Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-947/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23.09.2019cu il tarixli, 2(009)-2445/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh (nikah pozulanadək Məlikova soyadını daşımışdır) arasında bağlanmış 15.12.2009-cu il tarixdə Neftçala rayonu, Qoçaqkənd İƏN-də bağlanmış 21 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və birgə nikahdan doğulmuş X3 anasının yanında saxlanılması, İddiaçı 15.10.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı hər cür qazancının (və ya gəlirlərinin) ¼ hissəsində aliment tutularaq Məmmədova (Məlikova) Aydan Əlövsət qızına ödənilməsi qət edilmişdir. Uşağın saxlanılması üçün alimenti hər ay ödəyir, borcu yoxdur. O, Bakı “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 29.02.2020-ci ildə Məmmədova (nikahdan sonra Məlikova soyadını daşıyır) Gülnar Ədalət qızı ilə nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün X14 ilə mediatorda başlanmış 2021-002782 saylı, 27.12.2021-ci il tarixli Barışıq Sazişinə əsasən qarşılıqlı razılığa görə birgə nikahdan doğulmuş 20.09.2020-ci il təvəllüdlü X2 və 05.10.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşağ üçün 300 manat pulun, cəmi 600 manat alimentin X8 ödənilməsi, birgə nikahdan doğulan uşaqların 3 yaşına çatanadək, yəni 05.10.2024-cü ilədək uşaqlara baxmağa görə X8 hər ay cəmi 100 manat məbləğində pul ödəməsi müəyyən edilmişdir. O, 15.10.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay onun hər cür qazancının (və ya gəlirlərinin) ¼ hissəsində aliment tutularaq Məmmədova (Məlikova) Aydan Əlövsət qızına ödənilən alimentin miqdarının azaldılması üçün Bakı şəhər 6 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh məlumatlandırılsa da, iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə Mediasiya Təşkilatı 01.03.2022-ci il tarixli arayış vermişdir, ona görə də alimentin miqdarının azaldılması barədə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, onun ailə vəziyyətində dəyişiklik olduğuna görə, yəni ikinci nikahdan doğulmuş uşaqların saxlanılması və həmin uşaqlar 3 yaşına çatanadək G.Məlikovaya hər ay 700 manat pul ödədiyinə görə Bakı şəhər Səbail rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(009)-2445/2019 saylı qətnaməsi ilə 15.10.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər cür qazancının (və ya gəlirlərinin) ¼ hissəsində Məmmədova (Məlikova) Aydan Əlövsət qızına ödənilən alimentin miqdarı azaldaraq 200 manat müəyyən edilməlidir. Cavabdeh o, eyni zamanda əmlak tələbinə görə borclu olduğundan hər ay pul ödəyir. Cavabdeh Bakı şəhəri Binəqədi rayon 205 saylı orta məktəbdə müəllim işləyir 891 manat pul maaş alır, cavabdehin maddi vəziyyəti onun maddi vəziyyətindən daha qənaətbəxşdir. Məhkəmə onun ailə vəziyyətində yaranmış dəyişikliyi və ödəniləcək pulların miqdarının onun əmək haqqının əlli faizdən tutulmanın yuxarı olmamasını və cavabdehin işləməsini nəzərə alaraq, 15.10.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər cür qazancının (və ya gəlirlərinin) ¼ hissəsində Məmmədova (Məlikova) Aydan Əlövsət qızına ödənilən alimentin miqdarını azaldaraq 200 manat müəyyən edə bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(009)-2445/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 15.10.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun hər cür qazancının (və ya gəlirlərinin) ¼ hissəsində tutulan alimentin miqdarını azaldaraq Cavabdeh xeyrinə 200 manat miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ilkin iddia tələbində alimentin miqdarının 200 manat həddində azaldılması xahiş etsə də, həmin məbləğin 300 manat həddində müəyyən edilməsini xahiş edir və bunu onunla əsaslandırır ki, Cavabdeh əmlak tələbinə görə hər ay pul ödəyirdi, borcu tam bağladığı üçün hazırda ilkin tələbdə göstərdiyi məbləğin həcmini artırır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(009)-2445/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 15.10.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun hər cür qazancının (və ya gəlirlərinin) ¼ hissəsində tutulan alimentin miqdarını azaldaraq Cavabdeh xeyrinə 300 manat miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə həcmi artırılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 11.10.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X10r. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-2445/2019 saylı, 23.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X15 arasında 15.12.2009-cu il tarixdə Neftçala rayonu Qoçaqkənd kənd İƏN-də bağlanmış və 21 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş 11.10.2010-cu il təvəllüdlü X3 anası X7 yanında saxlanılması, İddiaçı 15.08.2019-ci il tarixdən başlayaraq, 11.10.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsində aliment tutularaq X11 ödənilməsi, İddiaçı 30 manat dövlət rüsumunun tutulması, aliment tələbi hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.02.2020-cb il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X13 arasında 29.02.2020-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 646 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Məlikov, arvada Məlikova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə X5 birgə nikahdan 20.09.2020-ci il təvəllüdlü X6 və 05.10.2021-ci il təvəllüdlü X12 adlı uşaqları var. İş üzrə mediasiya prosesində X14 və İddiaçı tərəfindən imzalanmış 27.12.2021-ci il tarixli, 2021-002782 saylı barışıq sazişindən görünür ki, İddiaçı Gülnar Məlikova ilə birgə nikahdan olan uşaqları 20.09.2020-ci il təvəllüdlü Mehparə Məlikzadə və 05.10.2021-ci il təvəllüdlü Polad Məlikzadənin anası Gülnar Məlikovanın himayəsində qalmasına razı olmasını, birgə nikahdan doğulmuş Mehparə və Poladın saxlanması üçün onlar 18 yaşına çatanadək hər ay, hər bir uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat məbləğində alimenti Gülnar Məlikovaya ödəməsini, alimenti hər ayın 28-də, nağd qaydada şəxsən Gülnar Məlikovaya verilməsini, birgə nikahdan doğulmuş uşaqları 3 yaşına çatana kimi, yəni 05.10.2024-cü ilə kimi uşaqlara baxmağa görə Gülnar Məlikovaya hər ay cəmi 100 manat məbləğində pul ödəməsini, həmin məbləği də hər ayın 28-də nağd qaydada şəxsən Gülnar Məlikovaya verilməsini, 2021-ci ilin dekabr ayı üçün ümumilikdə 700 manat məbləğində alimenti və pul vəsaitini sabah, yəni 28.12.2021-ci ildə nağd qaydada Gülnar Məlikovaya ödəməsini öhdəsində götürmüşdür. X20 və Polad adlı azyaşlı uşaqlarını öz yanında saxlamasını, onların atası İddiaçıla ünsiyyətinə maneə yaratmamasını öhdəsinə götürmüşdür. İş üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 1 saylı Xidmət və əməliyyat mərkəzi tərəfindən ünvan 1 ünvanlanmış 15.02.2022-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 2 tam orta məktəbdə müəllim işləyən Cavabdeh hesablanmış əmək haqqı 891 manat təşkil etmişdir. İş üzrə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 01.03.2022-ci il tarixli, MŞB/6- 902 saylı arayışın surətindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi ailə mübahisə üzrə 28.02.2022-ci il tarixdə 11.00-12.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahdan olan 11.10.2010-cu il təvəllüdlü X3 anası Aydan Məlikovanın yanında qalması müəyyən edilmiş və İddiaçı uşağın yetkinlik yaşına çatanadək hər ay ¼ hissəsində aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı ilə X14 arasında 29.02.2020-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan 20.09.2020-ci il təvəllüdlü Mehparə və 05.10.2021-ci il təvəllüdlü Polad adlı uşaqları var. İddiaçı ilə X14 arasında nikahları ləğv edilməmişdir. Məhkəmə eyni zamanda müəyyən edilmişdir ki, mediasiya prosesində imzalanmış 27.12.2021ci il tarixli barışıq sazişinə əsasən İddiaçı ilə Gülnar Məlikova birgə nikahdan olan uşaqların ananın himayəsində qalması, uşaqların saxlanılması üçün iddiaçı tərəfindən hər ay, hər uşaq üçün 300 manat, cəmi 600 manat məbləğində alimentin ödənilməsi, uşaqların 3 yaşına çatanadək hər ay cəmi 100 manat məbləğində Gülnarə Məlikovaya pul ödənilməsi, həmçinin 2021-ci ilin dekabr ayı üçün ümumilikdə 700 manat məbləğində alimenti nağd qaydada Gülnar Məlikovaya ödənilməsi barədə razılığa gəlmişlər. İddiaçının irəli sürdüyü tələbdən görünür ki, onun ailə vəziyyətində yaranmış dəyişikliyi və ödəniləcək pulların miqdarının onun əmək haqqının tutulmanın 50%-dən yuxarı olmamasını, həmçinin cavabdehin işləməsini nəzərə alaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş onun qazancının (və ya gəlirlərinin) ¼ hissəsi miqdarında tutulan alimentin miqdarını azaldaraq 300 manat miqdarında müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27.07.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə ilk növbədə qeyd edir ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qaydalarının çəkilməsinin uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, İddiaçı bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı iddiasının əsası kimi, yəni birinci nikahdan olan uşağa alimentin sabit pul məbləği şəkilində 300 manat həddində təyin edilməsinin əsası kimi digər şəxslə rəsmi nikahda olmasını, həmin nikahdan iki övladının olmasını, sonuncu nikahdan doğulmuş uşaqlarla bağlı aliment verilməsinə dair ikinci həyat yoldaşı ilə barışıq sazişi bağlanmasını, hər uşağa 300 manat, uşaqların 3 yaşa çatana kimi əlavə olaraq 100 manat, cəmi 700 manat aliment verilməsi ilə bağlı razılığa gəlinməsini, bununla da ödənilən aliment məbləğlərini aylıq qazancının 50%-i aşması, cavabdehin işləyərək əmək haqqı alması kimi əsaslar gətirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, “İcra haqqında” Qanununun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Qanunvericiliyin qeyd edilən norması alimentlə bağlı əmək haqqından tutmaların 70% həddində olmasını da müəyyən edir. Yəni iddiaçının aliment öhdəlikləri ilə bağlı tutulacaq pul məbləğinin onun əmək haqqısından 50%-dən çox təşkil etməsi barədə dəlillərini əsaslı hesab etmir. Digər tərəfdən məhkəmə qeyd edir ki, qanunvericilik sabit pul məbləği şəkilində alimentin aylıq qazancın müntəzəm olmadığı halda tutulmasını müəyyən edir. İddiaçı ikinci dəfə daxil olduğu nikahla bağlı ailə münasibətlərinin hazırda mövcud olmaması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ailə münasibətləri mövcud olduğu halda alimentlə bağlı razılığa gəlinməsi ilə əlaqədar tərtib edilmiş barışıq sazişini məhkəmə məntiqli və inandırıcı hesab etmir. Eyni zamanda barışıq sazişi ilə iddiaçı ikinci nikahdan olan uşaqları (1 və 2 yaşlı) üçün hər birinə aylıq 300 manat həddində aliment ödəməyi öhdəsinə götürsə də, həmin uşaqlardan böyük olan 2010-cu il təvəllüdlü birinci nikahdan olan övladı üçün də həmin məbləğdə aliment tutulmasının məhkəməyə qaydasında müəyyən edilməsini xahiş edir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin işləməsi barədə məlumat uşağa ilkin olaraq məhkəmə qətnaməsi ilə aliment təyin edilən zaman da məlum olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının ərizədə istinad etdiyi hallar onun əvvəlki nikahdan olan uşağa görə məhkəmə qaydasında müəyyən olunmuş və ödənilən aliment məbləğinin azaldılması, dəyişdirilib sabit pul şəklində müəyyən edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, qaldırılan iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(009)- 2445/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 15.10.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçının hər cür qazancının (və ya gəlirlərinin) ¼ hissəsində tutulan alimentin miqdarını azaldaraq Cavabdeh xeyrinə 300 manat miqdarında aliment tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev