Məhkəmə qərarları › İş №e-2(009)-882/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-882/2022

16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-882/2022 16.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı – cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “əmlakın qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi”nə dair şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “əmlakın qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi”nə dair şikayətlə məhkəməyə müraciət edərək, ona məxsus əmlakın yararlı vəziyyətə salınaraq ona qaytarılmasını, ona dəyən maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(009)-882/2022 saylı qərardadı ilə İddiaçı – cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “əmlakın qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi”nə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İş üzrə İddiaçı şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(009)-882/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5543/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(009)-882/2022 saylı qərardadı ləğv edilmiş və iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün işlə birlikdə məhkəməyə qaytarılmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Görüdüyü kimi, İddiaçı – cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının hərəkətlərindən şikayətlə məhkəməyə müraciət etmişdir. İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Qeyd edir ki, mübahisəyə (şikayətə) baxılması qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları ilə tənzimləndiyinə görə, hazırkı mübahisəyə inzibati xətalar haqqında işlərə baxılması qaydasında baxılmalıdır. Belə olan halda, iddiaçının şikayətinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, tələbin yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin elektron informasiya sistemindən görünür ki, şikayətçi özü də mübahisənin inzibati hüquq münasibətlərindən irəli gədiyinə görə vətəndaşın dövlət rüsumu ödənilməsindən azad olmasına istinad etmişdir. Belə hesab edir ki, İddiaçı – cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “əmlakın qaytarılması və s.” dair şikayətinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, şikayət və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalı və ona inzibati xəta haqqında qərardan inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılması üçün məhkəməyə şikayət vermək hüquqlarının olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı – cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “əmlakın qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi”nə dair şikayətinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Şikayət və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İzah edilsin ki, inzibati xəta haqqında qərardan inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılması üçün məhkəməyə şikayət vermək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar