Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2473/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15000 manat məbləğində borcun, 3000 manat mənəvi zərərə görə pulun, 145 manat ödənilmiş dövlət rüsumunun, cəmi 18145 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-112/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 qəti olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin Cavabdeh2 AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə nəzərdətutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh2 qəti olaraq 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən Cavabdeh1 həmin vəzifə və rütbədə xidmətdə olarkən, cinayətkar əməllərini davam etdirərək 2019-cu ilin iyul ayının əvvələrində ona müraciət etmiş tanışı, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin zabiti, baş leytenant İddiaçı xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrin birinə dəyişdirmək arzusunda olduğunu öyrəndikdən sonra, gizir Cavabdeh2 ilə danışıb bu məsələnin həlli istiqamətində söhbət apararkən sonuncu Müdafiə Nazirliyi sistemində tanışı olan yüksək vəzifəli şəxsə 12000 manat pul verilməsi müqabilində İddiaçı Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə yerdəyişmə məsələsini həll etdirmək imkanında olduğunu bildirib Cavabdeh2la cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək qanunsuz qazanc əldə etmək məqsədi ilə baş leytenant İddiaçı həmin işin həlli üçün lazım olan məbləğdən əlavə 1000 manat olmaqla cəmi 13000 manat məbləğində pul almaq qərarına gəlmişlər. Cavabdeh1 baş leytenant İddiaçılə əlaqə saxlayıb tutduğu vəzifəyə görə geniş əlaqələrinin olmasını bildirməklə daha çox qanunsuz qazanc əldə etmək məqsədilə ümumi niyyətdən kənara çıxıb ekstses törədərək gizir Cavabdeh2 niyyəti ilə əhatə olunmayan 2000 manat artıq, yəni guya vasitəsi ilə Müdafiə Nazirliyində yüksək vəzifədə çalışan adını çəkmədiyi şəxsə 15000 manat məbləğində pulun verilməsi müqabilində xidmət yerini Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsinə dəyişdirə biləcəyini vəd edib İddiaçı razılığını almaqla təkrarən digər şəxsi vasitəçidən istifadə etməklə vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, xx.xx.2019-cu il tarixdə qardaşı Rufan Vahidovla Bakı şəhəri, Binəqədi rayonu ərazisində görüşüb inandırıcı görünməsi və pulun verilməsi faktını təsdiq etmək üçün yaxınlıqda yerləşən 11 saylı notariat ofisinə getməklə aralarında borc müqaviləsi bağlayıb vətəndaş Rufan Vahidovun vasitəsilə baş leytenant İddiaçı işinin həll olunması adı ilə 15000 manat məbləğində pul alaraq, əvvəlcədən aralarında olan razılığa əsasən həmin pulun 12500 manatını cinayətkar qrupun üzvü gizir Cavabdeh2 təqdim edib 2500 manatını özünə götürmüş, lakin verdikləri vəd üzrə baş leytenant İddiaçı xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişlər. Sözügedən cinayət işi üzrə tərəfimdən mülki iddia verilməmişdir. MPM-in 42-ci maddəsinə əsasən, cinayət işindən əmələ gələn mülki iddia, əgər o cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Məhkəmə tərəfindən cavabdehlər tərəfindən mənə 15000 manat ziyan vurulması müəyyən edilmişdir. Eyni zamanda cavabdehlər mənə maddi ziyan vurmaqla yanaşı, mənəvi ziyan da vurmuşdurlar. Belə ki, hadisədən sonra dərin sarsıntı keçirmişəm, psixoloji travma almışam. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailəsini, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin, hesab edirəm ki, hazırkı iddia tələbini irəli sürərkən ödədiyim 145 manat dövlət rüsumu da cavabdehlərdən tuutularaq mənə ödənilməlidir”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı qismən müdafiə edərək bildirdi ki, iddiaçı Vahid X4 MR-də hərbi hissələrin birində hərbçi kimi qulluq edir. Cavabdehlər onu Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə keçirmək üçün ondan 15000 manat pul alımış, lakin verdikləri vədə əməl etməmişlər. Belə ki, iddiaçının qardaşı Rufan Vahidovla Cavabdeh1 arasında notarial qaydada kredit müqaviləsi bağlanmış, Rufan Vahidov qardaşı İddiaçı məxsus 15000 manat məbləğində pulu Cavabdeh1 qardaşı Fəridin iş yerini dəyişməkdə köməklik etmək üçün rüşvət kimi vermiş, pulu təminat altına almaq üçün isə notariat ofisində borc müqaviləsi bağlamışlar. Lakin cavabdehlər nə iddiaçıya iş yerinin dəyişdirilməsi barədə verdikləri vədə əməl etmiş, nə də aldıqları pulu qaytarmışlar. Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı dələduzluq cinayətini törətməkdə təqsirli bilinərək məhkum olunmuş, məhkəmənin hökmü ilə iddiaçıya 15000 manat məbləğində zərər vurulması müəyyən edilmişdir. Hazırda iddiaçı vurulmuş maddi və mənəvi zərəri cavabdehlərdən tələb edir. Həmçinin iddia tələbində pul cavabdehlərdən müştərək qaydada tələb edilsə də, hər cavabdehdən təqsirli olduqları məbləğdə pul tutulmasına etiraz etmir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh1 Ələsgər oğlu iddianı qəbul etməyərək bildirdi ki, o, həqiqətən İddiaçı iş yerini dəyişməsi kömək edəcəyinə dair söz vermiş, bunun üçün ona 15000 manat məbləğində rüşvət vermək lazım olduğunu bildirmiş, lakin pulu şəxsən ondan yox, qardaşı Rufandan notarial müqavilə əsasında almışdır. Həmin puldan o, 2500 manatını özünə götürmüş, qalan 12500 manatını Cavabdeh2 vermişdir. Bundan bir müddət sonra işin alınmadığını görüb özü hüquq mühafizə orqanlarına hadisə barədə məlumat vermişdir. Belə ki, iddiaçı pulu verəndən sonra işinin görülməsini tələb etmiş, o da öz növbəsində Cabirə müraciət etmişdir. Cavabdeh2 isə pulun yüksək vəzifəli şəxsə verildiyini, lakin həmin şəxsin heç bir hərəkət etmədiyini bildirmişdir. Məhz bundan sonra o, hadisə barədə prokurorluğa məlumat vermişdir. Bundan sonra isə onun və digər Cavabdeh2 barəsində cinayət işi açılmış, yekunda onların barəsində məhkəmə hökmü çıxmışdır. Onlar törətdiyi əmələ görə cəzalarını çəkmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
5. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, o, heç vaxt İddiaçı pul almamışdır. Belə ki, digər Cavabdeh1 ona İddiaçı iş yerinin dəyişdirilməsi barədə xahiş etmişdir. Bu məqsədlə Cavabdeh1 ona 12500 manat məbləğində pul vermişdir. O isə Cavabdeh1 aldığı pulu iddiaçının iş yerinin dəyişdirilməsi üçün MN-nin vəzifəli şəxsinə vermişdir. Lakin həmin şəxs pulu ondan alsa da, nə Fəridin iş yerini dəyişdirməklə bağlı verdiyi vədi yerinə yetirmiş, nə də bu məsələni həll etmək üçün ona verilən pulu qaytarmışdır. Bu səbəbdən də o və Cavabdeh1 məhkəmənin hökmü ilə məhkum olunmuş və cəzalarını çəkmişlər. Hesab edir ki, törətdiyi əmələ görə artıq cəza alıblar. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
6. Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1-1(093)-112/2022 nömrəli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası CMin 62-ci maddəsi tətbiq olunmaqla 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 qəti olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 noyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh2 qəti olaraq 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübut kimi tanınan 3 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması, Cavabdeh1 250 (iki yüz əlli) manat ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, Cavabdeh2 250 (iki yüz əlli) manat ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsinə hökm edilmişdir.
7. Bakı Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət təqibinə xitam verilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı və X2 barələrində Azərbaycan Respublikası CM-in 29, 312.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. (Rüşvət vermə barədə könüllü olaraq məlumat verdikləri və barələrində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmələri nəzərə alınmaqla)
İşin faktiki halları.
8. Cavabdeh1 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mətbəə bölməsinin rəisi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edərkən 2019-cu ilin iyul ayının əvvəllərində ona müraciət etmiş tanışı, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zabiti, baş leytenant İddiaçı xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrin birinə dəyişdirmək arzusunda olduğunu öyrəndikdən sonra həmin vaxt Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mətbəə bölməsinin texniki vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən Cavabdeh2 ilə danışıb bu məsələnin həlli istiqamətində söhbət apararkən sonuncu Müdafiə Nazirliyində tanışı olan yüksək vəzifəli şəxsə 12000 manat pul verilməsi müqabilində İddiaçı Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə yerdəyişməsi məsələsini həll etdirmək imkanında olduğunu bildirmiş, bundan sonra onlar cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək qanunsuz qazanc əldə etmək məqsədilə İddiaçı həmin işin həlli üçün lazım olan məbləğdən əlavə 1000 manat olmaqla, cəmi 13000 manat məbləğində pul almaq qərarına gəlmişlər. Cavabdeh1 daha çox qanunsuz qazanc əldə etmək məqsədilə ümumi niyyətdən kənara çıxaraq İddiaçı 2000 manat daha artıq, yəni guya Müdafiə Nazirliyində adını çəkmək istəmədiyi şəxsə 15000 manat məbləğində pulun verilməsi müqabilində xidmət yerini Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə dəyişdirə biləcəyini vəd edib İddiaçı razılığını almaqla təkrarən digər vasitəçidən istifadə etməklə vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə İddiaçı qardaşı Rufan Vahidov vasitəsilə İddiaçı məxsus 15000 manat məbləğində pulu alaraq, əvvəlcədən aralarında olan razılığa əsasən 12500 manatını cinayətkar qrupun digər üzvü, gizir Cavabdeh2 təqdim edib 2500 manatını özünə götürmüş, lakin verdikləri vəd üzrə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişlər.
9. Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək müvafiq olaraq 9 ay və 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişlər.
10. İddiaçı və X6 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 312.1-ci maddəsi ilə aparılan cinayət təqibinə rüşvət vermə barədə könüllü olaraq məlumat verdikləri və barələrində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmələri nəzərə alınmaqla bəraətverici əsaslar olmadan xitam verilmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli Qərarı.
Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda – 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.
Məhkəmənin mövqeyi.
15. İş materiallarında olan məhkəmə hökmündən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, həmin hökmlə Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 15000 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirdikləri müəyyən edilmişdir. İşin bu halları qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə faktiki hallar kimi nəzərə alınır və yenidən araşdırılmır. Ona görə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (§ 13).
16. Belə olan halda məhkəmə yalnız cavabdehlərin iddiaçıya vurduğu zərərə görə mülki məsuliyyət daşıyıb-daşımaması, yəni iddiaçının cavabdehlərdən həmin zərəri mülki qaydada tələb etməkdə haqlı olub-olmaması məsələsinə münasibət bildirir.
17. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirli olaraq törətdikləri cinayət əməlləri ilə İddiaçı məxsus 15000 manat məbləğində pulu ələ keçirdiklərindən iddiaçının hesabına əsassız varlanmışlar. Belə ki, onlar öz təqsirli hərəkətləri ilə iddiaçıya zərər vurmaqla qalmamış (delikt), vurduqları bu zərər nəticəsində qazanc əldə etmiş, əsassız varlanmışlar. Bu səbəbdən məhkəmə cavabdehlərin iddiaçı hesabına əsassız varlandığı və onları əsassız varlandıran pulu iddiaçıya qaytarmaq vəzifəsi daşıdıqları nəticəsinə gəlmişdir. Bu baxımdan iddiaçı həmin pulu cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur.
18. Lakin iddiaçı 15000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etsə də, məhkəmənin hökmündən görünür ki, həmin pulun 2500 manatını Cavabdeh1, 12500 manatını isə Cavabdeh2 mənimsəmişdir. Belə olan halda hər bir cavabdeh yalnız özünü varlandıran pulu iddiaçıya qaytarmaq vəzifəsi daşımalıdır. Bu baxımdan iddiaçının həmin pulun hər iki cavabdehdən müştərək qaydada tutulmasını tələb etməsi əsassız olmuşdur. Odur ki, Cavabdeh1 2500 manat, digər Cavabdeh2 isə 12500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
19. İddia tələbinin 3000 manat məbləğində mənəvi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Ramazanov və digərlərinin” işi üzrə 29 oktyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəaları olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir.
20. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.
21. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti nəzərə alınaraq, cavabdehlərin iddiaçının hesabına əsassız varlandıqları pulun iddiaçıya qaytarılmasının qət edilməsi iddiaçıya dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri.
22. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 145 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin təmin edildiyindən - məhkəmənin cavabdehlərdən tutulmasını qət etdiyi məbləğlərə uyğun olaraq Cavabdeh1 2500 manat iddia qiymətinə görə ödənilməli dövlət rüsumu – 45 manat, Cavabdeh2 isə ödənilmiş rüsumun qalan hissəsi – 100 manat tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2500 manat və 45 manat dövlət rüsumu, Cavabdeh2 12500 manat və 100 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
24. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 2500 (iki min beş yüz) manat və 45 (qırx beş) manat məbləğində dövlət rüsumu, Cavabdeh2 12500 (on iki min beş yüz) manat və 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva