Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1466/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X9 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 14.11.2006-cı il təvəllüdlü X10, 25.08.2009-cu il təvəllüdlü X11 və 06.02.2018-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşlarına çatana qədər hər ay hər biri üçün 193 manat olmaqla, ümumilikdə 579 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Cavabdeh ilə birgə nikahımızdan altı övladımız doğulmuş, onlardan ikisi yetkinlik yaşına çatmış, qalan dördü isə yetkinlik yaşına çatmamışdır. Cavabdeh mənə qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəticədə məhkəmə qətnaməsi ilə nikahımız pozulmuş, birgə nikahdan anadan olmuş 6 (altı) övladlarımdan 2 (ikisi) yetkinlik yaşına çatdığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli, 2(010)-770/2021 nömrəli qətnaməsi ilə 14.11.2006cı il təvəllüdlü X10 və 25.08.2009-cu il təvəllüdlü X2 mənim himayəmə, 31.03.2004-cü il təvəllüdlü X12 və 06.02.2018-ci il təvəllüdlü X13 iddiaçının himayəsinə verilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli qərardadı ilə 14.12.2021-ci il tarixli qətnamədəki yanlışlıq düzəldilərək qətnamənin qət etdi hissəsində yazılan “23.11.2020-ci il tarixdən hesablanmaqla” sözləri 31.03.2004-cü il təvəllüdlü X4 münasibətdə 23.11.2020-ci il tarixdən, 06.02.2018-ci il təvəllüdlü X14 münasibətdə uşağın iddiaçıya verildiyi tarixdən hesablanmaqla” kimi oxunması qərara alınmışdır. Yetkinlik yaşına çatmamış uşaqlardan üçü - X15 da daxil olmaqla hal-hazırda mənim himayəmdə yaşayır, biri - qızım Mehri isə anasının himayəsində yaşayır. Ümumilikdə isə böyük övladımız ailəlidir, uşaqlardan dördü mənim, biri iddiaçının yanındadır. Uşaqların və mənim diqqətəlayiq mənafeyimi nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqların saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur Cavabdeh beşdən çox uşağa görə dövlətdən sosial müavinət alır ki, uşaqların dördü mənim, biri onun yanındadır, buna baxmayaraq bir il də qanunsuz olaraq uşaqlara görə sosial müavinət almağa davam etmişdir”. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, tərəflərin birgə nikahından doğulmuş altı uşaqdan yetkinlik yaşına çatmayan üçü faktiki olaraq iddiaçının yanında, biri isə cavabdehin yanında qalır. Bu uşaqlardan ananın yanında qalan uşaq üçün iddiaçıdan aliment tutulsa da iddiaçının yanında qalan üç uşağa görə cavabdehdən heç bir aliment tutulmur. Halbuki, cavabdeh beşdən çox uşaq dünyaya gətirdiyinə görə hər bir uşaq üçün 70 manat sosial müavinət alır. Hesab edir ki, o, iddiaçının yanında qalan uşaqların saxlanılması üçün aliment ödəməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, heç bir yerdə işləmir və heç bir gəliri yoxdur. Yalnız beşdən çox uşağı olduğuna görə dövlətdən sosial müavinət alır ki, bu müavinətlə də iddiaçının tələb etdiyi alimenti ödəməsi qeyri-mümkündür. Onun əksinə, iddiaçının gəliri isə kifayət qədər yüksəkdir. Belə ki, o, “Aydın” şokoladlarının satışı ilə məşğuldur. Hazırda ən kiçik oğlu da daxil olmaqla uşaqların üçü iddiaçının, biri isə öz yanında qalır. Lakin onun iddiaçının tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 10.01.2022-ci il tarixdə verilmiş AZ-T seriyalı, 171271 nömrəli doğum haqqında şəhadətnamədən (təkrar) görünür ki, X15 (atası İddiaçı, anası Cavabdeh) 06.02.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 07.02.2019-cu il tarixdə 842 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 08.07.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 460036 nömrəli doğum haqqında şəhadətnamənin (təkrar) notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 (atası İddiaçı, anası Cavabdeh) 28.01.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09.03.2002-ci il tarixdə 338 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 07.01.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 460013 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 (atası İddiaçı, anası Cavabdeh) 25.08.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 02.09.2011-ci il tarixdə 2716 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 07.01.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 460012 nömrəli doğum haqqında şəhadətnamənin (təkrar) notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 (atası İddiaçı, anası Cavabdeh) 14.11.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 13.02.2007-ci il tarixdə 315 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 07.01.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 460011 nömrəli doğum haqqında şəhadətnamənin (təkrar) notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 (atası İddiaçı, anası Cavabdeh) 31.03.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 12.10.2004-cü il tarixdə 1685 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli, 2(010)-770/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Suraxanı rayon VVAQ Şöbəsində 26.08.2000-ci il tarixdə 372 nömrə ilə qeydə alınmış nikahın pozulması, 31.03.2004-cü il təvəllüdlü X3 və 06.02.2018-ci il təvəllüdlü X5 iddiaçı Cavabdeh yanında qalması, 06.02.2018-ci il təvəllüdlü X5 cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi, 14.11.2006-cı il təvəllüdlü X10 və 25.08.2009-cu il təvəllüdlü X2 cavabdeh İddiaçı yanında qalması, 31.03.2004-cü il təvəllüdlü X3 və 06.02.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin 23.11.2020-ci il tarixdən hesablanmaqla tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(010)- 770/2021 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 2(010)-770/2021 saylı qətnaməsinin qət etdi hissəsində yazılmış “23.11.2020-ci il tarixdən hesablanmaqla” sözlərinin “31.03.2004-cü il təvəllüdlü X4 münasibətdə 23.11.2020-ci il tarixdən, 06.02.2018-ci il təvəllüdlü X14 münasibətdə uşağın iddiaçı Cavabdeh verildiyi tarixdən hesablanmaqla” kimi oxunması qərara alınmışdır. İşin faktiki halları. İddiaçı və Cavabdeh birgə nikahından altı uşaq doğulmuş, bu uşaqlardan üçü artıq yetkinlik yaşına çatmışdır. Tərəflər arasında olan nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqlardan (həmin vaxt uşaqlardan dördü yetkinlik yaşına çatmamışdır) ikisinin iddiaçının, ikisinin isə cavabdehin yanında qalması müəyyən edilmişdir. Lakin faktiki olaraq bu uşaqlardan üçü - 14.11.2006-cı il təvəllüdlü X10, 25.08.2009-cu il təvəllüdlü X11 və 06.02.2018-ci il təvəllüdlü X15 İddiaçı yanında qalır. Digər uşaq - 31.03.2004-cü il təvəllüdlü X3 isə Cavabdeh yanında qalması müəyyən edilsə də həmin uşaq artıq yetkinlik yaşına çatmışdır. Hazırda İddiaçı faktiki olaraq öz yanında qalan üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh isə iddianı qəbul etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27.07.2016-cı il tarixli Qərarı:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarı: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Uşaq mənafelərinin üstünlüyü. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
Məhkəmənin mövqeyi.
İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan üç uşaq iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, üç uşağı yanında saxlayan, onların saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı bu uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə hesab edir ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilən 193 manat məbləğində pul hazırkı iş üzrə iddiaçının yanında qalan uşaqların saxlanılması üçün cavabdehdən tutulacaq alimentin məbləği kimi təyin edilə bilməz. Belə ki, uşaqların saxlanılması üçün cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən tərəflərin həm ayrı-ayrılıqda, həm də bir-birinə münasibətdə maddi vəziyyəti nəzərə alınmalıdır. Hansı ki, hər iki tərəf mübahisələndirmədən qəbul edir ki, cavabdeh işləmir, iddiaçı isə şokolad istehsalçısıdır və maddi gəliri ən azından cavabdehə münasibətdə kifayət qədər yüksəkdir. Hətta hazırkı iş üzrə İddiaçı hazırkı iş üzrə Cavabdeh ilə olan nikahının pozulması, uşaqların ananın yanında qalması və aliment tələbi ilə bağlı iş üzrə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında Cavabdeh nə özünün, nə də ailəsinin heç bir gəlirinin olmadığını, heç vaxt işləmədiyini, onların əksinə özünün isə “Aydın” şokoladlarının sahibi olduğunu, gəlirinin kifayət qədər yüksək olduğunu, Cavabdeh heç vaxt maddi baxımdan uşaqlara onun kimi baxa bilməyəcəyini xüsusi vurğulamışdır. Tərəflərin hazırkı iş üzrə məhkəmə iclasında verdiyi izahatlardan da məlum olmuşdur ki, Cavabdeh heç bir yerdə işləmir, yalnız beşdən çox uşağı olduğuna görə sosial müavinət alır. Hansı ki, “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Fərmanına əsasən hər uşağa görə müavinət 2022-ci ilin yanvarın 1-dən 70 manat məbləğində müəyyənləşdirilmişdir. Bütün bu qeyd edilən halları, tərəflərin maddi vəziyyətini, uşaqların diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 14.11.2006-cı il təvəllüdlü X10, 25.08.2009-cu il təvəllüdlü X11 və 06.02.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə 150 manat sabit pul məbləğində aliment tutulması işin yuxarıda qeyd edilmiş hallarına uyğundur. Məhkəmə, həmçinin xatırladır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiа qismən təmin edilməli, 14.11.2006-cı il təvəllüdlü X10, 25.08.2009-cu il təvəllüdlü X11 və 06.02.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment 17.02.2022-ci il tarixdən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT E T D İ:
İddiа qismən təmin edilsin. 14.11.2006-cı il təvəllüdlü X10, 25.08.2009-cu il təvəllüdlü X11 və 06.02.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment 17.02.2022-ci il tarixdən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva