Məhkəmə qərarları › İş №e-2(009)-964/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-964/2022

13.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-964/2022 13.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi-vəkili Vəkil, nümayəndəsi X2 və ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı – ilkin iddia üzrə Cavabdeh qarşı «aliment» barədə ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması və s” barədə qarşılıqlı iddiası üzrə mülki işə 13 may 2022-ci il tarixdə, Bakı şəhərində, Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «aliment» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.02.2021-ci il tarixdə anadan olmuş X1 üçün 14 fevral 2021-ci il tarixdən başlayaraq cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1\4 hissəsi miqdarında alimentin, bundan əlavə uşaq üç yaşına çatanadək cavabdehdən hər ay əlavə olaraq 150 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə birgə nikaha 06 yanvar 2020-ci il tarixdə daxil olmuşdur. İddiaçı cavabdehlə ümumi təsərrüfat aparmış, lakin sonradan cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, bu səbəbdən 2020-ci ilin sentyabr ayından etibarən iddiaçı ata evinə qayıtmışdır. Daha sonra birgə nikahlarından 14.02.2021-ci il tarixdə X6 anadan olmuşdur. Hazırda uşaq iddiaçının himayəsindədir. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Cavabdeh hazırda Daxili İşlər Nazirliyində polis əməkdaşı kimi çalışır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Eyni zamanda Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 06 yanvar 2020-ci il tarixli nikahın pozulması, 14.02.2021-ci il tarixdə anadan olmuş X4 anasının yanında saxlanılması, uşağın saxlanılması üçün ondan hər ay qazancının və başqa gəlirlərinin 1\4 hissəsi miqarında alimentin, bundan əlavə uşaq üç yaşına çatanadək ondan hər ay əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 06 yanvar 2020-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 14.02.2021-ci il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdeh ilə münasibətləri pozulmuşdur və artıq bir ailə kimi yaşaya bilmirlər. Ailənin saxlanması artıq mümkün deyildir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. O, eyni zamanda bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı nikahın pozulmasına etiraz etmir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh ilkin iddia tələbini qismən qəbul edərək, qarşılıqlı iddia tələbini müdafiə edib, nikahın pozulması, 14.02.2021-ci il tarixdə anadan olmuş X4 anasının yanında saxlanılması, uşağın saxlanılması üçün ondan hər ay qazancının və başqa gəlirlərinin 1\4 hissəsi miqarında alimentin, bundan əlavə uşaq üç yaşına çatanadək cavabdehdən hər ay əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilməlidir. İş materiallarında olan: AZ-İİ № 379913 nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 06 yanvar 2020-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə 0019 nömrəli akt qeydi aparılmışdır. AZ-T № 190501 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 14 fevral 2021-ci il təvəllüdlü X6 anadan olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, onların nikahları pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda (ər-arvadın qarşılıqlı razılığı olduqda) nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1 və 22.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldıqlarını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitini ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin maraqlarını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, tərəflərin nikahı məhkəmə qaydasında pozulduğu halda, onların yetkinlik yaşına çatmayan uşaqlarının anasının himayəsində qalması və ilkin iddia üzrə cavabdehdən hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından daha məqsədəuyğun olardı. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Məhkəmə həmçinin ilkin iddia tələbinin iddiaçının 14.02.2021-ci il təvəllüdlü X4 doğulduğu gündən 3 (üç) yaşına çatanadək onun özü üçün hər ay 150 manat əlavə xərcin cavabdehdən tələb etməsi hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1 və 84.2-ci maddələrinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə əlavə xərcin miqdarını müəyyən edərkən, tərəflərin hər ikisinin mənafelərini nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi bu hissədə qismən təmin edilməli, 07.04.2022-ci il tarixdən başlayaraq uşaq 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı verilməlidir. Məhkəmə ilkin iddianın alimentin 14 fevral 2021-ci il tarixdən tutularaq ona verilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı 14 fevral 2021-ci il tarixdən ödənilməli olan alimentin cavabdehdən tutularaq ona verilməsi üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi və cavabdehin alimenti verməkdən boyun qaçırması nəticəsində alimentin ala bilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 06 yanvar 2020-ci il tarixdə bağlanmış və 0019 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. 14.02.2021-ci il təvəllüdlü X4 İddiaçı yanında qalması müəyyən edilsin və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 07.04.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment, həmçinin uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub (alınıb) İddiaçı ödənilsin (verilsin). İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun 25 manat hissəsi Cavabdeh tutulub İddiaçı verilsin. Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi İddiaçı tutulub Cavabdeh verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar