Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2297/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı, Kreditor Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 194 ünvanında yerləşən Tələbkar MMC-nin xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş ünvan 3 mənzil 13 ünvanında qeydiyyatda olan Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor Tələbkar MMC Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 716 manat borc məbləği, 80 manat cərimə və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, cəmi 816 manat tutularaq tələbkara ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin çıxarılması barədə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli əşyanın nisyə alqısatqı müqaviləsinin 7.3-cü bəndindən müəyyən olunur ki, bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilə bilər. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə tərəflərin məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, kreditor Tələbkar MMC ərizəsində Borclu borcun ödənilməsi barədə dəfələrlə müraciət edilməsini qeyd etsə, məhkəməyə bu barədə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3 və 279.4-cü maddələrinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Tələbkar MMC-nin Borclu qarşı “pul” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-2297/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2297/2021
02.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver