Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-918/2021 17.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı - Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin yenidən hesablanması və tam həcmdə ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin yenidən hesablanması və tam həcmdə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən qanunvericiliklə müəyyən olunmuş əmlaka dəymiş zərərə görə 2263 (iki min iki yüz altmış üç) manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş hər günə (18.11.2020-ci il tarixindən 18.02.2021-ci il tarixinədək - 92 gün) hesablanmış 207.92 (iki yüz yeddi manat doxsan iki) manat dəbbə pulunun, vəkilin göstərdiyi hüquqi yardıma görə 110 (yüz on) manat xidmət haqqının, notariusda etibarnamənin təsdiqi üçün 12 (on iki) manat rüsumun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 21 oktyabr 2020-ci il tarixində Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalı olan “Wolkswagen Polo” minik markalı 99- LR-026 dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə ona məxsus olan “Mitsubishi Pajero” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh Sığorta Şirkəti ASC-nin məktubunda “Mitsubishi Pajero” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 2277 (iki min iki yüz yetmiş yeddi) manat müəyyən edilmişdir. 18.11.2020-ci il tarixində həmin vəsait sığorta şirkəti tərəfindən onun hesabına köçürülmüşdür. Qeyd etmək istəyir ki, “Mitsubishi Pajero” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən təmir edilmiş və həmin təmirə 4500 (dörd min beş yüz) manatdan artıq vəsait xərclənmişdir. Bununla əlaqədar o, avtomobil təmir servisinə dəymiş zərərin müəyyən edilməsinə dair müraciət etmişdir. 20.11.2020-ci il tarixli qüsur aktına əsasən “Mitsubishi Pajero” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 4540 (dörd min beş yüz qırx) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən ona məxsus olan “Mitsubishi Pajero” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın 2277 (iki min iki yüz yetmiş yeddi) manat məbləğində qiymətləndirilməsi mövcud tələblərə ziddir. Belə ki, qiymətləndirmənin hansı metodlara uyğun aparıldığı məlum deyildir. "Atəşgah” Sığorta Şirkəti ASC-yə qanunla müəyyən edilmiş qaydada pretenziya qaydasında müraciət edilərək mübahisənin məhkəməyədək həll edilməsi təklif edilsə də, cavabdeh təşkilatdan bununla bağlı heç bir hərəkət aparılmamışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Cavabdeh Sığorta Şirkəti ASC-dən qanunvericiliklə müəyyən olunmuş əmlaka dəymiş zərərə görə 1940 (bir min doqquz yüz qırx) manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş hər günə (18.11.2020-ci il tarixindən 16.08.2021-ci il tarixinədək - 275 gün) hesablanmış 533 (beş yüz otuz üç) manat (1940X0.1:100=1.94; 275 X 1.94=533) dəbbə pulunun, vəkilin göstərdiyi hüquqi yardıma görə 110 (yüz on) manat xidmət haqqının, notariusda etibarnamənin təsdiqi üçün 12 (on iki) manat rüsumunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Wolkswagen Polo” markalı, ** LR *** dövlət qeydiyyat nişanlı avtomobil 21 oktyabr 2020ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X7 idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin maddənin 2-ci bəndinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. Adı çəkilən Qanunun 16.2-ci maddəsininin 1-ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bunu nəzərə alaraq cavabdehin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən “Mitsubishi Pajero” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2277 manat təşkil edir. Mülki Məcəllənin 925.3-cü və “İcbari Sığortalar haqqında” Qanunun 16-cı maddələrinə əsasən Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Qeyd edilənlərlə bağlı İddiaçı ilə şifahi telefon danışığı olmuş, həmin danışıqda zərər məbləği ilə bağlı ona məlumat verilmiş və o, həmin zərər məbləğinin ödənilməsinə etiraz etmədiyi üçün 2277 manat sığorta ödənişi həyata keçirilmişdir. Lakin İddiaçı Cavabdeh Sığorta Şirkətinə yenidən müraciət edərək qiymətləndirilmədən narazı qaldığını bildirmişdir. Cavabdeh Sığorta Şirkəti iddiaçıya rəsmi məktub ünvanlamış, məktubda dəymiş zərər məbləği barədə ona məlumat verilmiş, eyni zamanda cavabdehin onun avtomobilinin təmirini təşkil etməyə, eləcə də zərər məbləğinin qarşılıqlı razılıq əsasında təyin olunan müstəqil ekspert tərəfindən qiymətləndirilməsi təşkil etməyə hazır olduğu bildirilmişdir. İddiaçı 11 fevral 2021-ci il tarixində müstəqil ekspertizanın keçirilməsinə dair ərizə ilə Cavabdeh Sığorta Şirkətinə müraciət etmişdir. Keçirilən müstəqil ekspertiza nəticəsində “Mitsubishi Pajero” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2400 manat müəyyən edilmiş, əlavə 123 manat iddiaçıya ödənilmişdir. Mülki Məcəllənin 927.2-ci maddəsinə əsasən sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilir: zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi, sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi, sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası, sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Belə ki, 20 noyabr 2020-ci il tarixli X11 tərtib etdiyi qüsur aktında avtomobilin 13 illik istismar müddəti hesablanmamış, köhnəlmə tətbiq edilməmiş, nəticədə yeni ehtiyat hissələri ilə dəyişdirilməsi nəzərdə tutularaq zərər məbləği müəyyənləşdirilmişdir. Sığortaçının öhdəliyi isə əmlakı əvvəlki vəziyyətinə qaytarmaqdır. Baxılan halda iddiaçının tələb etdiyi məbləğ Mülki Məcəllənin 927.2.3-cü bəndinə zidd olduğu görünür. Eyni zamanda qanunvericiliyin tələbi üzrə qiymətləndirmə fəaliyyəti tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan və bununla məşğul olan müstəqil ekspert tərəfindən aparılır. X2 adı Azərbaycan Respublikası Mərkəzi Bankının elektron səhifəsində qeyd olunan müstəqil ekspertlərin siyahısında yoxdur, digər tərəfdən isə onun seçimi ilə bağlı Cavabdeh Sığorta Şirkətinin razılığı alınmamışdır. Göstərilənləri nəzərə alaraq İddiaçı “sığorta ödənişinin verilməsi tələbinə dair” iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçınının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin nümayəndəsinin izahatlarını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AB 115333 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Pajero” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. İş materiallarında olan 23.10.2020-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında Protokolun surətindən görünür ki, “Wolkswagen Polo” markalı, ** LR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 21.10.2020-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospektində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 23.10.2020-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. İşə əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-yə (surəti: Azərbaycan Respublikası Mərkəzi Bankına) ünvanlanmış 17.12.2020-ci il tarixli məktubun surətindən görünür ki, 21 oktyabr 2020-ci il tarixində Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalı olan “Wolkswagen Polo” minik markalı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə mənə məxsus olan “Mitsubishi Pajero” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Mitsubishi Pajero” minik markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 2277 (iki min iki yüz yetmş yeddi) manat müəyyən edilmişdir. 18.11.2020-ci il tarixində həmin vəsait sığorta şirkəti tərəfindən onun hesabına köçürülmüşdür. Qeyd etmək istəyir ki, “Mitsubishi Pajero” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən təmir edilmiş və həmin təmirə 4500 (dörd min beş yüz) manatdan artıq vəsait xərclənmişdir. Bununla əlaqədar onun tərəfindən avtomobil təmir servisinə dəymiş zərər müəyyən edilməsinə dair müraciət olunmuş, 20.11.2020-ci il tarixli Qüsur Aktına əsasən “Mitsubishi Pajero” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 4540 (dörd min beş yüz qırx) manat məbləğində müəyyən edilmişdir. Bu barədə Cavabdeh Sığorta Şirkəti ASC-nin məlumat mərkəzinə (+99455) ***-**-** nömrədən xəbər verilmişdir. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən “Mitsubishi Pajero” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın 2277 (iki min iki yüz yetmş yeddi) manat məbləğində qiymətləndirilməsi mövcud tələblərə ziddir. Belə ki, qiymətləndirmənin hansı metodlara uyğun aparıldığı məlum deyildir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1.6-cı maddəsinə əsasən, zərərçəkənin hüquqlarından biri sığortaçının sığorta ödənişindən imtina barədə qərarından zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən verinə yelirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etməkdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, ona məxsus olan “Mitsubishi Pajero” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4540 (dörd min beş yüz qırx) manat maddi ziyanın tam ödənilməsini xahiş edir, əks halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacaqdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının məktubuna Cavabdeh Sığorta Şirkəti tərəfindən verilmiş 18.01.2021-ci il tarixdə cavab məktubundan görünür ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Volkswagen” markalı, ** LR *** dövlət qeydiyyat nişanlı avtomobil 21 oktyabr 2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Pajero” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı zəruri sənədlər toplanmış və “Mitsubishi Pajero” markalı avtomobilə dəymiş zərər mütəxəssizlərimiz tərəfindən 2277 (iki min iki yüz yetmiş yeddi) manat qiymətləndirilmişdir. Belə ki, ərizəçi ilə şifahi telefon danışığı zamanı şirkətin mütəxəssisləri tərəfindən qiymətləndirilmiş zərər məbləğinin ona ödənilməsinə etiraz etməmiş və bu səbəbdən 2277 (iki min iki yüz yetmiş yeddi) manat ərizəçiyə ödənilmişdir. Qeyd edilənlərdən əlavə isə, ərizəçinin təqdim etdiyi qiymətləndirmə aktı əsassız hesab olunur. Belə ki, qanunvericiliyin tələbi üzrə qiymətləndirmə fəaliyyəti tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan və bununla məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Baxılan halda 20 noyabr 2020-ci il tarixli qiymətləndirməni həyata keçirən X11 adı Azərbaycan Respublikası Mərkəzi Bankının elektron səhifəsində qeyd olunan müstəqil ekspertlərin siyahısında yoxdur, digər tərəfdən isə onun seçimi ilə bağlı “Atəşgah" Sığorta Şirkətinin razılığı alınmamışdır. İşə əlavə edilmiş Cavabdeh Sığorta Şirkəti tərəfindən İddiaçı ünvanlanmış 03.02.2021-ci il tarixli cavab məktubundan görünür ki, sahibinin mülki məsuliyyəti Cavabdeh Sığorta şirkətində icbari sığortalanmış "Volkswagen Polo” markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobil 21.10.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona məxsus “Mitsubishi Pajero” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və ona maddi zərər vurmuşdur. Bildirirlər ki, ona məxsus olan avtomobilə dəymiş zərər mütəxəssisləri tərəfindən araşdırılmış və avtomobilə dəymiş zərər məbləği 2277 (iki min iki yüz yetmiş yeddi) manat müəyyən edilmiş və ona ödənilmişdir. Cavabdeh Sığorta Şirkəti müəyyən edilmiş zərər məbləğinə avtomobilin təmirini təşkil etməyə hazırdır. Avtomobilin təmiri ilə razı olduğu halda hazırkı məktubu aldıqdan 2 iş günü ərzində avtomobili Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 3/4-də yerləşən “Baku Avto” Servis Mərkəzinə təqdim etməyi xahiş olunur. Müəyyən edilmiş zərər məbləği ilə razı olduğu halda bu məktubu aldıqdan 2 iş günü ərzində Cavabdeh Sığorta şirkətinin C.Məmmədquluzadə 998-ci məhəllə ünvanda yerləşən ofisinə müraciət etməyi xahiş olunur. Belə ki, müəyyən edilmiş zərər məbləği ilə razı olmadığı halda, Cavabdeh Sığorta Şirkəti onun yazılı razılığı ilə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının məktubuna Cavabdeh Sığorta Şirkəti tərəfindən verilmiş 09.02.2021-ci il tarixdə cavab məktubundan görünür ki, ərizəçiyə sığorta şirkətinin avtomobilin təmirini təşkil etməyə hazır olduğu bildirilmiş, o cümlədən ərizəçiyə onun yazılı razılığı ilə təyin edilən müstəqil ekspert tərəfindən avtomobilə dəymiş zərərin təkrar qiymətləndirilməsinin təşkili təklif edilmişdir. Odur ki, ərizəçinin yazılı razılığı olduğu halda Cavabdeh Sığorta Şirkəti müstəqil ekspertizanın keçirilməsini təşkil edəcəkdir. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 17.11.2020-ci il tarixdə verilmiş sığorta aktının surətindən görünür ki, İddiaçı məxsus “Mitsubishi Pajero” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər ümumilikdə qiyməti 2277 manat məbləğində müəyyən edilmiş və ödənilmişdir. İşə əlavə edilmiş Müstəqil Ekspert tərəfindən verilmiş 16.02.2021-ci il tarixli tərtib edilmiş avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə Qiymətləndirmə Aktından görünür ki, “Mitsubishi Pajero” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ehtiyat hissələrinin və görülən işlərin ümümi dəyəri ümumilikdə 2400 manat təşkil edir. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 18.02.2021-ci il tarixdə verilmiş sığorta aktının surətindən görünür ki, İddiaçı məxsus “Mitsubishi Pajero” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər ümumilikdə qiyməti 2400 manat məbləğində müəyyən edilmiş, 2277 manat ödənildiyindən, qalıq qalan 123 manat ona ödənilmişdir. İşə əlavə edilmiş fərdi sahibkar X15 tərəfindən verilmiş 20.11.2020-ci il tarixli Qüsur Aktından görünür ki, “Mitsubishi Pajero” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin alınması üçün 4540 manat məbləğində xərc lazım olduğu müəyyən edilmişdir. İşə əlavə edilmiş 1557 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ona hüquqi xidmət göstərilməsi üçün “Femida” Vəkil Bürosunun hesabına 110 manat pul ödəmişdir. İşə əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat və etibarnamənin verilməsinə görə isə 12 (on iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Wolkswagen Polo” markalı, ** LR *** dövlət qeydiyyat nişanlı avtomobil 21 oktyabr 2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X7 idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Mitsubishi Pajero” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, Cavabdeh Sığorta Şirkətinin mütəxəssisləri tərəfindən verilmiş hesabata əsasən “Mitsubishi Pajero” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2277 manat təşkil etdiyi bildirilmiş və ona 2277 manat sığorta ödənişi həyata keçirilmişdir. Lakin İddiaçı Cavabdeh Sığorta Şirkətinə yenidən müraciət edərək qiymətləndirilmədən narazı qaldığını bildirmiş, 11 fevral 2021-ci il tarixində müstəqil ekspertizanın keçirilməsinə dair ərizə ilə Cavabdeh Sığorta Şirkətinə müraciət etmiş və keçirilən müstəqil ekspertiza nəticəsində “Mitsubishi Pajero” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2400 manat olduğu müəyyən edilmiş və əlavə olaraq iddiaçıya 123 manat da ödənilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı “Mitsubishi Pajero” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən təmir edildiyini və həmin təmirə 20 noyabr 2020-ci il tarixli X11 tərtib etdiyi qüsur aktına əsasən 4500 (dörd min beş yüz) manatdan artıq vəsait xərcləndiyini bildirərək bununla bağlı ödənilməyən sığorta ödənişinin verilməsini xahiş etmiş, Cavabdeh Sığorta Şirkəti ASC isə 20 noyabr 2020-ci il tarixli X11 tərtib etdiyi qüsur aktında avtomobilin 13 illik istismar müddəti hesablanmadan, köhnəlmə tətbiq edilmədən, yeni ehtiyat hissələri ilə dəyişdirilməsi nəzərdə tutularaq zərərin məbləğinin müəyyənləşdirildiyini, həmçinin X11 adı Azərbaycan Respublikası Mərkəzi Bankının elektron səhifəsində qeyd olunan müstəqil ekspertlərin siyahısında olmadığını, digər tərəfdən isə onun seçimi ilə bağlı Cavabdeh Sığorta Şirkətinin razılığı alınmadığını əsas gətirərək iddiaçının tələb etdiyi məbləğdə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbinin “sığorta ödənişinin ödənilməsinə” aid hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. (MM 925.3.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərdən, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclərdən; zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclərdən; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. (Qanun 15.3) Həmin Qanunun 16.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. (16.2) Qanunun 16.3-cü maddəsinə əsasən, sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. (16.4) Göstərilən qanunvericilik aktı normalarının tələbindən də görünür ki, sığorta hadisəsi baş verdiyi halda (dəymiş zərər müəyyən edilməklə) sığortaçı tərəfindən sığorta ödənişinin zərərçəkmiş şəxsə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsinin Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış avtomobilin sürücüsünün təqsiri üzündən baş verməsi və hadisə nəticəsində iddiaçının avtomobilinə zərər vurulması və qeyd edilən hadisənin sığorta hadisəsi kimi tanınması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 17.11.2020-ci il tarixdə verilmiş sığorta aktına əsasən İddiaçı məxsus “Mitsubishi Pajero” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər ümumilikdə qiyməti 2277 manat məbləğində müəyyən edilmiş və həmin məbləğ ona ödənilmiş, daha sonra Sığorta şirkəti tərəfindən təkrar ekspertiza keçirilmiş və Müstəqil Ekspert tərəfindən verilmiş 16.02.2021ci il tarixli tərtib edilmiş avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə Qiymətləndirmə Aktına əsasən “Mitsubishi Pajero” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ehtiyat hissələrinin və görülən işlərin ümümi dəyəri ümumilikdə 2400 manat təşkil etdiyi müəyyən edilmiş və Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 18.02.2021-ci il tarixdə verilmiş sığorta aktına əsasən İddiaçı məxsus “Mitsubishi Pajero” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 2400 manat məbləğində müəyyən edilmiş, 2277 manat ödənildiyindən, qalıq qalan 123 manat ona ödənilmişdir. Lakin, İddiaçı oğlu ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında dəymiş zərərin məbləği barədə razılaşma əldə edilməmiş və iddiaçı məbləğlə razılaşmadığından “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını nəzərə alaraq, sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcminin və ödənilməli olan sığorta ödənişinin məbləğinin müəyyən edilməsi ilə bağlı mübahisənin obyektiv həlli baxımından Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2(009)-918/2021 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/3376 saylı, 09.07.2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan X15 tərəfindən tərtib edilmiş 20.11.2020-ci il tarixli və X5 tərəfindən tərtib edilmiş 16.02.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4340 manat müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/3376 saylı, 09.07.2021-ci il tarixli rəyini mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərərin 4340 manat məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1, 56.1.2-ci maddələrinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. Məhkəmə Qanunun tələbini, iddia tələbinin bu hissədə həcmini, eləcə də Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 2400 manatın iddiaçıya ödənildiyini nəzərə alaraq hesab edir ki, (4340 - 2400 = 1940) 1940 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin gecikdirilmiş hər günə (18.11.2020-ci il tarixindən 16.08.2021-ci il tarixinədək - 275 gün) hesablanmış 533 (beş yüz otuz üç) manat (1940X0.1:100=1.94; 275 X 1.94=533) dəbbə pulunun ödənilməsinə dair hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biridir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. (18.2) Məhkəmə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçının sığorta ödənişini verməli olmasının, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli olmasının, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməli olmasının, eləcə də Qanunuun 18.2-ci maddəsinə əsasən, sığortaçının sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyi halda, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməsinin nəzərdə tutulduğunu nəzərə alaraq, iddia tələbinin “gecikdirilmiş hər günə (18.11.2020-ci il tarixindən 16.08.2021-ci il tarixinədək - 275 gün) hesablanmış 533 (beş yüz otuz üç) manat (1940X0.1:100=1.94; 275 X 1.94=533) dəbbə pulunun ödənilməsinə” dair hissəsini əsassız hesab edir. Belə ki, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçının avtomobilinə dəymiş zərərin məbləği əvvəl 2277 (iki min iki yüz yetmiş yeddi) manat müəyyən edilərək ödənilmiş, sonradan Müstəqil Ekspert tərəfindən verilmiş 16.02.2021-ci il tarixli avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə Qiymətləndirmə Aktına əsasən “Mitsubishi Pajero” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ehtiyat hissələrinin və görülən işlərin ümümi dəyəri ümumilikdə 2400 manat müəyyən edilmiş və Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 18.02.2021-ci il tarixdə verilmiş sığorta aktına əsasən İddiaçı məxsus “Mitsubishi Pajero” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər ümumilikdə qiyməti 2400 manat məbləğində müəyyən edilmiş, 2277 manat ödənildiyindən, qalıq qalan 123 manat hissə də ona ödənilmişdir. İddiaçı isə ödənilmiş 2400 manat məbləğində sığorta ödənişinin məbləği ilə razılaşmayaraq avtomobilinə dəymiş zərərin 4500 manat təşkil etdiyini iddia edərək qanunun tələbinə uyğun olaraq 4500 manat məbləğində sığorta ödənişinin ödənilməsini tələb etsə də, Cavabdeh Sığorta Şirkəti ASC ilə arasında dəymiş zərərin məbləği ilə bağlı razılaşma əldə edilməmiş və o, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçının avtomobilinə dəymiş zərərin 2400 manat məbləğində müəyyən edilməklə həmin məbləğdə sığorta ödənişinin İddiaçı ödənilməsinə baxmayaraq, iddiaçının avtomobilinə dəymiş zərərin məbləği ilə bağlı tərəflər arasında razılaşma əldə edilməməsi nəticəsində cavabdeh tərəfindən iddiaçının tələb etdiyi qalan məbləğdə sığorta ödənişinin ödənilməməsi cavabdeh tərəfindən sığorta ödənişinin qanunla müəyyən olunmuş müddətdə ödənilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, dəbbə pulunun tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 30 dövlət rüsumundan, “Femida” Vəkil Börüsuna hüquqi xidmət haqqı kimi ödənilmiş 110 manatdan, notariusda etibarnamənin verilməsi üçün ödənilmiş 12 manatdan və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 10 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, “Femida”Vəkil Börüsuna hüquqi xidmət haqqı kimi ödənilmiş 110 manatın, 70 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 40 manat hissəsi isə iddiaçıya aid edilməli, notariusda etibarnamənin verilməsi üçün ödənilmiş 12 manatın 10 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 2 manat hissəsi isə iddiaçıya aid edilməli və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 70 manat hissəsi cavabdehdən, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişinin əvəzi olaraq 1940 (bir min doqquz yüz qırx) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, notariusda etibarnamənin verilməsi üçün ödənilmiş 12 (on iki) manatın 10 (on) manat hissəsi və hüquqi yardım üçün ödənilmiş xidmət haqqı olan 110 (bir yüz on) manatın 70 (yetmiş) manat hissəsi, ümumilikdə 2040 (iki min qırx) manat məbləğində pul vəsaiti Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı oğluna ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi, notariusda etibarnamənin verilməsi üçün ödənilmiş haqqın 2 (iki) manat hissəsi və hüquqi yardım üçün ödənilmiş xidmət haqqının 40 (qırx) manat hissəsi iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 70 (yetmiş) manat hissəsi cavabdehdən, 30 (otuz) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sığorta ödənişinin əvəzi olaraq 1940 (bir min doqquz yüz qırx) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, notariusda etibarnamənin verilməsi üçün ödənilmiş 12 (on iki) manatın 10 (on) manat hissəsi və hüquqi yardım üçün ödənilmiş xidmət haqqı olan 110 (bir yüz on) manatın 70 (yetmiş) manat hissəsi, ümumilikdə 2040 (iki min qırx) manat məbləğində pul vəsaiti Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı oğluna ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 70 (yetmiş) manat hissəsi Cavabdeh Sığorta Şirkəti ASC-dən, 30 (otuz) manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X6 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-918/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-918/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver