və "xxxx" MMC) tələb edilməsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbində vurulmuş maddi zərərin tutulmasını yalnız X10 işçisi MMC-yə yönəltməsi yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından qanuni, əsaslı və ədalətli olmamışdır. Belə ki, Mülki Məcəllənin 1108.3-cü maddəsinin tələbləri baxımından hadisənin baş verməsində təqsirli olan şəxslərin birgə məsuliyyət daşıması nəzərdə tutulduğu, yəni iddiaçının tələb etdiyi maddi zərərə münasibətdə hər iki təqsirkarın məsuliyyət daşımalı olduqları halda bütün zərərin yalnız bir təqsirkarın, yəni hazırda cavabdeh (işəgötürən) qismində göstərilmiş şəxslərdən tutulmasını məhkəmə qanuni tələb kimi qiymətləndirmir və hesab edir ki, qeyd edilən normanın tələblərinə əsasən müəyyən edilmiş məbləğin yarısı, yəni 5139.40 (beş min bir yüz otuz doqquz manat, qırx qəpik) manat maddi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddianın mənəvi ziyanın ödənilməsinə aid hissədə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qanunvericiliyin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın” müddəalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu həmin qərarla məhkəmələrə tövsiyə etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub- olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər...Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Qərarda daha sonra göstərilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, qanunsuz hərəkətin mövcudluğu artıq mənəvi ziyanın, sarsıntının mövcud olmasının təsdiqidir və yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, iddiaçının uşağının hadisə nəticəsində vəfat etməsinin, eləcə də, özünün ağır formada sağlamlağının uzun müddətli pozulması onun üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Məhkəmə həmçinin hesab edir ki, hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbi X23 tərəfindən də qanunvericiliyin tələblərini pozmaqla idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus HYUNDAİ HD 65 yük markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı sağlamlığa ağır zərər vuran xəsarətləri yetirməsi, qızı X1 ağır zərər vuran xəsarətlərini yetirərək ölümünə səbəb olması faktları özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübuta ehtiyacı yoxdur. Məhkəmə daha sonra qeyd etməyi də zəruri sayır ki, iddiaçının göstərilən hallarla bağlı mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olsa da, ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. İddiaçı tərəf də uşağının faciəli ölümünə səbəb olmuş baş vermiş cinayət hadisəsinin onun mənəvi sarsıntı keçirməsinə, psixikasının pozulmasına səbəb olmaqla yanaşı, onu həmişəlik əzab-acı çəkməyə düçar olmasını, bu cinayətin sarsıntılarından habelə iztirablarından xilas olmağın heç zaman mümkün olmayacağını göstərmişdir. Buna baxmayaraq məhkəmə hazırki iş üzrə iddiaçıya – onun sağlamlığına vurulmuş zərərlə bağlı, eləcə də 3 yaşlı qızının ölməsi ilə vurulmuş mənəvi zərərin – keçirdiyi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərərin əvəzinin ümumilikdə 70000 manat məbləğində qiymətləndirilməsini ağlabatan və ədalətli kompensasiya olması qənaətinə gəlir. Lakin, məhkəmə cavabdehlərdən mənəvi zərərin əvəzi kimi tutulmalı olan məbləğlə bağlı qeyd etməyi zəruri sayır ki, hadisənin baş verməsində təqsirli olan şəxslərin yuxarıda göstərilən qaydada birgə məsuliyyət daşıması baxımından iddiaçının tələb etdiyi mənəvi zərərə münasibətdə də mənəvi məsuliyyəti də birgə daşımalıdırlar. Məhz bu əsasla da məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi olaraq 70000 manat məbləğində kompensasiyanın yalnız X10 işçisi olduğu "xxxx" MMC-in hüquqi varisləri olan “X39 Ltd MMC-dən və "xxxx" MMC-dən tutulması qanuni və əsaslı olmamaqla, ədalətli də sayıla bilməz. Məhkəmə, göstərilənlərə əsasən iddiaçının sağlamlığının pozulması nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 15.000 manat, 3 yaşlı qızının ölməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ümumilikdə tələb edilən 70.000 manatın yarısı məbləğində 35.000 manat pulun cavabdehlərdən onun xeyrinə tutulmasını əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə isə: 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda -30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda- 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda- 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda- 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) miqdarında dövlət rüsumu ödənilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh3 MMC-dən və Cavabdeh2 MMC-dən müştərək qaydada 5139.40 (beş min bir yüz otuz doqquz manat qırx qəpik) manat maddi ziyan, sağlamlığın pozulmasına görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 15.000 (on beş min) manat, 3 yaşlı qızının ölməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ümumilikdə 40.139.40 (qırx min bir yüz otuz doqquz manat, qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissələrdə rədd olunmalıdır. 210 (iki yüz on) dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh2 MMC-dən müştərək qaydada 5139.40 (beş min bir yüz otuz doqquz manat qırx qəpik) manat maddi ziyan, sağlamlığın pozulmasına görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 15.000 (on beş min) manat, 3 yaşlı qızının ölməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ümumilikdə 40.139.40 (qırx min bir yüz otuz doqquz manat, qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə rədd olunsun. 210 (iki yüz on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar