Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2263/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment və uşaqla ünsiyyət” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment və uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ilə birgə nikahdan olan və onun himayəsində olan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması və cavabdehin himayəsində olan X3 və X2 ilə ünsiyyət hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən bir-biri ilə bağlılığı olmayan iki tələb birləşdirilərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh qarşı yönəldilmiş tələbin birinci hissəsi yetkinlik yaşına çatmayan uşaq üçün aliment tutulması ilə bağlı, ikinci hissəsi isə yetkinlik yaşına çatmayan uşaqlarla ünsiyyətlə bağlıdır. Göründüyü kimi bu iki tələb arasında heç bir bağlılıq yoxdur və onların hüquqi əsasları fərqlidir. Bu iki tələbə birlikdə baxılması ona görə istisna edilir ki, aliment tələbi ilə bağlı mübahisənin hüquqi əsasını valideynlərin uşaqları saxlamaq vəzifəsi təşkil edir. Uşaqla ünsiyyətlə bağlı tələbin hüquqi əsası isə valideynlik hüquqlarının həyata keçirilməsinin təşkilidir. Eyni zamanda ailə qanunvericiliyi və mülki prosessual qanunvericilik həmin tələblər üzrə mübahisələrin məhkəmədə baxılmasının prosessual formalarını fərqli şəkildə tənzimləyir. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə bağlılığı olmayan iki tələbi bir iddia ərizəsində birləşdirməklə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də bu ərizə ilə məhkəməyə müraciət edərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment və uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli, 14614 №-li qəbz) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2263/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2263/2023
20.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver