Məhkəmə qərarları › İş №e-2(009)-798/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-798/2023

20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-798/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhəri Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla Cavabdeh qarşı nəvə ilə ünsiyyətdə olmaq tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhəri Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü nəvələri X4 ilə ünsiyyətlərinin şəxsi görüş formasında uşağın anasının iştirakı olmadan hər həftənin bazar ertəsi, çərşənbə və bazar günləri saat 11:00-dan 20:00-dək həyata keçirilməsinin müəyyən olunması, qeyd olunan günlərdə və vaxtlarda ünsiyyət hər hansı səbəbdən mümkün olmadıqda ünsiyyətin həftənin digər gününə keçirilməsinin təmin edilməsi, göstərilən müddətlərdə nəvələri ilə ünsiyyət hüququnu təmin etmək və uşaqla unsiyyətin cavabdehin hazırda yaşadığı valideynlərinin evində qeyrimümkün olduğunu nəzərə alaraq nəvələri ilə yaşadıqları ünvan 1 ünvanında görüşə bilmək hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar 16 avqust 1988-ci ildən nikahdadırlar və onların birgə nikahından xx.xx.1991-ci il təvəllüdlü X3 adında övladları vardır. X3 xx.xx.2021-ci ildə cavabdeh Kətanova (Hüseynova) Lalə Aydın qızı ilə nikaha daxil olmuş, lakin xx.xx.2023-cü ildə onların arasında bağlanmış nikah Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(009)-66/2023 saylı qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü nəvələri X2 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. Onların bir baba və nənə kimi nəvələri ilə görüşmək hüquqları olsa da, cavabdeh və onun ailəsi onlara belə bir imkanı vermirlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki iş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixl,i 2(009)-66/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1687 No nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılmış, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment, habelə xx.xx.2025-ci il tarixədək hər ay 200 (iki yüz) manat olmaqla cavabdeh X1 tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Təqdim olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6907/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdə bağlanmış MŞB/11-00975 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq, X1 hər ay 600 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı1 ödənilməsi, 25.10,2022-ci il tarixdən başlayaraq, X1 hər ay 600 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Başçısı yanında Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli 5-19/2-4/12-1303/2023 saylı rəyindən görünür ki, uşağın mənafeyini nəzərə alaraq, Komissiya iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2022-ci il təvəllüdlü nəvələri X4 ilə görüşmələrinə etiraz etmir. Məhkəmə iclasında tərəflərin izahatından və iş materiallarından görünür ki, iddiaçıların oğlu X3 ilə Cavabdeh birgə nikahlarından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü nəvəsi X4 ilə iddiaçıların baba və nənə kimi görüşmək hüququ cavabdeh tərəfindən məhdudlaşdırılmışdır. Ona görə də, iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçıların oğlu X3 ilə Cavabdeh arasında olan nikahın pozulması onların bu nikahdan olan azyaşlı uşağın hüquqlarına təsir etməməli, uşağın öz nənə və babası ilə, nənə və babanın isə uşaqla ünsiyyətdə olmaq, onun mənafeləri ilə bağlı məsələlərinin həll edilməsində iştirak etmək hüququ təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50-ci maddəsinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Ailə Məcəlləsinin 62-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarındakı “müvafiq icra hakimiyyəti orqanının uşaqla ünsiyyət hüququnun həyata keçirilməsindən imtina etmək haqqında qərarlarından baba, nənə, qardaş, bacı və digər qohumlar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin inzibati-iqtisadi məhkəməsinə şikayət edə bilərlər” tövsiyyəsi, Qəyyumluq və Himayəçilik Komissiyalarının uşaqla ünsiyyət barədə yuxarıda sadalanan subyektlərin müraciətlərini təmin etməmələri, yəni bununla bağlı imtina qərarı qəbul etdikləri hallara şamil oluna bilər, hazırkı halda isə, müvafiq icra hakimiyyəti orqanı iddiaçıların müraciəti əsasında hər hansı qərar qəbul etməyərək ona məhkəməyə müraciət etməyi məsləhət görmüşdür (tərəflər arasında mübahisənin mövcudluğunu nəzərə alaraq). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı,onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Bundan başqa, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Göstərilən qanunvericilik aktı normalarına və beynəlxalq təcrübəyə əsasən məhkəmə hesab edir ki, iddiaçılar və cavabdeh (uşağın babası, nənəsi və anası) arasında baba və nənənin uşaqla ünsiyyətdə olma qaydası haqqında razılaşma olmadığından, iddia tələbi əsaslı hesab edilərək, onların nəvələri ilə ünsiyyətdə olma qaydası, habelə müddəti məhkəmə tərəfindən müəyyən edilməlidir. İddiaçıların nəvələri ilə ünsiyyət hüququnun hansı qaydada (təkbaşına və ya uşağın anasının iştirakı ilə), harada və hansı müddətdə təmin edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu zaman ilk növbədə uşağın mənafeyi, o cümlədən nəvələri ilə ünsiyyətdə olmaq istəyən baba və nənənin (iddiaçıların) və uşağın anasının (cavabdehin) iş və məişət rejimi, onların münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət qaydası mümkün qədər elə müəyyən edilməlidir ki, baba və nənə özlərinin ən əsas hüquqlarından biri olan nəvə ilə ünsiyyət imkanından maksimum istifadə edə bilsin. Məhkəmə hesab edir ki, uşağın yaşını və mənafeyini nəzərə almaqla iddiaçıların nəvələri ilə ünsiyyət hüququ uşağın anasının və ya onu əvəz edən (müvəkkil etdiyi) şəxsin iştirakı ilə müəyyən edilməli, həmçinin tərəflərin birbirilərinin yaşayış yerlərinə getmələri aralarındakı münasibətlərin gərginliyi səbəbindən mümkün olmadığından həmin hüquq onların yaşayış yerindən kənarda həyata keçirilməlidir. Ünsiyyət hüququnun həyata keçiriləcəyi günə və saatlara münasibətdə isə, işin müəyyən olunmuş hallarını nəzərə almaqla məhkəmə, iddiaçılara nəvələri Uğurla hər həftənin çərşənbə günü saat 14:00-dan 17:00-dək ünsiyyət vaxtının verilməsini məqsədə uyğun sayır. Məhkəmə onu da xatırlatmağı vacib hesab edir ki, mübahisə üzrə hazırkı nəticəyə tərəflərin münasibətlərinin mövcud vəziyyəti, uşağın yaşı və digər hallar nəzərə alınmaqla gəlinmişdir. Odur ki, tərəflər arasında münasibətlərin, onlardan hər hansı birinin ailə vəziyyətinin, iş və məişət şəraitinin dəyişməsindən asılı olaraq, eləcə də uşağın yaşının artması və digər əsaslar yarandığı hallarda gələcəkdə tərəflər müəyyən olunmuş ünsiyyət qaydasının dəyişdirilməsinə dair iddia qaldırmaqda haqlıdırlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 və İddiaçı2 nəvələri: xx.xx.2022-ci il təvəllüdlü X4 ilə hər həftənin çərşənbə günü saat 14:00-dan 17:00-dək unsiyyət hüququ müəyyən edilsin. Nəvə ilə ünsiyyət uşağın anası Cavabdeh və ya onu əvəz edən (müvəkkil etdiyi) şəxsin iştirakı ilə həyata keçirilsin. Nəvə ilə ünsiyyət yeri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilsin, əgər belə bir razılıq ünsiyyət vaxtında müəyyən edilə bilməzsə icra məmurunun müəyyən etdiyi qapalı məkanda keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar