Məhkəmə qərarları › İş №e-2(010)-2515/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2515/2023

12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2515/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 və İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” qarşılıqlı iddia tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ilə birgə nikahından olan və öz himayəsində olan X8 xeyrinə hər ay 220 manat miqdarında alimentin məhkəməyə müraciət edildiyi tarixdən başlayaraq yetkinlik yaşına çatanadək onun saxlanması üçün cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən Cavabdeh ilə xx.xx.2008-ci il tarixdən etibarən birgə nikahda olmuşam. Nikahda olduğumuz müddət ərzində Ülviyyənin soyadı Hüseynova idi. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X9 anadan olmuşdur. X6 iddia ərizəsi əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi e-2(010)-2947 saylı iş üzrə xx.xx.2022ci il tarixli qətnamə çıxarmışdır. Məhkəmə X10 ilə İddiaçı arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 453 nömrə ilə qeydə alınmış xx.xx.2008-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 nikah pozulduqdan sonra X6, xx.xx.2010-cu il təvəllüdlü X8 isə İddiaçı himayəsində qalması, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X6 xeyrinə hər ay hər uşağa 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulmasını qət etmişdir. Bildirmək istəyirəm ki, birgə nikahdan olan oğlum X12 mənim himayəmdədir. Uşaq təxminən 2022-ci ilin mart-aprel aylarından etibarən mənimlə qalır və onun tərbiyəsi, təhsili, maddi təminatı mənim tərəfimdən təkbaşına (yəni anasının iştirakı olmadan) təmin edilir. Eyni zamanda xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəyirəm. Qeyd olunanları nəzərə alaraq mənim himayəmdə olan X3 üçün hər ay 220 manat miqdarında alimentin məhkəməyə müraciət edildiyi tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün anası X5 tutulmasını əsaslı hesab edirəm”.

Qarşılıqlı iddia tələbi.

3. İddiaçı Cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2947/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə öz himayəsində saxlanmış xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün qarşılıqlı iddia üzrə cavabdeh ataları İddiaçı hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki: “İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək birgə nikahdan doğulan və hal-hazırda onun himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X3 üçün hər ay 220 manat miqdarında alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Qeyd edək ki, daha öncə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2947/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X8 atası İddiaçı himayəsində, xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 anaları Cavabdeh yanında saxlanılması, azyaşlıların yetkinlik yaşına çatanadək saxlanılması üçün ataları İddiaçı hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Lakin halhazırkı iddia üzrə cavabdeh İddiaçı yeni iddia tələbi irəli sürür və elə bu səbəbdən də Cavabdeh alimentin artırılmasına dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir”.

Qarşılıqlı iddia tələbinə etiraz.

5. İlk İddiaçı nümayəndəsi (vəkili) vasitəsilə qarşılıqlı iddia tələbinə etiraz edərək, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddianın qanunvericiliyin şərtlərinə cavab vermədiyini bildirmiş, xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə e-2(010)-2515/2023 saylı iş çərçivəsində ilk iddia ilə birlikdə baxılması məqsədi ilə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsini və qarşılıqlı iddia ərizəsinin ərizəçiyə geri qaytarılması barədə müvafiq məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

Qarşılıqlı iddia tələbinə etirazın əsaslandırıldığı hallar.

6. Etiraz onunla əsaslandırılmışdır ki: “xx.xx.2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə e-2(010)-2515/2023 saylı mülki iş çərçivəsində ilk iddia ilə birlikdə baxılması məqsədi ilə ilkin iddia üzrə Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi təqdim olunmuşdur. Təqdim olunmuş qarşılıqlı iddia ərizəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2947/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh himayəsində saxlanmış xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay hər uşağa görə 220 manat olmaqla 440 manat aliment tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Düşünürük ki, qarşılıqlı iddia ərizəsində qoyulan tələblər e-2(010)-2512/2023 saylı iş çərçivəsində ilkin iddia ilə birlikdə yox, məhz fərdi icraat qaydasında baxılmalıdır. İddiaçı tərəfindən qaldırılan ilkin iddiaya əsasən qoyulan tələb yalnız iddiaçı tərəfindən saxlanılan X8 xeyrinə anası Cavabdeh tərəfindən 220 manat miqdarında alimentin tutulmasından ibarətdir. Qeyd olunan iddia tələbi tərəflərin digər uşaqlarına dair Suraxanı Rayon Məhkəməsinin qərarı ilə artıq müəyyən olunmuş və icrası həyata keçirilən alimentlərə aidiyyəti yoxdur və Hüseynzadə Sənana dair alimentin müəyyən olunması və təmin olunması digər uşaqlara dair ödənilən alimentlərə təsir göstərmir. Ailə Məcəlləsinə əsasən aliment hər bir uşağa fərdi qaydada hesablanır və müəyyən olunur. Bununla da qənaətə gəlmək olar ki, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmiş deyil, o cümlədən, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır. İlkin iddia tələbi ilə qarşılıqlı iddia tələbi fərqli şəxslərə dair olan aliment tələblərinə aid olduğundan qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə mövcud deyil. Cavabdeh tərəfindən verilən qarşılıqlı iddianın ilk iddia ilə birlikdə və ya ayrı-ayrı baxılması onun düzgün, ədalətli baxılmasına təsir göstərən amil deyildir. Əlavə olaraq qeyd etmək lazımdır ki, cavabdeh X11 və X2 üçün müəyyən olunmuş alimentlərin hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manatadək artırılması tələbini irəli sürərək “Yaşayış minimumu haqqında” AR Qanununa əsaslanmışdır. Qeyd oluna yaşayış minimumu 2023cü ilin yanvar ayının 1-dən qüvvədə olmasına baxmayaraq cavabdeh yalnız indi, iddiaçının irəli sürdüyü iddia əsasında baxılan iş çərçivəsində qarşılıqlı iddia ilə müraciət edir. Alimentin artırılması məsələsinin daha tez baxılmasına niyyətli olan şəxs artıq xx.xx.2023cü ildən bu iddianı qaldıra bilərdi”.

Tərəflərin izahatları.

7. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 ilk iddianı müdafiə etdiyini, qarşılıqlı iddianın isə icraata qəbul edilməsinə etiraz etdiyini bildirdi. Ona görə ki, ilk iddia tərəflərin birgə nikahından doğulmuş və hazırda ilk iddiaçının yanında qalan uşağın saxlanması üçün cavabdehdən aliment tutulması ilə bağlıdır. Hansı ki, tərəflərin arasındakı nikah pozularkən bu uşağın saxlanması üçün aliment tutulması müəyyən edilməmişdir. Cavabdehin yanında qalan uşaqların saxlanması üçün isə artıq məhkəmə qətnaməsi ilə aliment tutulmuşdur. Bu vəziyyətdə hesab edir ki, hazırda cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi qarşılıqlı iddianın qəbul edilməsi şərtlərini ödəmir. Bu səbəbdən hesab edir ki, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməməli, həmin tələbə ayrıca icraatda baxılmalıdır. İlk İddiaçı bildirir ki, son vaxtlar maddi vəziyyəti pisləşmişdir. Bu səbəbdən aliment ödənişləri bir qədər gecikmişdir. İlk iddiaçı deyir ki, icra məmuru hər dəfə alimentlə bağlı ona zəng vuranda bu, onun səhhətinə mənfi təsir göstərir. Bu səbəbdən o, xahiş etmişdir ki, heç olmasa bir müddətlik onun yanında qalan uşağa görə də aliment tutulsun. Hazırda ilk iddiaçının nə qədər aliment borcu olduğunu bilmir, lakin bildiyinə görə təxminən 2500 manat borcu var. Əslində ilk iddiaçı aylıq alimenti ödəyir, lakin məhkəmə alimenti əvvəlki tarixdən tutduğundan həmin yığılmış alimentin ödənilməsində çətinlik yaranır. Odur ki, məhkəmədən ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə ilk iddiaçının maddi vəziyyəti nəzərə alınmaqla təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 ilk iddianı qismən qəbul edib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, qarşılıqlı iddia tamamilə əsaslı verilmişdir və bir-biri ilə əlaqəsi olan iddialardır. O da nəzərə alınmalıdır ki, ailə münasibətləri ilə bağlı iddialarla məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçilməlidir. Yəni qarşılıqlı iddiaçı öz yanında qalan uşaqların saxlanması üçün alimentin artırılması tələbinə dair ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəsə mediasiya mərhələsindən keçməlidir. Bundan əlavə, etirazda sual olunur ki, qarşılıqlı iddiaçı nəyə görə daha əvvəl alimentin artırılmasına dair iddia qaldırmamışdır? Bunun səbəbi odur ki, Ülviyyə xanım daha əvvəl bunu lazım bilməmişdir. Ona görə ki, tərəflər arasında olan nikah pozularkən onlar razılığa gəlmişlər ki, ilk iddiaçı öz yanında qalan uşağa baxsın və aliment tələbi olmasın, həmçinin Ülviyyə xanımın yanında qalan uşaqların saxlanması üçün aliment ödəsin. Hazırda isə ilk İddiaçı Ülviyyə xanımdan öz yanında qalan uşağın saxlanması üçün 220 manat aliment tələb edir. Nəzərə alınsa ki, Ülviyyə xanımın yanında qalan iki uşağın saxlanma, qida, repetitor xərcləri var, Ülviyyə xanımdan ayda 220 manat aliment tutulması ilə digər iki uşağın saxlanılması üçün ödənilən alimentin məbləği aşağı düşəcəkdir. Belə ki, qarşılıqlı iddiaçının yanında qalan uşaqların saxlanılması üçün 440 manat, ilk iddiaçının yanında qalan uşağın saxlanması üçün 220 manat aliment tutularsa, bu, faktiki olaraq o deməkdir ki, Ülviyyə xanımın yanında qalan uşaqların saxlanması üçün 220 manat aliment ödənəcək və bu, hər uşağa görə 110 manat aliment deməkdir. Yəni ilk iddiaçı hazırkı iddianı qaldırdığına görə qarşılıqlı iddiaçı məcburiyyət qarşısında qalaraq öz yanında qalan uşaqların saxlanması üçün tutulan alimentin artırılmasını tələb etmişdir. Halbuki tərəflər arasındakı şifahi razılıq əvvəlcə o olmuşdur ki, ilk iddiaçı öz yanında qalan uşağa görə aliment tələb etməsin. Onun sonradan nə səbəbə belə bir iddia qaldırması onlara məlum deyil. İlk iddia ilə bağlı qeyd edir ki, o, başa düşür ki, aliment tutulması məsələsi Ailə Məcəlləsi ilə tənzimlənir və tələb qanunidir. Bununla belə, ilk iddianın təmin edilməsinə etiraz edirlər. Ona görə ki, Ülviyyə xanım kirayədədir, Rəşad isə öz evindədir. Tərəflər arasında bundan əvvəl baş tutmuş məhkəmə prosesində qəyyumluq və himayə orqanı tərəfindən Rəşadın evinə baxış keçirilmiş və orada da bu hal müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, o, kişidir və gəlirləri daha çoxdur, eyni zamanda himayəsində yalnız bir uşaq var. Onun əksinə, Ülviyyə xanım isə himayəsindəki iki uşaqla birlikdə kirayədə yaşayır. Həmçinin qadın salonunda az gəlirli bir işdə işləyir. Buna baxmayaraq aralarında razılıq olduğuna görə Ülviyyə xanım indiyə qədər alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Hesab edir ki, ilk iddiaçı qarşılıqlı iddiaçı ilə prinsip apardığına, daha doğrusu ilk iddiaçının istəyinə baxmayaraq Ülviyyə xanım onunla barışmaq istəmədiyinə görə belə bir iddia qaldırmışdır. Halbuki tərəflər arasında barışıq əldə edilməsi artıq mümkün deyil. Hər bir halda hesab edir ki, ilk iddianın tam təmin edilməsi ədalətsizdir. Belə ki, Ülviyyə xanımın kirayədə yaşaması, himayəsində iki uşaq olması, daimi iş yerinin olmaması kimi hallar nəzərə alınaraq ilk iddia qismən təmin edilməlidir. Qarşıqlı iddianın isə tam təmin edilməsini xahiş edir. Odur ki, məhkəmədən ilk iddianın qismən, qarşılıqlı iddianın isə tam təmin edilməsini xahiş etdi.

İş materialları.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 2947/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X10 ilə İddiaçı arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 453 nömrə ilə qeydə alınmış xx.xx.2008-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 nikah pozulduqdan sonra X6, xx.xx.2010-cu il təvəllüdlü X8 isə İddiaçı himayəsində qalması, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X6 xeyrinə hər ay hər uşağa 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

İşin faktiki halları.

10. İddiaçı və Cavabdeh xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahından üç uşaq – xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X9 doğulmuşdur.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlardan birinin (xx.xx.2010-cu il təvəllüdlü Sənan Hüseynzadənin) ata İddiaçı, digər ikisinin isə ana Cavabdeh yanında qalması müəyyən edilmişdir. Həmçinin həmin qətnamə ilə ananın yanında qalan iki uşağın saxlanılması üçün atadan hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, atada qalan uşağa görə aliment tutulmamışdır.

12. Hazırda ata İddiaçı öz yanında qalan uşağın saxlanması üçün ana Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tələb edir. Öz növbəsində Cavabdeh da öz yanında qalan iki uşağın saxlanması üçün İddiaçı tutulan aliment miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 5. Uşaq mənafelərinin üstünlüyü. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

18. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

Məhkəmənin mövqeyi.

21. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş üç uşaqdan biri ilk, digər ikisi isə qarşılıqlı iddiaçının yanında qalır. İlk iddiaçının yanında qalan uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə aliment tutulmasa da, qarşılıqlı iddiaçının yanında qalan uşaqların saxlanması üçün ilk iddiaçıdan məhkəmə qətnaməsi ilə aliment tutulur. Hazırda ilk iddiaçı öz yanında qalan uşağın saxlanması üçün aliment, qarşılıqlı iddiaçı isə öz yanında qalan uşaqların saxlanması üçün tutulan alimentin artırılmasını tələb edir.

22. Məhkəmə ilk iddiaçının qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsinə etiraz etdiyini nəzərə alaraq, ilk növbədə, bu məsələyə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, ilk iddiaçıya görə aliment hər uşağın saxlanmasına görə ayrı-ayrılıqda tutulduğundan ilk iddiaçının yanında qalan uşağın saxlanması üçün tutulması xahiş edilən alimentin qarşılıqlı iddiaçının yanında qalan uşaqların saxlanması üçün tutulan alimentə aidiyyəti yoxdur. Məhkəmə isə bununla razılaşmır. Ona görə ki, bu uşaqların üçü də hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulduğundan onlardan birinə münasibətdə aliment tutulması və ya tutulan alimentin miqdarının artırılması digər uşaqların da mənafelərinə təsir edir. Çünki tutulan/artırılan aliment digər uşaqların təminatının nisbətən aşağı səviyyəyə düşməsinə səbəb ola bilər. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun yuxarıda (§ 19) istinad edilmiş qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunsun.

23. Belə olan halda məhkəmə hesab edir ki, ilk İddiaçı yanında qalan uşağın saxlanması üçün aliment tutulması tələbinin tərəflərin birgə nikahından doğulmuş digər iki uşağın saxlanması üçün tutulan alimentin artırılması tələbinə aidiyyəti olmadığı, bu tələblərin bir-birinə bağlı olmadığı deyilə bilməz. Əksinə, bu iki tələb arasındakı qarşılıqlı əlaqə aşkardır və onlara birlikdə baxılması mübahisəyə daha düzgün və tez baxılması ilə nəticələnəcəkdir. Bu baxımdan məhkəmə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsi ilə bağlı ilk iddiaçının etirazının əsassız olduğu nəticəsinə gəlir və hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddiaya ayrı-ayrılıqda münasibət bildirilməlidir.

24. İlk növbədə, ilk iddia tələbinə münasibət bildirən məhkəmə qeyd edir ki, cavabdehlə birgə nikahdan doğulmuş uşaqlardan birini saxlayan, onun saxlanması ilə bağlı gündəlik qayğıları çəkən və xərcləri qarşılayan iddiaçı həmin uşağın saxlanması üçün digər valideyndən (cavabdehdən) aliment tələb etməkdə haqlı olmuşdur.

25. Digər tərəfdən nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir və həmin məbləğ tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün də zəruridir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması xərclərini qarşılamaq hər iki valideynin vəzifəsi olsa da, uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq edilməsi, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

26. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün ilk iddia üzrə Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur.

27. Həmçinin nəzərə alınmalıdır ki, alimentin tutulmasına bu iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən başlanmalıdır.

28. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş iki uşaq hazırda qarşılıqlı iddiaçının yanında qalır və bu uşaqların saxlanması üçün ilk iddiaçıdan hər ay hər uşağa 193 manat sabit pul məbləğində aliment tutulur. Hazırda qarşılıqlı iddiaçı tələb edir ki, bu alimentin miqdarı artırılaraq hər ay hər uşağa 220 manat sabit pul məbləğində müəyyən edilsin.

29. Yuxarıda (§ 15) istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı o vaxt dəyişdirilir ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı iş üzrə hər iki tərəfin nümayəndəsinin (vəkilinin) izahatlarından görünür ki, onlar müdafiə etdikləri tərəfin maddi vəziyyətinin aşağı olduğunu iddia etmişlər. Halbuki iş materiallarında olan məhkəmə qətnaməsindən görünür ki, onların hər ikisi aralarında olan nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair mülki işə baxılarkən məhkəmə iclasında maddi imkanlarının yaxşı olduğunu, birgə nikahdan doğulmuş hər üç uşağı maddi baxımdan təmin edə biləcəyini bildirmişdir. Hazırda hər iki tərəf maddi vəziyyətinin pisləşdiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

30. Bununla belə nəzərə alınmalıdır ki, ilk iddianın təmin edilməsi ilə qarşılıqlı iddiaçının maddi vəziyyətində dəyişiklik olacağı mübahisəsizdir. Belə ki, bu qətnamənin elan edilməsindən dərhal sonra qarşılıqlı iddiaçıdan hər ay 220 manat sabit pul məbləğində aliment tutulmağa başlanacaqdır. Bu isə sözsüz ki, onun maddi vəziyyətində əvvəlki dövrə nisbətən dəyişiklik olacağı mənasına gəlir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı öz yanında qalan uşaqların saxlanması üçün ilk iddiaçıdan tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur.

31. Artırılan alimentin hansı məbləğdə müəyyən edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) qarşılıqlı iddiaçının yanında qalan uşaqların saxlanılması üçün də zəruridir. Həmçinin nəzərə alınmalıdır ki, bu uşaqlar qarşılıqlı iddiaçının yanında qaldıqlarından onlara qulluq edilməsi, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi qarşılıqlı iddiaçının üzərinə düşür.

32. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının yanında qalan iki uşağın - xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

33. Miqdarı artırılmış alimentin tutulmasına nə vaxtdan başlanması ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad edilmiş (§ 19) Ali Məhkəmənin Plenum qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablandığından bu qətnamə ilə miqdarı artırılmış alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır.

34. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Məhkəmə xərcləri.

35. İş materiallarından görünür ki, ilk iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddır. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddiaçının ödədiyi rüsum artıq ödənilmiş dövlət rüsumudur və dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

36. Bununla belə nəzərə alınmalıdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Belə olan halda ilk iddia tam təmin edildiyindən həmin iddianın qiymətinə (220x12=2640; Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir, MPM maddə 112.1.3) mütənasib olan 46.4 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

37. Lakin nəzərə alınmalıdır ki, qarşılıqlı iddia da alimentin artırılması ilə bağlı olduğundan dövlət rüsumundan azad iddiadır. Belə olan halda qarşılıqlı iddia təmin edildiyindən qarşılıqlı iddianın qiymətinə (220x2x12=5280) mütənasib olan 72.8 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin ilk iddiaçı dövlət büdcəsinə 50 manat artıq rüsum ödəmişdir. Odur ki, o, artıq ödədiyi hissədə rüsum ödənilməsindən azad hesab edilməli, ödənilməmiş 22.8 ( 72.8-50) manat məbləğində dövlət rüsumu ilk iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

38. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla tutularaq İddiaçı ödənilməli, qətnamə aliment hissəsində dərhal icra edilməli, qarşılıqlı iddia təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-2947/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-2515/2023 nömrəli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməli, ödənilməmiş 46.4 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh, 22.8 manat məbləğində dövlət rüsumu isə ilk İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir.

40. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT E T D İ:

İlk iddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment hissədə dərhal icra edilsin. Qarşılıqlı iddia təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-2947/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-2515/2023 nömrəli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilsin. Ödənilməmiş 46.4 manat (qırx altı manat qırx qəpik) məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh, 22.8 manat (iyirmi iki manat səksən qəpik) məbləğində dövlət rüsumu isə ilk İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar