Məhkəmə qərarları › İş №e-2(010)-1620/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1620/2024

02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1620/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1989/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulması hissəsində qismən ləğv edilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması, xx.xx.2019-cu il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında tutulmuş alimentin ona qaytarılması və aliment borcu ilə əvəzləşməsi, mediasiyaya ödənilmiş 50 manat və məhkəməyə ödənilmiş 50.40 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1989/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulması hissəsində dəyişdirilməsi, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması, mediasiyaya ödənilmiş 50 manat və məhkəməyə ödənilmiş 50.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1989/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh qarşı iddia tələbi qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 462 sayla qeydə alınmış xx.xx.2016-cı il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 nikah pozulduqdan sonra Cavabdeh yanında qalması, İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-929/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh qarşı (üçüncü şəxslər Suraxanı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası, Suraxanı rayon Qeydiyyat şöbəsi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə 4 saylı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah dövründə anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 bioloji atasının İddiaçı olmamasının müəyyən edilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnamələrinə əsasən müəyyən olunmuşdur ki, cavabdehlə onun birgə nikahı dövründə anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 bioloji atası o deyildir. Cavabdeh Yaqubun atasının iddiaçı olmadığını bilə-bilə onların birgə nikahı dövründə ona xəyanət etmiş, başqa kişidən uşaq dünyaya gətirmiş, ancaq bunu həm özünün hamiləliyi dövründə həm də sonrakı məhkəmə mübahisələri dövründə etiraf etməmiş, ondan gizlətmiş, hətta Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-929/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini mübahisələndirmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, göstərilən məhkəmə qətnamələri ilə şərəf və ləyaqəti pozulmuşdur. Ancaq, cavabdehin şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4409/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-929/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qəbul edilmiş məhkəmə aktlarına əsasən müəyyən edilir ki, 2-ci uşağın atası o deyildir, eyni zamanda hal-hazırda ondan 2 uşağa görə aliment tutulur. Ona görə hesab edir ki, hazırkı vəziyyətdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1989/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməli, aliment 1 uşağa görə tutulmalı, artıq ödənilmiş aliment qaytarılmalı və ya əvəzləşdirilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflərin nikahı 2022-ci il tarixdə məhkəmə tərəfindən pozulmuş və hər ay cavabdehin qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Bundan sonra iddiaçı atalığın müəyyən edilməsi tələbi ilə bağlı yenidən məhkəməyə müraciət etmiş və xx.xx.2019-cu il təvəllüdlü X2 bioloji atasının iddiaçı olmaması müəyyən edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul etməyərək bildirdi ki, məhkəmənin əvvəlki qətnaməsi ilə müəyyən edilmiş 2 uşağa görə tutulan alimentin miqdarının dəyişdirilməsinə etiraz etmir, lakin tərəflərin birgə nikahından doğulan Eyyubzadə Yağmurun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının gəlirlərinin ¼ miqdarında aliment tutulması ilə razı deyildir. Həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan tutulan alimentin miqdarı hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməlidir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar 4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 758739 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X5 (atası İddiaçı, anası Cavabdeh) xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 2869 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-1989/2022 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 462 sayla qeydə alınmış xx.xx.2016-cı il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüldü X2 nikah pozulduqdan sonra Cavabdeh yanında qalması, İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-929/2023 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə 4 saylı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah dövründə anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 bioloji atasının İddiaçı olmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 4409/2023 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-929/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mediasiya Şurası Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş MŞB/11/2023-00909 saylı arayışdan müəyyən olunur ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, lakin onun ilkin mediasiya sessiyasında iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya (50 manat) xərci İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyası Maddə 3.Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu

1. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-1989/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş Yağmur və Yaqub nikah pozulduqdan sonra Cavabdeh yanında saxlanılmış, uşaqlar yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Daha sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-929/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı ilə Cavabdeh nikah dövründə anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 bioloji atasının İddiaçı olmamasının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4409/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-929/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1989/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Belə ki , iş materiallarında olan qanuni qüvvəyə minmiş qətnamə ilə iddiaçının cavabdeh tərəfindən nikah dövründə dünyaya gətirilmiş xx.xx.2019-cu il təvəllüdlü X2 valideyni olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqları saxlamaq valideynlərin vəzifəsidir. İddiaçı X2 valideyni olmadığından həmin uşağa münasibətdə aliment ödəmək öhdəliyi mövcud deyildir. İddia tələbinin xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasına dair hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsi qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarının uşaqları ilə bölüşdürməyə borcludurlar. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2- ci maddələrinin şərh edilməsinə dair” 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qərara alınmışdır ki, bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iclasında iddiaçı hazırda əmək haqqının təxminən 600 manat məbləğində olduğunu bildirmişdir. “Elektron məhkəmə” informasiya sistemində iddiaçının əmək haqqının 673 manat olduğu müəyyən edilmişdir. Həmin məbləğin dörddə bir hissəsi (təxminən 168 manat) 2024-cü il üçün müəyyən edilmiş yaşayış minimumundan azdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, uşağın üstün mənafelərinin qorunmasını, onun təminat səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını təmin etmək üçün alimentin miqdarı “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu kimi ölkə üzrə uşaqlar üçün müəyyənləşdirilmiş 235 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın mediasiya və poçt-kargüzarlıq xərclərinin cavabdehdən alınması hissəsini də araşdıraraq qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materialların əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/11/2023- 00909 saylı arayışdan da göründüyü kimi, Cavabdeh xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasının keçirilmə vaxtı və yeri barədə bildiriş göndərilsə də, o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə mediasiya təşkilatına heç bir məlumat verməmişdir. Odur ki, İddiaçı yuxarıda qeyd olunan qanunvericilik normasına uyğun olaraq, ilkin mediasiya sessiyası ilə bağlı çəkdiyi bütün xərclərin əvəzini Cavabdeh tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq, alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusuna uyğun qiymətləndirilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən İddiaçı qanunla müəyyən edilmiş dövlət rüsumunu ödəməkdən azad olunmasına baxmayaraq 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, iddianın təmin edilmiş hissəsinə (235x12=2820 manat) mütənasib olan 48.20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-1989/2022 saylı qətnaməsi əsasında xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xeyrinə İddiaçı hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(010)-1620/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq X3 tutularaq Cavabdeh ödənilməli, ödənilmiş 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməli və ödənilmiş 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-1989/2022 saylı qətnaməsi əsasında xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xeyrinə İddiaçı hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1620/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq X3 tutularaq Cavabdeh ödənilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar