Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2309/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, kreditor "Kreditor" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor " Kreditor" Məhdud Məsuliyyətli Cəmiyyəti 622 manat əsas borc və 166 manat cərimə borcu olmaqla – cəmi 788 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Borclu tutulması barədə məhkəmə əmri çıxarılması üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizədə kreditor və borclunun ünvanları göstərilməyərək, ərizənin formasına riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 278.2.2 və 278.2.3-cü maddələrinə əsasən, ərizədə kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer; borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və ya olduğu yer; göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 278.2.4-cü maddəsinə görə kreditorun tələbi və onun əsaslandığı hallar, 278.2.5-ci maddəsinə görə isə tələbin əsaslığını təsdiq edən sənədlər ərizədə göstərilməlidir. Lakin əsaslar və sənədlər mübahisə doğurmayan və kifayət qədər mötəbər olmalıdır. Həmin Məcəllənin 279.2.2 və 279.2.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadıqda və yaxud ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduqda məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 276-278 və 279-cu maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ M : Kreditor "Kreditor" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu borcun tutulması barədə məhkəmə əmri çıxarılması haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması, kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-2309/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2309/2021
02.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver