Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2229/2024 29.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin olunması” tələbinə dair mülki işə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəmyə müraciət etmişdir. Eyni zamanda İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Suraxanı rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair 2(010)-1904/2024 saylı mülki işin mövcud olduğunu və hazırkı mülki işin 2(010)-1904/2024 saylı mülki işə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki mülki iş mövcud olduğundan və həmin işlərin birləşdirilərək bir icraatda baxılması məqsədə müvafiq olduğundan xx.xx.2024-cü il tarixdə daxil olmuş e-2(010)-2229/2024 nömrəli mülki iş xx.xx.2024-cü il tarixdə daxil olmuş 2(010)-1904/2024 nömrəli mülki işə birləşdirildirilməlidir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasına gəlməmiş və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh mülki işlərin birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icraatda olan İddiaçı Cavabdeh qarşı “alimentin təyin olunması” tələbinə dair və iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair mülki işlərin halları eyni olduğu üçün bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 169.3, 263, 264cü maddəsini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin olunması” tələbinə dair e-2(010)-2229/2024 nömrəli mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair 2(010)- 1904/2024 saylı mülki işə birləşdirilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan e-2(010)-2229/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-2229/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2229/2024
29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver