Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2594/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «əsassız varlanmış şəxsin əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarması» tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi.
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.095,60 manat məbləğində əsas və dövlət rüsumu üçün ödənilmiş 31,35 manat, ümumilikdə, 1.126,95 məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-2594/2025 saylı qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
3. Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-2594/2025 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
4. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz 280” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də "avtonəqliyyat vasitələrinin kompleks sığortası” növündə sığorta təminatı almışdır. xx.xx.2015-ci il tarixində, saat 07.30 radələrində sığortalı Cavabdeh mülkiyyətində olan avtomobil etibarnamə əsasında sürücü X7 tərəfindən idarə olunarkən, X1 idarə etdiyi “Mercedes Benz V220 CDİ” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində maddi zərər dəymişdir. Suraxanı rayon DYPŞ-nin tərtib etdiyi “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə Arayışdan və Suraxanı rayon DYPŞ-nin xx.xx.2015-ci ildə tərtib etdiyi MYP 026805 nömrəli, inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, X2 yol-nəqliyyat hadisəsini törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində X2 İXM-nin 151.2-ci maddəsi (indiki İXM-nin 327.1-ci maddə) ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli dəymiş zərərin hesabatı ilə bağlı rəydən görünür ki, İddiaçı ASC-də sığorta təminatı almış “Mercedes Benz 280” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2708 manat təşkil edir. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2015-ci il tarixli, 6223/CM-044/2015 nömrəli aktla İddiaçı ASC tərəfindən sığortalı Cavabdeh 800 manat azadolma məbləği və s. çıxılmaqla 1095,60 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Mercedes Benz V220CDİ” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil, "İcbari Sığortalar Haqqında” qanuna uyğun olaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə "AXA MBASK” Sığorta Şirkəti ASC-də sığorta təminatı aldığından dəymiş zərərin ödənilməsi barədə subroqasiya tələbi həmin şirkətə ünvanlanmışdır. Subroqasiya tələbi ilə bağlı məktuba cavab olaraq, bildirilmişdir ki, "Mercedes Benz 280” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1.970 manat məbləğində müəyyən edilərək Cavabdeh ödənilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, "Mercedes Benz 280” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh "AZSİĞORTA” ASC-dən 1.095,60 manat məbləği əldə etdikdən sonra yenidən zərərvuran avtomobilin mülki məsuliyyətini sığortalamış "AXA MBASK” Sığorta Şirkəti ASC-dən 1.970 manat əlavə ödəniş almışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
5. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 ərizə təqdim edərək, mülki iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi.
6. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
8. xx.xx.2015-ci il tarixli sığorta aktından görünür ki, “Mercedes Benz 280” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə Suraxanı rayon ərazisində toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 280” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 2708 manat dəyərində müəyyənləşdirilmişdir. 800 manat azadolma məbləği çıxılmaqla 1095.60 manat faktiki sığorta ödənişi həyata keçirilmişdir.
9. xx.xx.2025-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 280” markalı, ** GZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 2708 manat dəyərində müəyyənləşdirilmişdir.
10. xx.xx.2015-ci il tarixli sığorta aktından görünür ki, “Mercedes Benz C 220 ” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz E” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixində Bakı şəhəri, Suraxanı rayon ərazisində toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz E markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 1970 manat dəyərində müəyyənləşdirilmişdir.
11. xx.xx.2015-ci il tarixli avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktının surətindən görünür ki, Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E 280” markalı, ** GZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 1970 manat dəyərində müəyyənləşdirilmişdir.
12. Fiziki şəxlərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" ASC tərəfindən “Mercedes Benz 280” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2013-cü ildən xx.xx.2015-ci il tarixədək 5488 manata sığortalamışdır.
13. AXA MBASK tərəfindən "xxxx" ASC-nin İdarə Heyətinin sədri cənab Anar Talıbova ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, "xxxx" Sığorta Şirkəti “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2014-cü il tarixli PAX********** nömrəli şəhadətnamə ilə sığortalanmış “Mercedes Benz markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində Mercedes Benz markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobillərinə zərər vurmuşdur. Mercedes Benz markalı avtomobilə dəymiş zərər 1970 manat məbləğində müəyyən edilərək xx.xx.2015-ci il tarixdə ödənilmişdir. Qeyd olunan hadisə ilə bağlı İcbari Sığortalar haqqında qanuna əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişi həyata keçirilmişdir.
14. xx.xx.2013-cü il tarixli, ƏN-İİ №769939 reyestrdə qeydiyyata alınmış etibarnamənin surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən X5 üç il müddətinə etibarnamə verilmiş və xx.xx.2016-ci il tarixə kimi qüvvədədir.
15. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2015-ci il tarixdə saat 07:30 -da yol-nəqliyyat hadisəsi baş vermişdir.
16. xx.xx.2015-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh hesabına 1095,60 manat köçürülmüşdür.
17. xx.xx.2015-ci il tarixdə tərtib edilmiş MYP 026805 saylı inzibati xəta haqqında protokolun və qərarın surətindən müəyyən olunur ki, “Mercedes Benz V220” markalı, ** FH *** dovlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində protokol tərtib olunmuş və 60 manat cərimə olunmuşdur.
İşin faktiki halları.
18. Fiziki şəxlərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" ASC tərəfindən “Mercedes Benz 280” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2013-cü ildən xx.xx.2015-ci il tarixədək 5488 manata sığortalamışdır.
19. “Mercedes Benz V 220 CDİ” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz 280” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015ci il tarixində Bakı şəhəri Suraxanı rayon ərazisində toqquşmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Mercedes Benz 280 markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir.
20. “Mercedes Benz markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində Mercedes Benz markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. "xxxx" tərəfindən Mercedes Benz markalı avtomobilə dəymiş zərər 1970 manat məbləğində müəyyən edilərək xx.xx.2015-ci il tarixdə ödənilmişdir.
21. xx.xx.2015-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh hesabına 1095,60 manat köçürülmüşdür.
Tətbiq edilən hüquq.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1.Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.
Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
27. İşin faktiki hallarından görünür ki, fiziki şəxlərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən “Mercedes Benz 280” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2013-cü ildən xx.xx.2015-ci il tarixədək 5488 manata sığortalamışdır. “Mercedes Benz V 220 CDİ” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz 280” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon ərazisində toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz 280 markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. “Mercedes Benz” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində Mercedes Benz markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. "xxxx" tərəfindən Mercedes Benz markalı avtomobilə dəymiş zərər 1970 manat məbləğində müəyyən edilərək xx.xx.2015-ci il tarixdə ödənilmişdir. xx.xx.2015-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh hesabına 1095,60 manat köçürülmüşdür.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
29. Məhkəmə qeyd edir ki, cavabdehə məxsus olan “Mercedes Benz 280” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi tam sığortası üzrə sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən xx.xx.2013-cü ildən xx.xx.2015-ci il tarixədək 5488 manata sığortalamışdır. xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş və yol-nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz 280 markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərlə bağlı İddiaçı ASC tərəfindən Cavabdeh hesabına 1095,60 manat köçürülmüşdür. "Mercedes Benz 280” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh "AZSİĞORTA” ASC-dən 1.095,60 manat məbləği əldə etdikdən sonra yenidən zərərvuran avtomobilin mülki məsuliyyətini sığortalamış "AXA MBASK” Sığorta Şirkəti ASC-dən 1.970 manat əlavə ödəniş almışdır.
30. Məhkəmə hesab edir ki, cavabdeh bir yol-nəqliyyat hadisəsi üzrə hər iki sığorta təşkilatından sığorta ödənişi əldə etmiş, lakin Mülki Məcəllənin tələbinə əsasən ödənişi vermiş sığortaçının sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə etmək hüququ vardır. Bu halda iddiaçının subroqasiya hüquqları pozulmuş və cavabdeh əsassız olaraq 1095,60 manat pul vəsaiti əldə etmişdir. Bu səbəbdən iddiaçı "xxxx" Sığorta Şirkəti ASC yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehə ödədiyi 1095,60 manat məbləğində sığorta ödənişini zərər vurulan avtomobilin sahibi Cavabdeh tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
31. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 31,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
32. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi 31,35 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1095,60 manat pul vəsaiti və 31,35 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır
34. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ :
İddia təmin edilsin. Cavabdeh 1095,60 (bir min doxsan beş manat, altmış qəpik) manat pul vəsaiti və 31,35 (otuz bir manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.
Sədrlik edən Leyla Talıbova