Məhkəmə qərarları › İş №e-2(010)-1977/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1977/2022

31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1977/2022 31.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "aliment borclarını ödəməkdən azad edilmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçının Bakı şəhər Suraxanı rayon məhkəməsinin 30 iyul 2018-ci il tarixli 2(010)- 2704/2018 saylı qətnaməsi ilə yaranmış 5626 (beş min altı yüz iyirmi altı) manat aliment borclarını ödəməkdən azad edilməsi. İddia tələbinin dəlliləri İddiaçı cavabdeh X3 ilə 29 noyabr 2005-ci ildə nikah bağlamış, həmin nikahdan 04 sentyabr 2003-cü təvəllüdlü X10 adlı uşağı doğulmuşdur. Lakin cavabdeh 2018-ci ildə aralarında olan nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət edərək, onunla bağlanmış nikahın pozulmasına, uşağı 04 sentyabr 2003-cü təvəllüdlü X5 boşanmadan sonra onun yanında qalmasının müəyyən edilməsinə və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 154 manat olmaqla sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2704/2018 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2003-cü təvəllüdlü X5 boşanmadan sonra iddiaçı Cavabdeh yanında qalmasının müəyyən edilməsi, xx.xx.2003-cü təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi və alimentin hesablanması və ödənilməsi xx.xx.2018-ci ildən etibarən həyata keçirilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edilərkən onların oğlunun X5 15 yaşı olmuş, məhkəmə onun fikrini öyrənmədən uşağın onun yanında qalmasını qət etmiş, bu səbəbdən də həmin qətnamə uşağın anasının yanında qalması hissəsində icra edilə bilməmişdir. Belə ki, onlar eyni evdə yaşasa da, uşaq anasını istəmədiyinə görə iddiaçı ilə qalmış, hətta iddiaçı məhkəmə hökmü ilə tutulduqdan sonra da uşaq anası ilə ünsiyyət saxlamamış, nənəsinin himayəsində qalmış, onun bütün xərclərini nənəsi, yəni iddiaçının anası Tixtova Zoya çəkmişdir. Bütün bu dövrlərdə isə məhkəmə qətnaməsi ilə iddiaçıdan cavabdehin xeyrinə tutulmalı olan aliment toplanaraq 5 626 manat olmuşdur. Halbuki, iddiaçının oğlu bir gündə cavbdehin himayəsində qalmamış, cavabdeh oğlunu öz nənəsi ilə yaxşı münasibətdə olduğuna görə evin içində danışdırmamışdır, hətta o, Cəzaçəkmə müəassisəsində olduğu dövrdə, cavabdeh iddiaçının anasını yaşadığı evdən qovmuş, azyaşlı oğlunu da öz evinə buraxmamışdır. Hal-hazırda oğlu yetkinlik yaşına çatmış, hələ indi də öz anası ilə danışmır. İddiaçı cəzasını çəkib qurtardıqdan sonra Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru ondan yığılmış aliment borcunu tələb etməyə başlamış, onun bu vaxta qədər 5626 manat aliment borcunun yaranmasını bildirmişdir. Halbuki, hal-hazırda aliment borcu kimi iddiaçıdan 5626 manat pul vəsaiti tələb edilsə də, azyaşlı uşağı cavabdehin himayəsində qalmamış, cavabdeh heç bir məbləğdə pul vəsaiti uşağına xərcləməmiş, uşaq iddiaçının anasının himayəsində qalmış, onun bütün xərclərini anası çəkmişdir. Qeyd etdiyi bu hallar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)- 2704/2018 saylı qətnaməsi qəbul edildikdən sonra azyaşlı uşağının cavabdehdə qalmaması, azyaşlı uşağının hal-hazıradək anasının himayəsində qalmasını bu gün həmin uşaq özü də təsdiq edir. Çünki həmin qətnamə qəbul edən dövrdə uşağın 15 yaşı olmuş, uşaq kifayət qədər dərk etmə qabiliyyətinə malik olmuşdur. Göründüyü kimi Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2704/2018 saylı icra sənədinə əsasən alimentin ödənilməsi xx.xx.2018-ci il tarixdən başlanılmalıdır. Həmin tarixdən uşaq yetkinlik yaşına çatanadək, yəni xx.xx.2021-ci ilədək 42 ay olur ki, bu da 6468 manat məbləğində aliment təşkil edir. İddiaçı Cəzaçəkmə Müəssisəsindən buraxıldıqdan sonra icra məmuru ondan həmin pul vəsaitini tələb etmiş, o da həmin məbləğin bir qismini ödəmiş, onun cəmi ödənilməyən 5626 manat aliment borcu qalmışdır. Qətnamə uşağın cavabdehin yanında qalması hissəsində icra edilmədiyinə görə, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıda aliment də tutula bilməz, ona görə də iddiaçı həmin qətnamə üzrə hesablanmış aliment üzrə borc məbləğini ödəməkdən azad edilməlidir.. Tərəflərin izahatları İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4cü maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2704/2018 saylı qətnaməsi ilə cavabdehlə iddiaçı arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2003-cü təvəllüdlü X5 boşanmadan sonra cabadeh Cavabdeh yanında qalmasının müəyyən edilməsi, xx.xx.2003-cü təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh qızma ödənilməsi və alimentin hesablanması və ödənilməsi xx.xx.2018-ci ildən etibarən həyata keçirilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı uşağın saxlanması üçün aliment məbləğini ödəməkdən qəsdən boyun qaçırmışdı. Qətnamənin icra olunması üçün dəfələrlə Suraxanı rayon İcra şöbəsinə müraciət olunsa da İddiaçı icradan yayınmışdır. Suraxanı rayon İcra şöbəsinin təqdimatı əsasında Suraxanı rayon Rayon məhkəməsinin hakimi Anara Qasımovun icraatında olan inzibati işlə bağlı məhkəmə tərəfindən İddiaçı alimenti ödəməsinə dair xəbərdarlıq edilmiş, İddiaçı isə hər ay 200 manat aliment ödəyəcəyinə dair söz verərək məhkəmyə müvafiq ərizə təqdim etmiş, həmçinin 500 manat aliment məbləğini ödəmişdir. Uşağın anası ilə deyil iddiaçı və onun anası Tixtova Zoya ilə qalması faktı həqiqəti əks etdirmiş olsa idi iddiaçı bu halı o zaman bildirə bilərdi. İddiaçı uzun müddət narkotik vasitələrin istifadəçisidir. Həmçinin Suraxanı rayon Məhkəməsinin müvafiq hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri, Binə qəsəbəsi 17 saylı X12 məhkum olmuşdur. İddiaçının iddiası əsassız olduğuna görə rədd edilməlidir. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, o, iddiaçı və cavabdehin oğludur. O, 2014-cü ildən atası, anası, nənəsi və özü Çöllük küçəsində yaşayırdılar. Sonradan atasını həbs etmişlər. Atası cəzaçəkmə müəssisəsində olarkən anası ilə ayrılmış və aralarında söz-söhbət olduğuna görə anası alimentə vermişdir. Sonra o, universitetə girmiş və o, nənəsi ilə birlikdə Türkiyəyə getmişdir. Nənəsi onun təhsil haqqını və yaşaması üçün ona pul vəsaiti verərək çıxıb getmişdir. Sonradan nənəsi ona zəng vuraraq, onu evə buraxmır. 2018-ci ildə valideynləri ayrılmışlar. Ayrıldıqdan sonra o, nənəsi və anası yaşamışdır. Həmin dövrdə atası cəzaçəkmə müəssisəsində olmuşdur. Atası cəzaçəkmə müəssisəsindən çıxdıqdan 1 həftə sonra onun səyi ilə barışıb yenə bir yerdə yaşadılar. Ona nənəsi baxıb, getdii hazırlıqların pullarını da nənəsi vermişdir. Nənəsi işıq idarəsində işləyirdi, sonra ev alqı-satqısı ilə məşğuldur. Nənəsi ilə Türkiyəyə getmə tarixi dəqiq yadında deyil, nənəsi Türkiyəyə dollar apararaq türk lirəsinə çevirmişdi. Nənəsi 2 həftə Türkiyədə qalmış, sonradan qayıtmışdır. X14 küçəsindəki evi satıb, pulunu onun təhsilinə xərcləmişdi. O, universitetdən əvvəl 5 saylı Bakı Liseyində oxumuşdur. Atası cəzaçəkmə müəssisəsində olduğu dövrdə onunla nənəvi və anası məşğul olmuşdur. O, riyaziyyat, ingilis dili və tarix dərslərindən hazırlığa getmişdir. Tarix fənnindən müəllimi Bəhruz idi və ödənişi 50 manat idi. Həmin pulu nənəsi və anası ödəmişdir. Nənəsinin azərbaycan dilində danışması çox çətin idi deyə anası müəllimləri ilə kontakta girirdi. Valideynləri boşananda 14 yaşı olmuş və onun bu barədə fikri alınmamışdır. Türk dilində imtahan verib, universitetə daxil olmuşdur. O, Türkiyəyə nənəsigilə getmişdir. Şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, o, iddiaçı və cavabdehlə qonşudur. Özləri həyət evində qalırdılar və bina evlərini kirayəyə vermişdilər. O, və qonşuları iddiaçı ilə cavabdehin bir yerdə yaşadıqlarını bilirdi. O, onlara nə vaxt getsə Eldar həmin evdə olmuşdur, hətta Eldar tutulanda da həmin evdə tutmuşdular. Yeganə xanım işlədiyindən çox vaxt evdə olmurdu. Evdə çox vaxt Zoya xanımı görürdü. Hətta bir neçə dəfə nə yaxşı boşansalarda birlikdə yaşadıqlarını fikirləşmişdi. Hamı bilirdi ki, ev Zoya xanımındı. Zoya xanımın qızı xaricdə yaşayır. Zoya xanım gəlinini qeydiyyatdan çıxardığından xəbəri vardı. Onun hamı ilə münasibəti var. Uşağa nənəsi baxmış və nəvəsi təhsil alsın deyə evini satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, bütün xərcləri özü çəkmişdir.özü 600 manat pensiya alır, 700 manat işdən qazanır, qızı 200 evro göndərir və əlavə olaraq evlərdə işləyir. O, özü nəvəsini Türkiyəyə aparıb qoymuşdur. Gələndə öz evinə buraxmadılar. Nəvəsinə özü baxmışdır. Heç vaxt Yeganə Eldardan aliment tələb etməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-2704/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın iddiaçının yanında qalmasının müəyyən edilməsi və aliment» tələbinə dair iddiası təmin olunmuş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2005-ci ildə bağlamış və həmin tarixdə Suraxanı rayon VVADQ şöbəsi tərəfindən akt qeydləri kitabında 1151 nömrəs ilə qeydə alınmış nikah pozulmuş hesab edilmiş, xx.xx.2003-cü il təvəllüdlü X5 boşanmadan sonra iddiaçı Cavabdeh yanında qalması müəyyən edilmiş, xx.xx.2003cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 154 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməli, alimentin hesablanması və ödənilməsi xx.xx.2018-ci ildən etibarən həyata keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)12565/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1504/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi qismən, iddianın təmin olunan (cvabdeh Cavabdeh aid) hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə də təmin edilməmiş, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sakarya tətbiq edilmələr universitetiinin arayışından müəyyən olunur ki, Safar Tixtov universitetinin Turizm fakultəsində bakalavr səviyyəsində təhsil almaq üçün qeydiyyatdan keçmişdir. X1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, abituriyenti X10 2021-ci ilin mart ayından 2021-ci ilin iyul ayına qədər oun yanında tarix fənnindən tədris almışdır. X10 onun yanına anası Cavabdeh ilə birlikdə gəlmişdir. X5 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, anadan olan gündən bu günə kimi nənəsi X6 anında yaşamışdır. Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən atası ilə anasının nikahı pozulmuş və o, həmin qətnaməyə əsasən anası Cavabdeh himayəsində axlanılsa da, həmişə atası və nənəsinin himayəsində olmuşdur. Onun bütün xərclərini nənəsi və atası çəkmişdir, hal-hazırda nənəsi və atasının köməkliyi ilə o, Türkiyə Respublikasında Sakarya Uyqulamalı Bilimlər Universitetinin turizm fakültəsinin 1 kursunda təhsil alır. Təhsil haqqını nənəsı və atası ödəyir. Anası ona baxmadığı halda atasından aliment tələb edir. Bu səbəbdən də atası alimentin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. Özü təhsilini davam etdirmək üçün Türkiyəyə qayıtmalı olmuş, məhkəmədə iştirak edə bilmir. Xahiş edirəm mülki işə baxarkən yazdıqlarımı nəzərə alıb atası İddiaçı iddiasını təmin edilsin. 1 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2021-ci il tarixli “amnistiya aktının tətbiq edilməsi barədə” qərarından müəyyən olunur ki, “8 noyabr –Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məcəlləsinin xx.xx.2021ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən məhkum İddiaçı cəzadan azad edilmişdir. Mediator N.Mirzəyevanın “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından müəyyən olunur ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi, Cavabdeh ailə mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində, 14:30-15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı cavabdeh X3 ilə 29 noyabr 2005-ci ildə rəsmi nikaha daxil olaraq evlənmiş, həmin nikahdan 04 sentyabr 2003-cü təvəllüdlü X10 adlı bir uşaqları doğulmuşdur. Sonrada aralarındakı münasibətlər pozulmuş və cavabdehin ərizəsi əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2704/2018 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2003-cü təvəllüdlü X5 boşanmadan sonra iddiaçı Cavabdeh yanında qalmasının müəyyən edilməsi, xx.xx.2003cü təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi və alimentin hesablanması və ödənilməsinin xx.xx.2018-ci ildən etibarən həyata keçirilməsi qət edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəzaçəkmə müəssisəsində olmuşdur. Hazırda tərəflərin birgə nikahından doğulmuş X10 yetkinlik yaşına çatmışdır və onun saxlanılması üçün cavabdehin xeyrinə tutulan aliment borcundan 5626 manatı qalmışdır ki, iddiaçı hazırda həmin məbləğin silinməsini xahiş edir. İddiaçının dəlilləri ondan ibarətdir ki, aralarındakı nikah pozulduqdan və aliment tutulduqdan sonra da uşağı cavabdehlə yaşamamış, uşağın bütün maddi xərclərinin onun anası Zoya qarşılamışdır. Cavabdeh tərəf iddia tələbini qəbul etmir və bildirir ki, o, bu dövrlərdə işləmiş və uşağının saxlanılması üçün lazım olan xərcləri özü çəkmişdir. Düzdür uşağın nənəsi Zoya da ona maddi köməklik göstərmişdir, lakin bu onun nənə olaraq vəzifəsidir və bu hal məhkəmə qətnaməsi ilə tutulan alimentin ödənilməsi vəzifəsindən iddiaçını azad etmir. Məhkəmə ilk əvvəl qeyd etməyi zəruri hesab edir ki, ailə qanunvericiliyi aliment öhdəliyindən azad edilmənin əsaslarını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Hazırkı iş üzrə tərəflərin həyat şəraitində aliment öhdəliyindən azad edilməyə əsas verən hər hansı bir dəyişiklik baş verməmişdir. İddiaçı tələbinin əsası kimi aliment tutulduqdan sonra oğlunun cavabdehlə deyil anası ilə birlikdə yaşamasını, cavabdehin uşağın saxlanılmasında iştirak etməməsini, uşağın bütün maddi xərclərini anasının çəkdiyini iddia edir. Məhkəmə hesab edir ki, iddiaçı uşağın cavabdehlə qalmamasını, sonuncunun oğlu ilə maraqlanmamasını bildirsə də, iş materialları ilə həmin faktlar sübut olunmur. Belə ki, məhkəmə iclaslarında tərəflər və şahidlər uşağın təhsili ilə bağlı müəllimləri ilə cavabdehin əlaqə saxladığını, pulu onun ödədiyi təsdiq olunur. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı oğluna anası Zoyanın baxdığını, sonuncunun təhsili və saxlanılması üçün xərcləri onun çəkdiyini bildirir. Məhkəmə həmin xüsusatla bağlı qeyd edir ki, nənənin nəvənin saxlanılmasında iştirak etməsi onun vəzifələrindən biridir. Bu hal uşağın bütün xərclərinin cavabdehin qarşılamamasını sübut edən hal kimi nəzərə alına bilməz. İddia tələbinin onların birgə yaşamaları ilə bağlı olan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan məhkəmə qətnamələri ilə müəyyən edilir ki, tərəflər arasında 2018-ci il tarixdən, yəni tərəflər rəsmi olaraq ayrıldığı tarixdən bəri mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı mübahisələr olmuşdur və bu hal iddiaçının əsasını təkzib edir. Göründüyü kimi iddiaçının anası cavabdehin nəvəsi ilə birlikdə istifadə hüququna xitam verilməsinə dair məhkəmədə iddia qaldırmışdır və məhkəmə qətnaməsi əsasında cavabdeh iddiaçının anası ilə birlikdə yaşamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin uşağın saxlanılmasında iştirak etməməsi, uşağın iddiaçının anası ilə birlikdə yaşaması və uşağın bütün xərclərinin iddiaçının anası tərəfindən qarşılanması məhkəmə iclasında sübut edilmədiyindən və ailə qanunvericiliyinə əsasən tərəflərin həyat şəraitində aliment öhdəliyindən azad edilməyə əsas verən hansı bir dəyişiklik baş vermədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmi edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment borclarını ödəməkdən azad edilmə" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar