Məhkəmə qərarları › İş №e-2(010)-1163/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1163/2023

17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1163/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin tutulması və əlavə xərclərin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin tutulması və əlavə xərclərin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan uşağı xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəlki 3 illik dövrdə daxil olmaqla hər ay 300 manat alimentin tutulması, eləcədə uşağın müalicə olunması üçün hər ay 500 manat əlavə xərclərin ödənilməsinə cəlb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah olmadan faktiki nikah münasibətlərində olmuşlar. Onların xx.xx.2019-cu il təvəllüdlü X8 adlı uşağları dünyaya gəlmişdir. Bundan sonra cavabdehlə münasibətləri pozulmuşdur. Münasibətləri pozulduqdan sonra cavabdeh atalıq borcunu yerinə yetirməmiş və uşağa maddi yardım göstərməmişdir. Uşaqları X2 ciddi problemlər var və uzun müddət müalicə almalıdır. O, işləmir, çünki uşağına baxmaq məcburiyyətindədir. Cavabdehin valideynlik vəzifələrini yerinə yetirməməsi onun övladının tələbatını qarşılıya bilməməyinə gətirib çıxartmışdır ki, bu da maddi çətinlikləri ilə əlaqədardır. Cavabdeh atalıq borcunu yerinə yetirmədiyi üçün ondan alimentin tutulması, eləcə də onun əlavə xərclərin ödənilməsinə cəlb olunması məqsədi ilə məhkəmədən müvafiq qətnaməsinin qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə nikahı olmayıb, lakin uşağa atalıq vermişdir. Bir müddətdən sonra iddiaçıdan ayrılmışdır. O, uşağını heç görmür. İddiaçı ona qarşı aliment ilə bağlı iddia qaldırmış və məhkəmə qətnaməsi ilə uşağa 193 manat aliment kəsilmişdir. Bir müddət sonradan icraçı icra məmuru ona 3 aydır ki, aliment borcunun yığıldığını bildirmişdir. O borcunu birdəfəlik ödəyə bilməsə də, 200 manat məbləğində karta ödəniş etmişdir. İddiaçı tüfeyli həyat sürür, o, heç uşağına da baxmır. Verilmiş suallara cavab olaraq cavabdeh hazırda ailəli olduğunu, bu uşaqdan başqa 3 yetkinlik yaşına çatmayan övladlarının olduğunu, rəsmi iş yerinin olmadığını, iddiaçıdan olan uşağının autizm xəstəliyinin olmadığını, əgər uşaq xəstədirsə onun sağlamlığı ilə bağlı xərclər barədə qəbzlərin təqdim olunmasını, təqdim olunduğu təqdirdə uşağına pul ödəyəcəyini bildirmişdir. Lakin, aylıq aliment ödənilməsindən boyun qaçırmır və ödəməyi davam edəcəkdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materialları. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş doğum haqqında arayışın surətindən görünür ki, X8 (atası Cavabdeh, anası İddiaçı) 02 iyul 2019-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 07 sentyabr 2019-cu il tarixdə 4757 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, AZ-İV seriyalı, 334021 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Cavabdeh, anası İddiaçı) 02 iyul 2019-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 07 sentyabr 2019cu il tarixdə 4757 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ –İ seriyalı, 360241 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 02 iyul 2019-cu il tarixdə doğulmuş X6 atası hesab edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 həkim psixiatr komisiyasının xx.xx.2022-ci il tarixli 1/2586 saylı 4680 nömrəli rəyindən görünür ki, 02 iyul 2019-cu il təvəllüdlü X7 uşaq autizmi Konner sindromu F84.0 diaqnozu qoyulmuşdur. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(010)- 100/2022 saylı qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, 02 iyul 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla 193 manat sabit pul məbləğində müvəqqəti alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Həmin qərardadla tətbiq edilmiş müvəqqəti təminat tədbiri xx.xx.2023-cü il tarixdən qüvvədən düşmüş hesab edilir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli e-16(010)- 24/2023 saylı qərardadı ilə məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək xx.xx.2019-cu il təvəllüdlü X3 üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq ərizəçi İddiaçı verilməsi qərara alınmışdır. Mediasiya Şurası Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-ci il tarixdə verilmiş “Mediasiya Sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında MŞB/2-01974 nömrəli mediasiya işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyası barədə məlumat verilməsinə baxmayaraq, o sessiyada iştirak etməmiş və bu barədə hər hansı məlumat verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən 50 manat və poçt xərcləri üçün 10 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələri: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;... 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsi: 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: (...)112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;(...) “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, Cavabdeh və İddiaçı faktiki nikah münasibətlərdən bir uşaq doğulmuş, onun üzərindən cavabdehin atalığı müəyyən olunmuşdur. İş materiallarından görünür ki, cavabdeh müvəqqəti təminat tədbiri kimi 30 yanvar 2023-cü il tarixdən hesablanmaqla, məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək hər ay İddiaçı xeyrinə 220 manat sabit pul məbləğdə aliment ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat məbləğində aliment tələbi əsassızdır. Belə ki, o, cavabdehin qazancı və ya başqa gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh özü isə yalnız dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumu (220 manat) məbləğində aliment ödəməyə razıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemində isə cavabdehin qazanc və gəlirlər barədə məlumat yoxdur. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Lakin, iddiaçı bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, alimentin tutulması iddiaçı “alimentin tutulması və əlavə xəclərin ödənilməsi” haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən başlanmalıdır. Məhkəmə bu nəticəyə gəlir ki, “əlavə müalicə xərclərinin ödənilməsi üçün hər ay 500 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində iddia qismən əsaslıdır. Belə ki, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin əsasları qanunvericiliklə konkret müəyyən olunmuşdur. Buraya müstəsna hallar: uşağın ağır xəstə, şikəst olması, habelə yetkinlik yaşı tamam olsa da əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olması halları daxildir. İş materiallarına əlavə edilmiş X5 həkim psixiatr komissiyasının rəyindən görünür ki, uşaq X8 autizm xəstəsidir, şikəst olan uşaqlar kateqoriyasına aiddir. Bu xəstəliklə əlaqədar yaranmış xərclərin ödənilməsinə cavabdeh məhkəmə tərəfindən cəlb oluna bilər. Lakin, iddia edilən məbləği təsdiq edən sübut iş materiallarına əlavə olunmadığından, məhkəmə, tərəflərin diqqətəlayiq olan maraqlarını nəzərə almaqla, hesab edir ki, əlavə xərclərdə iştirak etməsi üçün cavabdehdən hər ay 50 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə xərcləri. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə ((220+50)x12=3240 manat) mütənasib olan 52.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və şikəst olan uşağa görə əlavə xərclərdə iştirak etməsi üçün hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 52,4 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiа qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat və X6 əlavə xərclərində iştirak etməsi üçün hər ay 50 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli e-16(010)-24/2023 saylı qərardadı ilə tutulan müvəqqəti aliment nəzərə alınmaqla) Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilməmiş 52,4 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar