Məhkəmə qərarları › İş №e-2(010)-148/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-148/2023

30.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-148/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması, aliment və əmlak tələbinə dair dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması, aliment və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X1 ananın yanında qalmasının müəyyən edilməsi, övladının yetkinlik yaşına qədər saxlanılması üçün cavabdehdən 193 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi, birgə nikah dövründə əldə edilmiş ünvan 2, 46 saylı mənzilin 1/2 hissəsinə pay hüququnun tanınması, birgə nikah müddətində əldə edilmiş “MERCEDES BENZ E 240” markalı nəqliyyat vasitəsi dəyərinin 1/2 hissədə pulunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, vəkilin göstərdiyi hüquqi yardıma görə 500 (beş yüz) manat, 55 manat mediasiya xərcinin, 50 manat məbləğindən ödənilmiş dövlət rüsumunun, 20 manat məbləğində notariat qaydasında çəkilmiş xərclər və 30 manat daşınmaz əmlakın müəyyən edilməsi ilə köçürülmüş məbləğin cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Rəsmi nikahları İsmayıllı rayon Sumağallı kənd İcra nümayəndəliyi tərəfindən 02 № akt ilə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2017-ci il tarixdə X3 adlı övladları anadan olmuşdur. Ailə həyatı qurarkən mehriban ailə münasibəti şəraitində yaşamışlar. Əvvəllər münasibətləri normal olsa da, övladının anadan olmasından bir müddət sonra soyumağa başlamışdır. Dəfələrlə ailənin qorunub saxlanılması üçün cəhdlər etsə də, nəticəsi olmamışdır. Məcbur qalaraq 2021-ci ilin sentyabr ayından birgə nikah dövründə əldə etdikləri ünvan 2, mənzil 46-dan çıxaraq övladı ilə birlikdə valideynlərinin yaşadığı Göyçay rayonuna köçməli olmuşdur. Həmin vaxtdan hal-hazıradək faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh birgə nikahdan doğulmuş uşağının maddi təminatının ödənilməsinə heç bir köməklik göstərmir. O, hal-hazırda onlarla birlikdə deyil, başqa ünvanda yaşayır. Cavabdeh birgə nikahdan doğulmuş uşağın saxlanılmasında iştirak etməlidir. Nikahın bağlanması haqqında şəhadətnamə və övladının doğum haqqında şəhadətnaməsi iddiaçının cavabdehlə birlikdə yaşadığı evdə qalmışdır. İddiaçı mübahisəni məhkəmədən kənar qaydada həll edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2021-ci ilin sentyabr ayından cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 2, mənzil 46-dan çıxaraq övladı ilə birlikdə valideynlərimin yaşadığı Göyçay rayonuna köçdüyü tarixdən cavabdeh övladının saxlanılması üçün heç bir məbləğdə pul ödəməmişdir. Cavabdehlə birgə nikah dövründə ünvan 2, 46 saylı mənzili əldə etmişdir. Bununla bağlı xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh adına Azərbaycan Respublikası ərazisində hər hansı daşınmaz əmlakın qeydə alınıbalınmaması, alındığı təqdirdə dövlət reyetrində qeydiyyatdan keçmiş əmlaklar barədə məlumat alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli **********35 saylı cavab məktubunda göstərilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh adına ünvan 2, mənzil 46 qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. Eyni zamanda birgə nikah dövründə Cavabdeh adına dövlət qeydiyyatında olan nəqliyyat vasitəsinin mövcudluğu, özgəninkiləşdirilibsə nə vaxt və kimə özgəninkiləşdirilməsi, habelə mülkiyyətində oaln nəqliyyat vasitəsinə sərəncam verilməsi ilə bağlı məlumatların alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli 016-7747- 1222 saylı cavab məktubunda göstərilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh adına xx.xx.2021-ci il tarixdə “MERCEDES BENZ E 240” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Göründüyü kimi, birgə nikah dövründə ümumi gəlirləri hesabına həm mənzil, həm də nəqliyyat vasitəsi əldə etmişlər. Birgə nikah dövründə əldə edilən cavabdehin adına qeydiyyatdan keçmiş “MERCEDES BENZ E 240” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının razılığı olmadan qeydiyyatdan çıxarılaraq alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə özgəninkiləşdirilmişdir. Eyni zamanda birgə nikah dövründə bir çox əşyalar əldə edilmişdir. Həmçinin qeyd edilməlidir ki, hüquqi xidmət olaraq vəkilə əlavə 500 manat xərc çəkilmişdir. Bu xərclər cavabdehdən alınaraq iddiaçıya qaytarılması ədalətlidir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ da cavabdehdən tutulmalı və iddiaçıya qaytarılmalıdır. Bakı 11 saylı Mediasiya Təşkilatına 55 manat məbləğində ödəniş edilmişdir ki, bu məbləğ cavabdehdən tutulmalı və iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən əmlaklar barədə məlumat alınması üçün 31 manat məbləğində ödəniş edilmişdir ki, bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə tərəflərə barışığa gəlmələri üçün 3 ay vaxt vermişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddiasının tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin bütün bəndlər üzrə əsaslı olduğunu qeyd etdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə qismən, razı olduğunu, lakin tələbin avtomobillə bağlı hissəsi ilə razı olmadığını bildirərək, qeyd etdi ki, avtomobili 11.000 manata öz qardaşına satmışdır və satışdan əldə etdiyi pul vəsaiti onların birgə nikah dövründəki borclarına ödənilmişdir, bu səbəbdən də iddia tələbini qeyd olunan hissədə əsassız hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul etdiklərini, lakin avtomobillə bağlı hissənin əsassız olduğunu, tələbə həmin hissədə etiraz etdiklərini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İşdə olan “Nikah haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2016-cı il tarixində nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada Bayramova soyadı verilmişdir. İşə daxil edilmiş “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşə daxil edilmiş Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 5-20/2-2483/2023 saylı rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah ləğv edildiyi halda xx.xx.2017-ci il təvəllüdlü X1 azyaşlı və ana qayğısına daha çox ehtiyacının olduğu nəzərə alınaraq, İddiaçı himayəsində saxlanılması Komissiya tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. İşə daxil edilmiş AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********35 saylı soğuya ünvanlanmış cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh adına ünvan 2, mənzil 46nın qeydiyyatdan keçməsi və hal-hazırda mülkiyyətində olması qeyd edilmişdir. İşə daxil edilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan AR DƏDRX-nin Çıxarışının surətindən görünür ki, ümumi sahəsi 33 kv.m, ünvan 2 ünvanında yerləşən 46 nömrəli mənzil Cavabdeh mülkiyyətindədir. İşə daxil edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin sorğuya cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli, 016-7747-1222 saylı məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh adına xx.xx.2021-ci il tarixdə “MERCEDES BENZ E 240” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. İşə daxil edilmiş 3294 nömrəli “hüquqi yardım göstərilməsi haqqında müqavilə”nin surətindən görünür ki, İddiaçı hazırki iddia üzrə hüquqi xidmət göstərilməsi ilə əlaqədar vəkil Nümayəndə 500 manat məbləğində pul vəsaiti ödəmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, Cavabdeh dostudur. Cavabdeh ondan dörd min manat pul almışdır. Maşınını satdıqdan sonra onun pulunu ödəmişdir. Hazırda o, xəstəliyi ilə əlaqədar işləmir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər nikaha daxil olmuş və onların birgə nikahdan bir övladları dünyaya gəlmişdir. Hazırda iddiaçı ölvadı ilə birlikdə cavabdehdən ayrı yaşayır. Məhkəmə tərəflərə barışığa gəlmələri üçün 3 ay vaxt verməsinə baxmayaraq, tərəflər arasında barışıq əldə olunmamışdır. İddiaçı nikahın pozulmasında israrlıdır. Eyni zamanda, müəyyən edilmişdir ki, tərəflərin birgə nikahda olduqları dövr ərzində yuxarıda qeyd olunan mənzil və nəqliyyat vasitəsi əldə edilmişdir. Həmin nəqliyyat vasitəsi cavabdeh tərəfindən 11.000 manat dəyərində satılmışdır. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaka münasibətdə öz pay hüququnun tanınmasını və birgə nikah dövründə əldə edilmiş və cavabdeh tərəfindən özgəninkiləşdirilmiş avtomobilin dəyərinin yarısının ona ödənilməsini tələb edir. Cavabdeh tərəf isə avtomobilin dəyərinin yarısının iddiaçıya ödənilməsi hissəsində razı olmadığını bildirir, qeyd edir ki, həmin avtomobil satıldıqdan sonra əldə olunan pul vəsaiti onların ümumi ailə borcları üçün ödənilmişdir. Məhkəmə hesab edir ki iddia tələbi qismən əsaslıdır. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə görə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tərəflərə verilmiş 3 ay vaxt ərzində onlar arasında barışığın əldə olunmamasını nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə birgə nikahdan olan uşaqların hansı valideynin yanında qalması və alimentin təyin edilməsi məsələsi üzrə aşağıdakıları qeyd edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən nikah məhkəmə qaydasında pozularkən ərarvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakının bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Həmin qərarın 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rerimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Məhkəmə iş üzrə Qəyyumluq və Himayəçilik Komissiyasının verdiyi rəyi sübut kimi qəbul edərək hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 iddiaçı-anası İddiaçı himayəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə alimentin miqdarını müəyyən edərkən, azyaşlının saxlanılması üçün iddiaçı tərəfindən tələb olunan hər ay 193 manat sabit pul məbləğində aliment təyin edilməsini ədalətli və qanuna uyğun hesab edir. Təyin olunacaq aliment uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, aliment iddia ərizəsi daxil olduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçının birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilə 1/2 hissədə pay hüququ müəyyən edilməsi hissəsində də əsaslıdır. Məhkəmə qeyd edir ki, işin hallarından və tərəflərin izahatından aydın olur ki, ünvan 2 ünvanında yerləşən 46 saylı mənzil məhz tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmişdir. Bunun əksini sübut edəcək hər hansı dəlil yoxdur, cavabdeh də izahatında qeyd edilən əmlakın birgə nikah dövründə əldə edildiyini bildirir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bu baxımdan məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan mənzilə münasibətdə iddiaçının ½ hissədə pay hüququ müəyyən edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, iddia tələbi Cavabdeh, birgə nikah dövründə əldə edilmiş və özgəninkiləşdirilmiş "Mercedes Benz E 240" markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısının tutularaq İddiaçı Şakı̇ r qızına ödənilməsi hissəsində də əsaslıdır. Məhkəmə qeyd edir ki, iş materialları və tərəflərin izahatından aydın olmuşdur ki, həmin avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmiş və daha sonra cavabdeh həmin avtomobili 11.000 (on bir min) manat məbləğinə özgəninkiləşdirmişdir. Məhkəmə tələbin bu hissəsi ilə bağlı şahid ifadəsinə qiymət verərkən nəzərə alır ki, şahidin cavabdehlə dostluq münasibətləri vardır. Digər tərəfdən də, nəzərə alınmalıdır ki, şahid ifadəsi sübut əhəmiyyəti baxımından iddia tələbinin mübahisələndirilən hissəsinə münasibətdə əhəmiyyətli halı müəyyən etmir. Yəni, həmin avtomobilin məhz ailə xərclərinin qarşılanması üçün satıldığı və satış pulunun da bu məqsəd üçün istifadə edildiyi müəyyən edilmir. Məhkəmə hesab edir ki, hazırki avtomobil tərəflərin birgə nikah dövründə əldə olunduğundan iddiaçının həmin avtomobilə pay hüququ mövcuddur. Cavabdeh tərəf avtomobilin ailə xərcləri üçün satıldığını bildirsə də, bu halın əsaslılığına dəlalət edən hallar müəyyən edilmir. Məhkəmə həmin avtomobilin 11.000 manat məbləğində satılmasını nəzərə alaraq hesab edir ki, həmin pul məbləğinin yarısı – 5.500 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat, 55 manat mediasiya xərcinin, 50 manat məbləğindən ödənilmiş dövlət rüsumunun, 20 manat məbləğində notariat qaydasında çəkilmiş xərclər və 30 manat daşınmaz əmlakın müəyyən edilməsi ilə köçürülmüş məbləğin cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə əvvəlcə vəkil tərəfindən hüquqi yardım göstərilməsi əlaqədar ödənilmiş və hazırda tələb olunan 500 manat məbləğində pul vəsaitinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı hazırki iş üzrə hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə 500 manat məbləğində pul vəsaiti ödəmişdir. AR MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə 500 manat pulun tutulması hissəsinə qiymət verərkən işin həcmini, vəkilin hüquqi yardım üçün sərf etməli olduğu vaxtı da nəzərə alır və hesab edir ki, iddia bu hissədə qismən, 300 manat həddində təmin edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və mediasiya xərci olaraq ödənilmiş 55 manat pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia rüsumla bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin yuxarıda qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Şakı̇ r qızı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 anası İddiaçı Şakı̇ r qızının yanında saxlanılsın. Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində aliment tutularaq İddiaçı Şakı̇ r qızına ödənilsin. İddiaçı Şakı̇ r qızının Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilə 1/2 hissədə pay hüququ müəyyən edilsin. Cavabdeh, birgə nikah dövründə əldə edilmiş və xx.xx.2022-ci il tarixində 11.000 manata satılmış "Mercedes Benz E 240" markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı - 5500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Şakı̇ r qızına ödənilsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 55 manat, vəkil tərəfindən hüquqi xidmətin göstərilməsi ilə əlaqədar 300 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar