Məhkəmə qərarları › İş №e-2(010)-2401/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2401/2025

02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2401/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi 17 sentyabr 2011-ci il təvəllüdlü X5 və 28 iyun 2014-cü il təvəllüdlü X1 üçün hər uşağa görə 246 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması. İddia tələbinin dəlliləri Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-T № 044872 saylı nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2103 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Ojaqova soyadı verilmişdir. Bakışəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İİ № 794465 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2011-ci il tarixdə Bakışəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4453 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş,atası İddiaçı,anası Cavabdehdır. Bakışəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ- İİİ № 342202 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1074 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş,atası İddiaçı,anası Cavabdehdır. Bakı şəhəri, Binəqədi rayon İcra şöbəsinin 19 fevral 2025-ci il tarixli məktuba əsasən, 17 sentyabr 2011-ci il təvəllüdlü X8 və 28 iyun 2014-cü il təvəllüdlü X7 ərizəçi İddiaçı yanında yaşayırlar. Hal-hazırda cavabdehlə iddiaçıayrı yaşadığından, uşaqların saxlamasına maddi yükü iddiaçının üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 22 noyabr 2024-cü ilt tarixli mediasiya sessiyası haqqında arayışdan görünür ki, mediator X13 müəyyən etmişdir kicavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili Vəkil Şirinbalayeviç ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı uşaqlarını öyrədib, uşaqların psixologiyasını pozub, ağlayırlar. Qızın 14 yaşı var. İcra məmurları da işə ciddi yanaşmırlar. İddiaçı Qarabağda rəis vəzifəsində çalışır. İş materialları Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-383/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış 2103 saylı nikah akt qeydi ləğv edilmiş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X11 ataları İddiaçı yanında saxlanılmış, iddiaçı X2 cavabdeh İddiaçı qarşı nikah pozulduqdan sonra birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 onun yanında saxlanmasına, uşaqların saxlanması üçün hər ay 1500 manat aliment tutulmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-797/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-383/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 yaşayış yeri anaları Cavabdeh yanı müəyyən edilsin və uşaqlar ataları İddiaçı alınıb anaları Cavabdeh verilmiş, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X11 uşaqlar ataları İddiaçı alınıb anaları Cavabdeh verildiyi gündən hər ay İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1765/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-797/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı 9 saylı Mediasiya Təşkilatının "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/9/2025-00247 saylı arayışından görünür ki, İddiaçının təsvir etdiyi kimi «aliment» mübahisəsi üzrə xx.xx.2025-ci il tarixə saat 12:30 keçiriləcək ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Bakı şəhər Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, icra tədbirləri nəticəsində azyaşlılar xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X11 icra şöbəsinə çağırılaraq söhbət aparılmış, lakin uşaqlar anaları ilə getmək istəmədiklərini bildirmişdir. İcra tədbirləri davam etdirilir. Hazırki günədək azyaşlılar ataları İddiaçı yanındadırlar. İşin faktiki halları İddiaçıla Cavabdeh arasında olan nikah münasibətləri pozulmuş, birgə nikahdan olan uşaqların yaşayış yeri anaları Cavabdeh yanı müəyyən edilmiş və uşaqların ataları İddiaçı alınıb anaları Cavabdeh verilməsi, onların ataları İddiaçı alınıb anaları Cavabdeh verildiyi gündən hər ay İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. Hazırda İddiaçı uşaqların onun yanında olmasını nəzərə alaraq, onların saxlanılması üçün cavabdeh Könül Ocaqovadan aliment tutulmasını istəyir. Cavabdeh iddia tələbini qəbul etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi İddiaçıla Cavabdeh arasında olan nikah münasibətləri pozulmuş, birgə nikahdan olan uşaqların yaşayış yeri anaları Cavabdeh yanı müəyyən edilmiş və uşaqların ataları İddiaçı alınıb anaları Cavabdeh verilməsi, onların ataları İddiaçı alınıb anaları Cavabdeh verildiyi gündən hər ay İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. Hazırda İddiaçı uşaqların onun yanında olmasını, analarının himayəsinə verilmək istəmədiklərini nəzərə alaraq, onların saxlanılması üçün cavabdeh Könül Ocaqovadan aliment tutulmasını istəyir. Cavabdeh isə iddia tələbini qəbul etmir. İddiaçı iddia tələbinə dəlil olaraq onu göstərir ki, cavabdehlə birgə nikahından olan övladları Ayana və İsmayılın iddiaçıdan alınıb cavabdeh Könül Ocaqovaya verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, uşaqlar analarının yanında qalmaq istəmədiklərinə görə cavabdeh Könül Ocaqova həmin uşaqların saxlanılması üçün aliment ödəməlidir. Məhkəmə İddiaçı hazırki tələbini əsaslı saymır. Belə ki, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Lakin, məhkəmə müəyyən edir ki, iddiaçı övladlarının analarının himayəsinə verilməsi ilə bağlı Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsini icra etməmiş, üstəlik, həmin uşaqların anası olan cavabdeh Könül Ocaqovadan aliment tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbinin təmin edilməsi İddiaçı sözügedən məhkəmə qətnaməsini icra etməməsini “dəstəkləmək” sayılardı. Bununla belə, məhkəmə vurğulayır ki, tərəflər arasında münasibətlər dəyişəndavamedici münasibətlər sayılır. Bu baxımdan İddiaçı uşaqlarının analarının himayəsinə verilməsi ilə bağlı məhkəmənin müəyyən etdiyi əsasların dəyişdiyi təqdirdə məhkəməyə müraciət edərək, uşaqların himayəsi məsələsinə yenidən baxılması hüququnu özündə saxlayır və yalnız bundan sonra sözügedən uşaqların saxlanılması üçün onun xeyrinə aliment tutulması da əsaslı sayıla bilər. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar