Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2334/2024 10.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin və 78 (yetmiş səkkiz) manat məbləğində dövlət rüsumunun, cəmi 5828 (beş min səkkiz yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi. İddia tələbinin dəlilləri xx.xx.2022-ci il tarixdə saat 15:30-da "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış X10 tərəfindən idarə edilən "xxxx" markalı, 99SS767 dövlət qeydiyyat nişanlı və X6 tərəfindən idarə edilən “Chevrolet Crube" markalı, 77CN084 və "Nissan X-Trail” markalı, 99FX203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən hadisə ilə bağlı Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş sənədlər baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh Binəqədi RPİ-nin TŞ-nin Baş təhqiqatçısı Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən X10 yol-nəqliyyat hadisəsinin törədilməsində AR İXM-in 327.8-ci maddəsinə əsasən təqsirli bilinmiş və onun barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün materiallar Binəqədi RPİ DYPŞ-yə göndərilmişdir. Məhz həmin qərar əsasında tərəflərindən "Chevrolet Cruize" markalı, 77CN084 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 3906.25 (üç min doqquz yüz altı manat, iyirmi beş qəpik) manat, “Nissan X-Trail” markalı, 99FX203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəymiş zərərə görə 1093.75 (min doxsan üç manat, yetmiş beş qəpik), X1 dəvən zərərə görə 750 (yeddi yüz əlli) manat olmaqla, cəmi 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Binəqədi Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli 137 xid nömrəli müşayət məktubu ilə xx.xx.2023cü il tarixdə ASC-yə təqdim edilmiş, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədovun xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, cavabdeh Binəqədi RPİ-nin TŞ-nin Baş təhqiqatçısı Cavabdeh tərəfindən AR CPM-nin 8.0.3, 48-ci maddələrinin tələbləri pozularaq material üzrə bütün hallar hərtərəfli, tam obyektiv araşdırılmamış, səthi araşdırma aparılaraq əsassız olaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və 31 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-769/2022 saylı qərarına əsasən X7 AR İXM-in 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair işin icraatına xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. Həmin qərarın əsaslandırılma hissəsində məhkəmə məhz cavabdehin qəbul etdiyi xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilməsinə istinad edərək X7 AR İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasların olmadığı qənaətinə gəlmişdir. xx.xx.2021-ci il tarixli, PBA********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Ford Fusion" markalı, 99SS767 dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “icbari sığorta" qaydasında sığortalanmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Nissan X-Trail” markalı, 99FX203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ASC tərəfindən 1093.75 (min doxsan üç manat, yetmiş beş qəpik) məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Chevrolet Cruize" markalı, 77CN084 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ASC tərəfindən 3906.25 (üç min doqquz yüz altı manat, iyirmi beş qəpik) manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, X1 dəyən zərərə görə 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi edilmişdir. Binəqədi RPİ-nin TŞ-nin Baş təhqiqatçısı Cavabdeh tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən X10 yol-nəqliyyat hadisəsinin törədilməsində AR İXM-in 327.8-ci maddəsinə əsasən təqsirli bilinmiş və onun barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün materiallar Binəqədi RPİ DYPŞ-yə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 3(001)- 769/2022 saylı qərarına əsasən X7 AR İXM-in 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair işin icraatına xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. Həmin qərarın əsaslandırma hissəsində məhkəmə məhz cavabdehin qəbul etdiyi xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilməsinə istinad edərək, X7 AR İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasların olmadığı qənaətinə gəlmişdir. xx.xx.2024-cü il tarixli, BS-S-24/0414 saylı Geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubun ünvana çatdırılmasını təsdiq edən xəbərnamələrdən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən ödənilmiş 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqti icra edən O.Şeydabəyov məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X4 tərəfindən Ford Fusion" markalı, 99SS767 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən 12 ay müddətinə sığortalamışdır. 541/22 saylı sığorta aktından görünür ki, X4 tərəfindən Ford Fusion" markalı, 99SS767 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci ildən 15.2022-ci il tarixə qədər 55.000 manat məbləğində sığortalamışdır. xx.xx.2021-ci il tarixdə saat 16:15 radələrində Ford Fusion" markalı, 99SS767 dövlət qeydiyyat nişanlı avtomobili “Chevrolet Cruze" markalı. 77CN084 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. "xxxx" ASC-nin təqdim eldiyi qüsur aktına uyğun olaraq, 10000.00 manat məbləğində sığorta ödənişini X5 bank hesabına köçürmüşdür. Məbləği alan şəxs təsdiq edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün heç bir digər ödəniş almır və bu sığorta aktında nəzərdə tutulmuş sığorta ödənişi həyata keçiriləndən sonra onun "xxxx" ASC-yə qarşı heç bir iddiası yoxdur. Binəqədi rayon Pİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Cavabdeh xx.xx.2022ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərann surəti hadisənin baş verməsində təqsirkar sürücü X11 barəsində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün üçün Bİnəqədi RPl-nin DYPŞ-yə göndərilmişdir. Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri F.Məmmədovun xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsinə dair» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə Binəqədi RPİ-nın TŞ-nin baş təhqiqatçısı, polis mayoru Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1653/2022 saylı qərarından görünür ki, şikayət təmin edilmiş, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 3(001)769/2022 nömrəli qərarı müdafiəçinin şikayətinə münasibətdə ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiyası məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehdən ödənilmiş zərər məbləğini məktubu aldıqdan sonra 5 gün ərzində ödəməsini, əks təqdirdə, məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə qeyd edir ki, hazırki iş materiallarına əsasən müəyyən edilir ki, Binəqədi RPİ-nin TŞ-nin Baş təhqiqatçısı Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən X10 yol-nəqliyyat hadisəsinin törədilməsində AR İXM-in 327.8-ci maddəsinə əsasən təqsirli bilinmiş və onun barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün materiallar Binəqədi RPİ DYPŞ-yə göndərilmişdir. Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Binəqədi RPİ-nin TŞ-nin Baş təhqiqatçısı Cavabdeh tərəfindən AR CPM-nin 8.0.3, 48-ci maddələrinin tələbləri pozularaq material üzrə bütün hallar hərtərəfli, tam obyektiv araşdırılmamış, səthi araşdırma aparılaraq əsassız olaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və 31 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 1653/2022 saylı qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 3(001)769/2022 nömrəli qərarı müdafiəçinin şikayətinə münasibətdə ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiyası məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkəmə onu da müəyyən edir ki, həmin qərarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, X10 tərəfindən "xxxx" markalı S767 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən siğortalandığından, “Nissan X-Trail” markalı, 99FX203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1093.75 manat, “Chevrolet Cruize" markalı, 77CN084 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 3906.25 manat, X1 dəyən zərərə görə 750 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırki iddia tələbində iddiaçı ona istinad edir ki, bütün sığorta ödənişləri məhz cavabdehin qanunsuz (ləğv edilmiş) qərarı əsasında edilmişdir. Bu səbəbdən dəymiş ziyan məbləği cavabdehdən tutularaq ona ödənilməlidir. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ olsa da, lakin bu hüquq düzgün qaydada həyata keçirilməmişdir. Belə ki, AR MM-nin yuxarıda qeyd olunan normasının ( AR MM 1101-ci maddəsi) mahiyyətindən aydın olur ki, Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Normanın mahiyyətindən göründüyü kimi, qeyd olunan qanunsuz hallar nəticəsində vurulmuş ziyan məbləğinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilməsi müəyyən edilmişdir. Hazırki iddia tələbindən isə görünür ki, iddiaçı hazırki iddia tələbini vəzifəli şəxsin özünə qarşı qaldırmaqla vurulmuş ziyanı ondan tələb etməklə subyektiv hüququnu düzgün formada həyata keçirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı subyektiv hüququnu düzgün həyata keçirmədiyindən, yəni iddia tələbi ona cavab verməli olan şəxsə qarşı verilmədiyindən, iddia tələbində göstərilən məbləğin tutulmalı olubolmamasına münasibət bildirməmişdir. Məhkəmənin gəldiyi nəticə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-2334/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2334/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver