Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1918/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “təhdidlərə son qoyulması və özbaşına hərəkətlərin, əsassız şikayətlərin cavabdehə qadağan edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı “təhdidlərə son qoyulması və özbaşına hərəkətlərin, əsassız şikayətlərin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən onun barəsində olunacaq təhdidlərə son qoyulması və özbaşına hərəkətlərin, əsassız şikayətlərin qadağan edilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat vəsaitin cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh və onun qızı X4 qarşı İddiaçı məxsus Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov 189 ünvanından çıxarılaraq həmin mənzilin boşaldılması və boş vəziyyətdə İddiaçı təhvil verilməsi tələbinə dair məhkəməyə müraciət etmiş, xx.xx.2023-cü il tarixli, e-2(010)-1649/2023 saylı qətnamə ilə iddia tələbi təmin edilmiş, Cavabdeh və X3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, Cavabdeh ilə X6 tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh və X1 müştərək qaydada iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sonradan cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5355/2023 saylı qətnaməsi ilə Cavabdeh nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1649/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5355/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin hakimi Əhliman Xıdırov tərəfindən 2(102)-520/2024 saylı iş üzrə kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Bu qeyd edilənlərdən sonra Cavabdeh tərəfindən votsap vasitəsilə iddiaçıya təhdid dolu mesajlar gəlməyə başlamışdır. Həmçinin, Cavabdeh və onun həyat yoldaşı Gülnar tərəfindən iddiaçı barəsində böhtan xarakterli şikayətlər olunmuşdur. Belə ki, hələ iş Apellyasiya Məhkəməsində araşdırılarkən cavabdeh və onun ailə üzvləri tərəfindən Suraxanı RPİ-nin 33-cü PB-nə iddiaçı barəsində şikayət olunmuş və araşdırmanın nəticəsi olaraq rədd qərarı verilmişdir. Bu qeyd edilənlər iddiaçını sarsıtmaqla yanaşı, mənəvi cəhətdən çətin vəziyyətə salmışdır. Digər tərəfdən iddiaçı tərəfindən cavabdehlər X7 və Qocayeva Gülnar Ziyəddin qızına qarşı iddia ərizəsi ilə cavabdehlərin ona məxsus olan fərdi yaşayış evindən çıxarılmaları, mülkiyyət hüququnun bərpası və bu günə kimi kirayə haqqı kimi ödənilməli olan 5000 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) 2(103)-8836/2021 saylı mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla, iddia tələbinin qismən, cavabdeh Qocayeva Gülnar Ziyəddin qızının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində təmin olunması qət edilmişdir. Sonradan cavabdeh tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti verilmiş, xx.xx.2022-ci il tarixli qərarla cavabdeh Qocayeva Gülnar Ziyəddin qızının kassasiya şikayəti təmin edilməmişdir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 8836/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar icrada olarkən bilindi ki, Ali Məhkəmənin 31 may 2022-ci il tarixli qərarından sonra xx.xx.1069-cu il təvəllüdlü Cavabdeh və xx.xx.1995-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdən mübahisəli mənzilə qeydiyyata düşmüşlər. Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, e-2-1(112)-3764/2023 saylı qərarı ilə İddiaçı məxsus olan ünvan 3 ünvanına pasport qeydiyyatından xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh və xx.xx.1995-ci il təvəllüdlü X3 çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair tələb təmin edilmişdir. Hazırda iş üzrə 25 yanvar 2023-cü il tarixli Bakı İnzibati Məhkəməsinin qeydiyyatın ləğvinə dair e-2-1(112)-3764/2023 saylı qərarından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində araşdırılır. Tərəflərin izahatları Məhkəmənin əvvəli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçının təxminən 3 ildir ki, vəkilidir. İddiaçı ilə cavabdehin arasında uzun müddətli məhkəmə çəkişmələri mövcuddur. Onda disk yazıları var və həmin disk hazırda ofisdədir. Cavabdeh “whatsapp” mobil tətbiqi vasitəsilə iddiaçıya mesaj yazaraq onu mənzillə bağlı təhdid etmişdir. Ona görə də cavabdehin bu hərəkətlərinə son qoyulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh iddiaçıya səs yazısı göndərmişdir ki, bu işin sonu yaxşı bitməyəcək və bununla da iddiaçını hədələmişdir. Heç kim qarantiya vermir ki, gələcəkdə cavabdeh iddiaçıya qarşı hüquqa zidd hər hansı hərəkət etməyəcəkdir. Şikayət etmək vətəndaşın hüququdur, lakin şikayət əsaslı olmalıdır. Hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Ona görə də cavabdeh artıq bununla bağlı şikayət verməməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, obyektiv səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini və bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək və izahatını yazılı şəkildə təqdim edərək bildirdi ki, o, İddiaçı qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmiş, onu təhdid etməmiş, hədə-qorxu gəlməmişdir. Sadəcə olaraq onunla danışmış və aralarında olan mübahisənin sülh yolu ilə həll olunmasını təklif etmişdir. İddiaçı onunla görüşməkdən imtina etdiyi və telefon zənginə cavab vermədiyi üçün məcbur olaraq “whatsapp” mobil tətbiqi vasitəsilə ona səs yazısı göndərmişdir. Həmin səs yazısı yəqin ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunan iddia ərizəsinə əlavə edilmişdir. Əgər məhkəmədə belə bir sübut yoxdursa, onun adına olan ***-***-**-** mobil telefon nömrəsinin həmin mobil tətbiqində belə bir səs yazısı vardır və məhkəmədən həmin səs yazısının da dinlənilməsini xahiş edir. Bu səs yazısındakı sözlərin hər hansı birində nə təhdid, nə də hədə-qorxu xarakterli heç bir ifadə yoxdur. Lazım gələrsə, məhkəmə həmin səs yazısı ilə bağlı məhkəmə ekspertizası da təyin edərək müvafiq rəy ala bilər. Mübahisə predmeti olan fərdi yaşayış evi ünvan 4 ünvanında, 0.3 ha torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsinə dair guya Zığ bələdiyyəsi tərəfindən verilmiş 2007-ci il tarixli sərəncama əsas gətirilir. Həmin sərəncamın heç bir hüquqi əsası yoxdur. Heç bir yerdə qeydiyyatdan keçməmişdir. 2012-ci ildə qeyd edilən sərəncamı ona və həyat yoldaşı Gülnar Qocayevaya göstərərək R.Göyüşov küçəsi 189 ünvanında yerləşən fərdi yaşayış evini onlara satmış və rəsmi alğı-satqı mümkün olmadığı üçün həyat yoldaşı Gülnar Qocayevanın adına 90 illik etibarnamə verdi. İşıq, qaz, su pulu 2012-ci ildən bəri onun tərəfindən ödənilir. Həmin fərdi yaşayış evinin heç bir təmiri yox idi və o, evi 15000 manat xərc qoyaraq təmir etdirmişdir. Hansı kirayəçi kirayə qaldığı evə 15000 manat xərc çəkərək təmir etdirər? Əlbəttə heç kim! İddiaçı 2012-ci ildən onları məhkəməyə verdiyi 2021-ci ilə qədər bir dəfə də olsun həmin ünvana gəlməmişdir. Bəs necə oldu ki, birdən birə bu hərəkəti etdi? Yəqin ki, bunu da iddiaçının özündən və onu bu yola sövq edən şəxslərdən soruşmaq lazımdır. O ona görə də iddiaçıya zəng edərək görüşmək istədiyini və bu məsələyə aydınlıq gətirilməsini vacib olduğunu söyləmişdir. İddiaçı isə qəsdən ona qarşı belə məhkəmə prosesləri qaldırmışdır. Onu evdən əl çəkdirməyə məcbur etdirmək istəyir. Belə olan halda, onun pullarını kim verəcəkdir? O, iddiaçıya inanmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2715/2022 nömrəli qərarından müəyyən olunur ki, cavabdeh Qocayeva Gülnar Ziyəddin qızının kassasiya şikayətinin təmin edilməməsi, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8836/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Müraciət etmək hüququ 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Maddə 3. Əsas anlayışlar 3.0.5. şikayət - pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında mənzilin boşaldılması, mülkiyyət hüququnun müdafiəsi ilə bağlı mübahisələr olmuş və bununla bağlı mübahisə üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Hazırda isə iddiaçı cavabdehdən barəsində olunacaq təhdidlərə son qoyulması və özbaşına hərəkətlərin, əsassız şikayətlərin cavabdehə qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Hazırki mülki iş üzrə isə iddia tələbinin qanuni əsası olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “təhdidlərə son qoyulması və özbaşına hərəkətlərin, əsassız şikayətlərin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “təhdidlərə son qoyulması və özbaşına hərəkətlərin, əsassız şikayətlərin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-1918/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1918/2024
01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver