Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1365/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı Cavabdeh qarşı aliment məbləğinin indeksasiyası tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı aliment məbləğinin indeksasiyası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 235 manat sabit pul məbləğində tutulan alimentin 2025-ci ilə indeksasiya edilməsi və sonrakı illər üzrə xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatacağı müddətə kimi minimum əmək haqqına uyğun olaraq xx.xx.2030cu il tarixinə qədər indeksasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1779/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan 160 manat aliment məbləğinin artırılaraq hər ay 235 manat məbləğində iddiaçıya ödənilməsi qət olunmuşdur. Qeyd edilən hallar, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-745/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiqini tapmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, hazırda mübahisə predmeti olan məsələ məhkəmə qətnaməsi ilə qət olunan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına uyğun indeksasiyasına əsaslanır. Yuxarıda istinad edilmiş “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarında da qeyd edilmişdir ki, əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Aliment məbləğinin hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına uyğun olaraq indeksasiya qaydasının müəyyən edilməsi ədalət mühakiməsinin səmərəliliyinin və effektivliyinin artırılması məqsədi daşımaqla, birbaşa uşaqların üstün maraqlarının və diqqətəlayiq mənafelərinin təmin edilməsinə yönəlmişdir. Belə ki, ödənilməli pul məbləğinin indeksasiyası ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə uyğun olaraq təqdim edilmiş ərizələrə icra icraatı qaydasında baxılması qaydasının müəyyən edilməsi əvvəllər bu kateqoriyadan olan işlərlə bağlı mübahisələrin həllinə dair məcburi mediasiya mərhələsini aradan qaldırmış və bu qəbildən olan işlərə baxılması üçün əlverişli hüquqi şərait yaradılmışdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya icra icraatı qaydalarına uyğun olaraq (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi) ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin indeksasiyası tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin. İddiaçıya izah edilsin ki, aliment məbləğinin indeksasiyası ilə bağlı ərizə ilə icra icraatı qaydasında (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi) məhkəməyə müraciət edilə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-1365/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1365/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver