Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1647/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında bаxаrаq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3978/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq tərəflərin birgə nikahından doğulmuş övladları – xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşağa görə 1500 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək iddianın təmin edilməsini, eyni zamanda iddia ərizəsinin baxılmamış saxlanılması barədə cavabdehin vəkili tərəfindən verilmiş ərizənin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 3978/2022 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqların ananın qalması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 iddianı qəbul etmədiyini bildirdi. Eyni zamanda məhkəməyə təqdim etdiyi ərizənin məzmununa uyğun olaraq bildirdi ki, hazırkı işlə eyni tərəf, eyni əsas və eyni tələb üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatında mülki iş olduğundan iddia ərizəsinin baxılmamış saxlanılmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materialları əsasında müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3978/2022 saylı qətnaməsi ilə hazırkı iş tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş iki uşağın anaları ilə qalmalarının müəyyən edilməsi, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları atadan hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq anaya ödənilməsi qət edilmişdir. Qətnamə aliment hissəsində İddiaçı tərəfindən mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-948/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3978/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı Apellyasiya Məhkəməsinin bu qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir və müvafiq kassasiya şikayətinin icraata qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 2(102)-1574/2023 saylı qərardad qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı Cavabdehlə olan nikahının pozulması, uşaqların yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müracət edərkən birgə nikahdan doğulmuş uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 2000 manat olmaqla, cəmi 4000 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin iş üzrə yuxarıda qeyd edilmiş məhkəmə aktları qəbul edilmişdir. Hazırda isə baxmayaraq ki, həmin tələb üzrə qəbul edilmiş məhkəmə qətnaməsi hələ qanuni qüvvəsini almamışdır, iddiaçı qanuni qüvvəsini almamış məhkəmə qətnaməsi ilə tutulan aliment miqdarının dəyişdirilməsini tələb edir. Halbuki alimentin miqdarının dəyişdirilməsinə dair tələblərin maddi hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmənin tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilməsi təsbit edilmişdir. Göründüyü kimi qanunla məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsindən söhbət gedir. Hazırkı halda isə məhkəmə tərəfindən aliment müəyyən edilmiş hesab edilmir. Ona görə ki, bununla bağlı qəbul edilmiş məhkəmə qətnaməsi hələ qanuni qüvvəsini almamışdır. Qətnamə qanuni qüvvəsini almadan aliment hissəsində icra edilməsi aliment tutulmasına dair qətnamələrin dərhal icra edilməsi ilə bağlı qanunvericiliyin tələbidir və müvafiq qətnamənin qanuni qüvvəsini aldığı mənasına gəlmir. Nəzərə alınmalıdır ki, məhz hazırkı iş üzrə iddiaçının kassasiya şikayəti əsasında hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatında hazırkı işlə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla iş var. Bu isə o deməkdir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi mümkün olduğundan sonda iddiaçının aliment tələbinə dair iddiasının tam və ya qismən təmin olunacağı hələ məlum deyil. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, o hazıkı iddia ərizəsi ilə məhkəməyə yalnız aliment tutulmasına dair yekun məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1647/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1647/2023
29.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver