Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1933/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Kreditor MMC-nin Borclu qarşı «məhkəmə əmrinin verilməsi» tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Kreditor MMC Borclu qarşı “məhkəmə əmrinin verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında rəsmi qeydə alınan Borclu Kreditor MMC-nin xeyrinə 710,71 manat əsas borc, 2,16 manat penya borcu, 712,87 manat məbləğində pul vəsaitinin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 276.2-ci maddəsinin tələbinə görə, Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, 276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa, 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, 276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə, 276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə, 276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə əmrinin verilməsi üçün əsas ola biləcək hal yuxarıda qeyd edilən maddi hüquq normasının tələblərinə uyğun deyildir. Belə ki, kreditor mənzillə əlaqədar yaranmış olduğunu qeyd etdiyi pul vəsaitinin borcludan tutulmasını tələb edir. Ərizəçinin bildirdiyi hallar araşdırma tələb edən hallardır. AR MPM-nin 278.2.4-cü maddəsinə görə kreditorun tələbi və onun əsaslandığı hallar, 278.2.5-ci maddəsinə görə isə tələbin əsaslığını təsdiq edən sənədlər ərizədə göstərilməlidir. Lakin əsaslar və sənədlər mübahisə doğurmayan və kifayət qədər mötəbər olmalıdır. Həmin Məcəllənin 279.2.2 və 279.2.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadıqda və yaxud ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduqda - məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutub, Qərara aldım: Kreditor MMC-nin Borclu qarşı “məhkəmə əmrinin verilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun. İzah olunsun ki, ərizəçi iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Qərardaddan şikayət verilə bilməz. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-1933/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1933/2025
20.02.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver