Məhkəmə qərarları › İş №e-2(010)-1941/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1941/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1941/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ilə Cavabdeh birgə nikahından anadan olan övladı xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb iddiaçıya verilməsi, Cavabdeh ilə birgə nikahından anadan olan övladı xx.xx.2015-ci il təvəllüdlü X2 bu günə qədər tək başına saxladığı üçün iddiaçıya 2 il ərzində ödəmədiyi alimentin illər üzrə dəqiq hesablanaraq Cavabdeh alınıb iddiaçıya verilməsi, məhkəməyə müraciət etməmişdən əvvəl, lkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiyaya dair xərcin Bakı 16 saylı X1 rüsumu olaraq ödədiyi 60 (altmış) manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixində Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsində 569 nömrəli Akt qeydi ilə rəsmiləşdirilərək rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə birgə nikahından xx.xx.2015-ci il təvəllüldü X4 adlı övladı anadan omuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-146/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahı pozulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsində nikahın pozulması ilə bağlı mülki işə baxılarkən cavabdeh iddiaçıya söz vermişdi ki, alimenti məhkəmədən kənar ödəyəcəkdir. Sonradan iddiaçı cavabdehin onu aldatdığını bilmişdir. Cavabdehlə nikahı məhkəmə qaydasında pozulduqdan sonra birgə nikahından anadan olan övladı xx.xx.2015-ci il təvəllüldü X4 iddiaçının hazırda himayəsində yaşayır. Cavabdeh uşağı ilə maraqlanmır, uşağın saxlanılması üçün 2 il ərzində iddiaçıya heç bir maddi yardım göstərməyib. Cavabdeh bu günə qədər heç vaxt xx.xx.2015-ci il təvəllüldü X3 görməyib, heç bir maddi yardım göstərməyib. Hazırda xx.xx.2015-ci il təvəllüldü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasının və 2 il ərzində iddiaçıya ödəmədiyi alimentin dəqiq hesablanaraq Cavabdeh tutulmasının zərurəti yaranmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-146/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Əhmədova Z-beydə Natiq qızının Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013- cu il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 569 nömrə ilə qeydə alınmış nikahın pozulması, Cavabdeh Fa-q oğlu ilə İddiaçı birgə nikahlarından doğulmuş 05 dekabr 2015-ci il təvəllüdlü X4 boşanmadan sonra anası İddiaçı yanında qalması, iddi ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu və mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. 2 saylı Bakı “AsAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2015-ci ildə doğulmuşdur və valideynləri Cavabdeh ilə İddiaçıdır. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/16-00257 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı təsvir etdiyi «aliment tələbi, çəkilmiş əlavə xərcdərin və gələcəkdə qaldırılması zəruri ola xərclərin tələbinə dair» mübahisəsi üzrə Cavabdeh ilə mübahisəni davam etdirə bilməmişlər. İşin faktiki halları İddiaçı ilə cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüldü X4 adlı övladları anadan olmuşdur. Hazırda iddiaçı, cavabdehlə birgə nikahından anadan olan övladı xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsini, cavabdehdən xx.xx.2015ci il təvəllüdlü X2 bu günə qədər tək başına saxladığı üçün iddiaçıya 2 il ərzində ödəmədiyi alimentin illər üzrə dəqiq hesablanaraq Cavabdeh alınıb iddiaçıya verilməsi, məhkəməyə müraciət etməmişdən əvvəl, ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiyaya dair xərcin Bakı 16 saylı X1 rüsumu olaraq ödədiyi 60 (altmış) manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsini istəyir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddiaya münasibəti öyrənilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyası:

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

"Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 235 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi İddiaçı ilə cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüldü X4 adlı övladı anadan olmuşdur. Hazırda iddiaçı, cavabdehlə birgə nikahından anadan olan övladı xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsini, cavabdehdən xx.xx.2015ci il təvəllüdlü X2 bu günə qədər tək başına saxladığı üçün iddiaçıya 2 il ərzində ödəmədiyi alimentin illər üzrə dəqiq hesablanaraq Cavabdeh alınıb iddiaçıya verilməsi, məhkəməyə müraciət etməmişdən əvvəl, İlkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiyaya dair xərcin Bakı 16 saylı X1 rüsumu olaraq ödədiyi 60 (altmış) manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsini istəyir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddiaya münasibəti öyrənilməsi mümkün olmamışdır. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 235 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. İddianın “Cavabdeh ilə birgə nikahından anadan olan övladı xx.xx.2015-ci il təvəllüdlü X2 bu günə qədər tək başına saxladığı üçün iddiaçıya 2 il ərzində ödəmədiyi alimentin illər üzrə dəqiq hesablanaraq Cavabdeh alınıb iddiaçıya verilməsi” hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə müəyyən edir ki, iddiaçı “aliment” tələbinə dair iddia irəli sürmək üçün mediatora xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normasına uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il təvəllüldü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehdən mediasiya proseduru üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüldü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən mediasiya proseduru üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment tələbi hissəsində dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar