Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1506/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi XNN qızının katibliyi, iddiaçının vəkil və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin N3.N2.20N9-cu il tarixli, 2(0N0)-4304/20N9 nömrəli qətnaməsinə əsasən cavabdehin xeyrinə 29.N0.20N0-cu il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə ondan 29.N0.20N0-cu il təvəllüdlü X2 hər ay N93 (bir yüz doxsan üç) manat miqdarında alimentin tutulması, 29.N0.20N0-cu il təvəllüdlü X5 müalicəsi üçün ondan hər ay 50 (əlli) manat məbləğində pulun tutularaq cavabdehə ödənilməsinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkil və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, 20N9-cu il tarixli Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçıdan maaşının ¼ hissəsi və 50 manat aliment tutulur. İddiaçı aliment tutulan vaxt hərbidə işləyirdi və subay idi. Onun həmin vaxt aliment məbləğini ödəmək imkanı var idi. Sonradan isə yenidən nikaha daxil olmuşdur. Həmçinin o, notariat qaydasında hər ay hər valideyninə N00 manat məbləğində ödəniş etməsi barədə öhdəlik götürüb. Lakin onun maaşı hələ də eyni məbləğdədir, heç bir artım və ya azalma olmayıb. Bu səbəbdən, iddiaçıdan tutulan aliment məbləği 2022-ci il üçün müəyyən edilmiş məbləğdə yəni N93 manat tutulmalıdır. Həmçinin iddiaçı uşaq üçün tutulan 50 manat məbləğin ləğv edilməsini də tələb edir. İddiaçının uşağının xəstəliyindən xəbəri var. O, deyir ki, rəsmi olaraq N93 manat aliment ödəyə bilər. Əlavə də özünün imkanı çatdıqca ödənişlər edəcək. Ancaq hazırda 300 manat aliment ödəməyə imkanı çatmır. Əgər ¼ hissə aliment əmək haqqısından tutulmağa davam edərsə və o da ödəniş etməzsə icra məmuru onun barəsində inzibati tədbirlər görə bilər. Bu isə onun işi üçün problem yarada bilər. O müharibədə iştirak edib, hərbiçidir. İşində bir problem yaranmasını istəmir. İddiaçı həmin 300 manatın uşağına xərclənib-xərclənməməsinə görə narahatdır. Bununla əlaqəli ona heç bir məlumat verilməyib. İddiaçı bildirir ki, bu müalicə olunan xəstəlikdir. Ancaq pul təyinatı üzrə xərclənmədiyi üçün uşaq müalicə olunmur. İddiaçının ailə tərkibində vəziyyəti də ağırdır. Valideynləri şəkər xəstələridir və pensiya almırlar. İddiaçı uşağına baxmalıdır, ancaq valdeynlərinə də baxmaq onun vəzifəsidir. Buna görə də bütün bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, uşağın NN yaşı var, əsəbidir. Əsəbinə görə müalicə alır. Onun dərmanlarına pul çatdırmaq olmur, özü də elə bir uşaqdır ki, hər yeməyi yeyə bilmir. Həmçinin, autizm xəstəliyindən əziyyət çəkir, danışmır və məktəbə getmir. Hazırda 300 manat aliment alır və uşağa baxan tibb bacısına, yeməyinə, geyiminə, dərmanına 300 manat kifayət etmir. Bundan əlavə, özü uşağa baxdığı üçün işləmir, atası xəstədir, işləmir və əlavə gəlir yerləri də yoxdur. Yalnız uşağın xəstəliyinə görə 280 manat pensiya alır ki, həmin pulla da uşağın müalicəsi ilə əlaqəli digər xərcləri çəkir. Hətta uşağı loqopedə aparmağa belə aliment pulu kifayət etmir. İddiaçı isə N0 ildir ki, uşağı ilə maraqlanmır. Buna görə də qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0N0)-4304/20N9 nömrəli iş üzrə qəbul etdiyi 03.N2.20N9-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «atalığın müəyyən olunması və aliment tələbinə dair iddiası təmin edilmiş, 29.N0.20N0cu il təvəllüdlü X5 atasının xx.xx.N986-cı il təvəllüdlü İddiaçı olması müəyyən edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə olunması, cavabdeh İddiaçı 29.N0.20N0-cu il təvəllüdlü XN üçün iddiaçı X3 xeyrinə 25.07.20N9-cu il tarixdən başlayaraq həmin uşaq yetkinlik yaşına çatanadək cavabdehin qazancının ¼ hissəsi məbləğində aliment tutulması, 29.N0.20N0- cu il təvəllüdlü X5 müalicəsi üçün cavabdeh İddiaçı hər ay 50 (əlli) manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin komandiri tərəfindən NN.02.2022-ci il tarixdə verilmiş 6N4 №-li arayışdan görünür ki, İddiaçı həqiqətən də N №-li hərbi hissədə xidmət edir və aylıq NN38,7N manat pul təminatı ilə təmin olunur. Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 04.06.202N-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 439550 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 04 iyun 202N-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 iyun 202N-ci ildə 9N0 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. 25.0N.2022-ci il tarixli “Valideynlərə maddi köməklik göstərilməsi barədə müqavilə”dən görünür ki, İddiaçı anası X4 ölən günədək ərzaq və dərman xərclərinin ödənilməsi məqsədilə hər ay N00 AZN məbləğində ona pul ödəməyi öhdəsinə götürmüşdür. 25.0N.2022-ci il tarixli “Valideynlərə maddi köməklik göstərilməsi barədə müqavilə”dən görünür ki, İddiaçı atası X7 ölən günədək ərzaq və dərman xərclərinin ödənilməsi məqsədilə hər ay N00 AZN məbləğində ona pul ödəməyi öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə N7, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun N9-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 2N iyul N992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr N989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.N və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 56.N-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.N və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının N7-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və NN2-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 20N6-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın N-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun N3-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin N07.N-ci maddəsinə əsasən, aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin N07.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin NN2.N-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün ondan cavabdehin xeyrinə məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin azadılmasını xahiş edir. Hazırkı mübahisənin tərəfləri arasında alimentin valideynlərin hansından və hansı məbləğdə tutulması ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Buna baxmayaraq, aliment tutulması tələbinə dair iddialar elə kateqoriya iddalara aiddir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı qüvvəyə minmiş məhkəmə qərarının olmasına baxmayaraq, şəraitin və ya tərəflərin vəziyyətindəki dəyişikliklər alimentin məbləğinə və ya onun valideynlərdən hansından tutulmasına dair iddialara yenidən baxılmasına mane olmur. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin NN2.N-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğində dəyişikliyin edilməsi üçün qətnamə qəbul edildikdən sonra tərəflərin birinin ailə və maddi vəziyyətində buna əsas verən dəyişikliyin baş verməsi tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçının göstərdiyi dəlillər (başqa nikaha daxil olması, valideynlərinə yardım göstərməsi və s.) onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsindən azad etmir. Belə ki, valideynin hər hansı xərclərinin olması və ya valideynin maddi imkanının olmaması, onu öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. İddiaçı başqa nikaha daxil olmasını və valideynlərinə maddi yardım etməsini əsas gətirərək alimentin miqdarının azaldılmasını xahiş etsə də, məhkəmə hesab edir ki, qeyd olunan hallar alimentin miqdarının azaldılması üçün əsas ola bilməz. Belə ki, iddiaçı valideynlərinin şəkərli diabet xəstəsi olmasını bildirərək, onların dərman xərclərini qarşıladığını və buna dair müqavilə bağladığını əsas gətirsə də, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Əksinə tərəflərin birgə nikahdan doğulan uşaqları anadangəlmə xəstəliklə doğulub və onun müalicə xərclərinin qarşılanması üçün maddi yardıma ehtiyac var. Məhkəmə həmçinin hesab edir ki, alimentin tutulması qaydasının dəyişməsi uşağın mənafeyinə zidd olduğu üçün, təmin edilə bilməz. Belə ki, iddiaçı alimentin onun əmək haqqının hissəsi kimi deyil, sabit pul məbləği kimi müəyyən edilməsini xahiş etsə də, tutulacaq hissə uşağın maddi təminatının pisləşməsinə səbəb olacaq. Belə ki, hazırda iddiaçının əmək haqqısının ¼ hissəsi, təqribən 300 manat məbləğində pul tutulduğu halda, aliment sabit pul məbləği kimi müəyyən edilərsə, tutulacaq vəsait əvvəlkindən dəfələrlə az olacaq. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2N6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən N (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(010)-1506/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1506/2022
18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver