Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1573/2024 03.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş 3695 manat məbləğində sığorta ödənişi, 56,95 manat məbləğində dövlət rüsumunun və 1,05 məbləğində xidmət haqqının, cəmi 3753 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qərar qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2695 manat məbləğində sığorta ödənişi, 56,95 manat məbləğində dövlət rüsumunun və 1,05 məbləğində xidmət haqqının, cəmi 2753 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qərar qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi “Kia Ceed” markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Hadisənin baş verməsində Cavabdeh2 təqsirli bilinmiş və Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" markalı ** AF *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün Cəmiyyət tərəfindən 3695 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, "xxxx" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil ASC-də əmlak sığortası qaydasında sığortalanmışdır. Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, ******* saylı qərarına əsasən Cavabdeh2 hadisənin baş verməsində təqsirli bilinmiş və AR İXM 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan müəyyən olunur ki, sığorta hadisəsi baş verən vaxt “Kia Ceed” markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. Yol-nəqliyyat vasitəsi baş verən anda “Kia Ceed” markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktına əsasən yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilə 4045 manat məbləğində zərər dəymişdir. xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 350 (üç yüz əlli) manat məbləğində şərtsiz azadolma məbləği çıxılmaqla 3695 manat məbləğində sığorta ödənişinin edilməli olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 350 manat məbləğində şərtsiz azadolma məbləği çıxılmaqla 3695 manat məbləğində sığorta ödənişi edilmişdir. Daha sonra Cavabdeh2 tərəfindən 1000 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
4. İddiaçı "xxxx" ASC-nin hüquqşünası Oqtay Şeydabəyov məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında nümayəndənin iştirakı olmadan mülki işə baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər.
İş materialları.
6. Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.
7. Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək 17000.00 manata sığortalamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3695 manat məbləğində zərər dəymişdir.
8. TP5916241 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
9. xx.xx.2023-cü il tarixli zərərin hesablanması aktından görünür ki, Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, ** AF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 4045 manat dəyərində müəyyənləşdirilmişdir.
10. xx.xx.2023-cü il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrütları barədə arayışdan görünür ki, “KİA CEED” markalı, ** CY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə "xxxx" markalı, ** AF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Heydər Əliyev prospekti ərazisində toqquşmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, ** AF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 4045 manat dəyərində müəyyənləşdirilmişdir.
11. Avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "xxxx" markalı, ** AF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili "xxxx" MMC-yə məxsusdur.
12. xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC 14102022 Tarixli müqavilə 040923 tarixli sığorta aktına əsasən ** AF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyana görə X1 hesabına 3695 (üç min altı yüz doxsan beş) manat ödəniş olunmuşdur. İşin faktiki halları.
13. “KİA CEED” markalı, ** CY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahiblərinin mülki məsuliyyəti üçüncü şəxslər qarşısında icbari qaydada sığortalanmamışdır.
14. “KİA CEED” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Heydər Əliyev prospekti ərazisində Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-nin əmlakına maddi zərər vurulmuşdur.
15. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla hadisənin baş verməsində “KİA CEED” markalı, ** CY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Cavabdeh2 təqsirli olduğu, həmin şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir.
16. Hadisə nəticəsində zərər dəymiş qüsur aktına əsasən avtomobilə dəymiş zərər 4045 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 350 manat məbləğində şərtsiz azadolma məbləği çıxılmaqla 3695 manat məbləğində sığorta ödənişi edilmişdir.
Tətbiq edilən hüquq.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 8. İcbari sığorta müqaviləsi 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 8.1-1. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Maddə 53. Mülki məsuliyyəti icbari sığorta etdirilməli olan avtonəqliyyat vasitəsi sahibləri, sığortalı və sığorta olunan. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.2. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. 53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
21. İşin faktiki hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş və başqa bir avtomobilə zərər dəyməsi ilə nəticələnmiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olduğu və yol-nəqliyyat vasitəsi baş verən anda avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır.
22. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu qanuni əsasla idarə edən şəxs avtonəqliyyat vasitəsinin sahibi hesab olunur və həmin avtonəqliyyat vasitəsinin sahibləri mülki məsuliyyətini icbari qaydada sığorta etdirməlidir.
23. Sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən şəxsin mülki məsuliyyətini icbari qaydada sığorta etdirmədiyindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini pozmuş və nəticədə avtomobillərin tam sığortası üzrə sığortalanmış digər avtomobilə maddi ziyan vurulmuşdur.
24. Məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququnu yaradır. Belə olan halda iddiaçı "xxxx" ASC yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi 2695 manat məbləğində sığorta ödənişini Cavabdeh2 tələb etməkdə haqlı olmuşdur.
25. Məhkəmə belə qənaətə gəlir ki, avtomobilin mülkiyyətçisi tərəfindən etibarnamə verildiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən vurulmuş zərərə görə avtomobilin mülkiyyətçisi Cavabdeh1 məsuliyyət daşımamalıdır.
Məhkəmə xərcləri.
26. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 56,95 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
27. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 56,95 manat məbləğində dövlət rüsumu və 1,05 manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 “FORD FUİSON” markalı, ** AF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi 2695 (iki min altı yüz doxsan beş) manat və 56,95 (əlli altı manat, doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu və 1,05 (bir manat, beş qəpik) manat bank xidmət xərci tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir.
29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh2 "xxxx" markalı, ** AF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi 2695 (iki min altı yüz doxsan beş) manat və 56,95 (əlli altı manat, doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu və 1,05 (bir manat, beş qəpik) manat bank xidmət xərci tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova