Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1679/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Qanuni nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icra sənədi üzrə ödənilmiş borc məbləğindən azad olunma” tələbinə dair iddia ərizəsı üzrə mülki işə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “icra sənədi üzrə ödənilmiş borc məbləğindən azad olunma” tələbinə dair iddia ərizəsı ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Qanuni nümayəndə izahat verərək bildirmişdir ki, barışıq sazişi üzrə tutulmalı olan aylıq xərc iddiaçı tərəfindən cavabdehə ödənilmiş, lakin cavabdeh həmin pul vəsaitinin onun tərəfindən alınmadığını qeyd edir və yenidən həmin məbləği ondan tələb edir. Buna görə də həmin mübahisəli hal məhkəmə tərəfindən araşdırılmalıdır. Cavabdeh izahat verərək bildirmişdir ki, barışıq sazişi üzrə tutulmalı məbləğ uşaqların təhsili üçün nəzərdə tutulmuş və həmin pul vəsaiti ona deyil, məktəbin hesabına ödənilməlidir. Lakin iddiaçı tərəfindən həmin pul vəsaiti məktəbin hesabına ödənilməmişdir. Hal-hazırda icra sənədi üzrə borcun ödənilib-ödənilməməsi məsələsini araşdırmaq icra məmurunun səlahiyyətlərinə aiddir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan hazırkı mübahisə borcun üzrlü səbəblərdən ödənilməməsi ilə bağlı deyil, borcun hesablanması ilə bağlıdır. Göstərilən icra sənədi icra olunması ilə bağlı icra məmurunun icraatında olduğundan, həmin borcun icra məmuru tərəfindən yenidən tələb edilməsi ilə bağlı olaraq bütün sübutlar icra məmuruna təqdim olunmalı və iddiaçı icra məmuru ilə razılaşmadığı halda onun hərəkət və hərəkətsizliyi ilə bağlı şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “icra sənədi üzrə ödənilmiş borc məbləğindən azad olunma” tələbinə dair mülki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam veriməlidir. Beləliklə, Suraxanı rayon məhkəməsinin e-2(010)-1679/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “icra sənədi üzrə ödənilmiş borc məbləğindən azad olunma” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməsini nəzərə alıb, məhkəmə hesab edir ki, məhkəmə qərardadı qanuni qüvvəsini almadan ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı büdcədən geri qaytarılması mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : İddiaçı Cavabdeh qarşı “icra sənədi üzrə ödənilmiş borc məbləğindən azad olunma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, **********-li qəbz) dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-1679/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1679/2024
28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver