Məhkəmə qərarları › İş №e-2(010)-2697/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2697/2022

04.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2697/2022 04.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "nikahın pozulması " tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 24 fevral 2018-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun maaşından 300 (üç yüz) manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, onunla Cavabdeh arasında 24 fevral 2018-ci il tarixdə bağlanmış nikahın pozulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 24 fevral 2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Nikahları 2 saylı Bakı “Asan Xidmət” qeydiyyat şöbəsində qeydə alınmış və akt qeydləri kitabında 343 № ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2019-cu il tarixdə X4 anadan olmuşdur. Cavabdehlə bir müddət normal ailə münasibətində olsa da sonradan aralarında müəyyən problemlər yaranmışdır. Hal-hazırda cavabdehlə birgə yaşamırlar. Cavabdehlə aralarında olan nikah formal xarakter daşıyır. Cavаbdеhlə аilə münаsibətlərinin bərpası qеyri-mümkündür. Onunla Cavabdeh arasında 24 fevral 2018-ci il tarixdə bağlanmış nikahın pozulmasını xahiş etmişdir. İddiaçı, eləcə də onun nümayəndəsdi qismində izahat verən vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdilər və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, o, İddiaçı ilə ailə quraraq evlənmiş və onların rəsmi nikahı 24 fevral 2018-cü ildə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2019-cu il tarixdə X4 adlı övladları anadan olmuşdur. O, iddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasına etiraz etmir və birgə nikahdan anadan olmuş uşağın onun yanında qalmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 256878 №-li Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 2 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində 24 fevral 2018-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 343 №-si ilə qeyd edilmişdir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladı vardır. İş materiallarında olan Cavabdeh məhkəmə baxışı zamanı təqdim etmiş olduğu 04 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki,o, İddiaçı ilə aralarında olan nikah pozulmasına, birgə nikahdan anadan olmuş uşağın onun yanında qalmasına və uşaqların saxlanması üçün İddiaçı aliment tələbi yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh nikahın pozulmasına qarşılıqlı razılıqları nəzərə alınmaqla, birgə yaşamaları və ailənin qorunub saxlanması qeyri-mümkün olduğundan - onların arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X1 ananın himayəsində olduğunu, nikah pozulduğdan sonra onların cavabdehin yanında qalması ilə bağlı tərəflər arasında mübahisə olmadığını və bununla da birgə nikahdan doğulmuş uşağın mənafeyini rəhbər tutub məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra xx.xx.2019-cu il tarixdə X4 anasının himayəsində qalmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 24 fevral 2018-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 343 №-si ilə qeydə alınmış nikah pozulmalı, boşanmadan sonra xx.xx.2019-cu il təvəllüdlü X4 Cavabdeh yanında qalmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı "ASAN xidmət mərkəzi" qeydiyyat şöbəsində 24 fevral 2018-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 343 №-si ilə qeyd edilmiş nikah pozulsun. 15 avqust 2018-ci il tarixdə X4 boşanmadan sonra Cavabdeh yanında qalsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar