Məhkəmə qərarları › İş №e-2(010)-2065/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2065/2021

16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2065/2021 16.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın digər valideynin razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh razılığı olmadan 07 dekabr 2011-ci il təvəllüdlü X5 18 yaşına çalanadək atası İddiaçı ilə birlikdə ölkədən getməsi barədə icazə verilməsi və 07 dekabr 2011-ci il təvəllüdlü X5 anası Cavabdeh razılığı olmadan şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində 27 may 2003-cü il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan 29 noyabr 2003-cü il təvəllüdlü X7 və 07 dekabr 2011-ci il təvəllüdlü X8 doğulmuşdur. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(010)- 1737/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 27 may 2003-cü il tarixli nikah pozulmuş, birgə nikahdan doğulmuş 29 noyabr 2003-cü il təvəllüdlü X7 və 07 dekabr 2011-ci il təvəllüdlü X1 Nigar İlidayət qızının yanında saxlanılmış və İddiaçı hər ay qazancının üçdə biri miqdarında alimentin alınaraq Cavabdeh xeyrinə tutulması qət edilmişdir. 07 dekabr 2011-ci il təvəllüdlü X8 məhkəmənin qətnaməsinə əsasən Cavabdeh yanında saxlanılmasına baxmayaraq, həftənin beş günü Xəyal Rəmimovun, qalan günlər isə Cavabdeh yanında qalmaqdadır. Said Rəhimli başqa uşaqlar kimi tətillərdə başqa ölkələrdə, başqa şəhərlərdə istirahət etmək istəyir. İddiaçı oğlunun başqa ölkələrdə istirahət etməsini, onun dünyagörüşü və intellektual səviyyəsinin artmasını istəyir. Lakin bunun üçün, yəni uşağın ölkədən çıxması üçün anası Cavabdehın rəsmi qaydada icazəsi lazımdır. Cavabdehə belə bir razılığın verilməsi üçün müraciət olunmasına baxmayaraq, o belə bir razılıq verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini, uşağın 10 yaşı tamam olduğu üçün onun dindirilərək mövqeyinin dinlənilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, 2021-ci ilin mart ayına qədər 07 dekabr 2011-ci il təvəllüdlü X8 atası İddiaçı yanında qalmışdır, indi isə anası ilə bir yerdə yaşayır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Uşaq da atasını istəmir. Səid atası ilə görüşə gedən zaman onun da yanında olmasını istəyir, görüşdə iddiaçı psixoloji təsir edir. Uşağın ölkə hüdudlarından kənara çıxarılmasına razı deyil, çünki İddiaçı güvənmir. İddiaçının böyük qızı 29 noyabr 2003-cü il təvəllüdlü X7 ilə də maraqlanmış, heç əlaqəsi yoxdur. Odur ki iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh vəkili X3 izahat verib, göstərdi ki, Suraxanı rayon İcra Hakimiyyəti Qəyyumluq və himayəçilik orqanı rəy verən zaman 07 dekabr 2011-ci il təvəllüdlü X8 da dindirmiş, uşaqla söhbət aparılmışdır, bütün bunlar azyaşlı uşağın psixologiyasına mənfi təsir göstərir. İddiaçının xarici dövlətdə işlə bağlı münasibətləri var. Xarici dövlət ərazisinə birdəfərlik köçüb yaşamaq ehtimalı var. Ona görə də anası uşağın ölkə xaricindən kənara çıxarılmasına razı deyil. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri suraxanı Rayon Məhkəməsinin 12.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu, VVADQ şöbəsində 27 may 2003-cü ildə bağlanmış və Nikahın bağlanması haqqında akt qeydləri kitabında 217 № ilə qeyd edilmiş nikah pozulmuş, 29 noyabr 2003-cü il təvəllüdlü X7 və 07 dekabr 2011-ci il təvəllüdlü X8 boşanmadan sonra Cavabdeh yanında saxlanılmış, 29 noyabr 2003-cü il təvəllüdlü X7 və 07 dekabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 12 iyun 2019-cu il tarixdən başlayaraq İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) üçdə biri miqdarında alimentin alınaraq Cavabdeh xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin 12.07.2021-ci il tarixli, 1/614 saylı rəyinə əsasən 07 dekabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək Cavabdeh icazəsi olmadan Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması hüququnun İddiaçı verilməsi azyaşlıların mənafeyi baxımından məqsədə uyğun hesab edilməmişdir. Məhkəmə üçüncü şəxsin verdiyi rəyə tənqidi yanaşılması üçün əsas görmür və onu sübut kimi qəbul edir. Beləliklə, işin mübahisələndirilməyən hallarından məlum olur ki, tərəflərin birgə nikahından anadan olan yetkinlik yaşına çatmamış Rəhimli Said anası-Cavabdeh himayəsində saxlanılır. İddiaçı cavabdehin razılığı olmadan Rəhimli Said ilə ğlkə hüdudlarından kənara çıxmaq hüququnun ona verilməsini xahiş edir və xahişini valideyn kimi malik olduğu hüquqları ilə əsaslandırır. Cavabdeh bu tələbə etiraz edərək azyaşlının atası ilə görüşərkən stres yaşadığını, iddiaçının xarici dövlətlə sıx əlaqəsinin oldğuğuna görə onun ölkəni birdəfəlik tərk etmək ehtimalının böyük olduğunu bildirir. İş üzrə üçüncü şəxs öz rəyində iddiaçıya qeyd edilən hüququn verilməsini məqsədəuyğun hesab etmir. Məhkəmə iclası azyaşlının dindirilməsi üçün təxirə salınsa da, sonuncu iclasda cavabdeh tərəf azyaşlını, onun stres yaşadığını, bu məsələlərin ona pis təsir edəcəyini əsas tutaraq məhkəmə iclasına gətirməmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə görə, bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Həmin Məcəllənin 11.5-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət həmin şəxsin valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının üzərinə düşür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanununun 18-ci maddəsinə görə, valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. BMT Baş Assabbleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyənnaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir – azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Həmin Konvensiyanın 31-ci maddəsinə görə isə iştirakçı dövlətlər uşağın istirahət etmək və asudə vaxta malik olmaq hüququnu, onun yaşına uyğun gələn oyunlarda və əyləncəli tədbirlərdə iştirak etmək və sərbəst surətdə mədəni həyatda iştirak etmək və incəsənətlə məşğul olmaq hüququnu tanıyırlar. Bu hüquqlar isə həyata keçirilərkən ilk növbədə azyaşlının mənafeləri nəzərə alınmalı, ona münasibətdə gələcəkdə yarana biləcək xoşagəlməz halların qarşısı alınmalıdır. Məhkəmə hazırkı işə qeyd edilən qanunvericiliyin tələbləri baxımından, eləcə də işin spesifik hallarına münasibətdə qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından olan 07 dekabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək cavabdehin razılığı olmadan ölkədən getmək hüququnun tanıması ilk növbədə azyaşlının mənafelərinə uyğun deyil və cavabdehin valideynlik hüquqlarını əsassız məhdudlaşdırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmuyu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı uşağın digər valideynin razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu olaraq iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar