Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2719/2025 02.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiаçı İddiaçı Cavabdeh qarşı doğum haqqında şəhadətnamədə ata haqqında qeydin, aliment öhdəliyinin ləğvi, ödənilmiş aliment məbləğinin və digər məbləğlərin geri qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiаçı İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı doğum haqqında şəhadətnamədə ata haqqında qeydin, aliment öhdəliyinin ləğvi, ödənilmiş aliment məbləğinin və digər məbləğlərin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 ilə aralarında olan atalıq faktının ləğv edilməsi, uşağın doğum haqqında şəhadətnaməsinin ata adı qrafasından adın, soyadın və ata adının çıxarılması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1083/2024 nömrəli qətnaməsi ilə müəyyənləşdirilən aliment öhdəliyinin ləğv edilməsi, hal-hazırkı vaxtadək ödənilən aliment məbləği və ödənilən digər məbləğlərin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2018-ci ildən xx.xx.2024-cü ilədək nikahda olmuşdur. Birgə nikahdan xx.xx.2020-ci ildə X10 dünyaya gəlmişdir. Daha sonra, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1083/2024 saylı qətnaməsi ilə nikaha xitam verilmiş və xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün xx.xx.2024-cü il tarixindən hesablanmaqla hər ay sabit pul məbləğində 220 manat məbləğin cavabdehə ödənilməsi şərtilə aliment öhdəliyi iddiaçının üzərinə qoyulmuşdur. Qeyd olunan tarixdən hal-hazırki vaxtadək aliment öhdəliyi iddiaçı tərəfindən istisnasız olaraq ödənilmiş, həmçinin qarşı tərəfin istəyinə əsasən, uşağın xərcləri ilə əlaqədar əlavə ödənişlər də iddiaçı tərəfindən edilmişdir. Lakin, son vaxtlar cavabdehin bəzi hərəkətləri və ya şübhəli davranışları uşağın iddiaçının bioloji övladı olması ilə bağlı iddiaçıda əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən atalıq faktının əsasız olaraq sənədlərdə qeyd olunduğunu düşünür və məhkəmə-genetik ekspertizası keçirilməklə ləğv edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1083/2024 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 1422 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X6 iddiaçının yanında qalmasının müəyyən edilməsi və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli, AZ-İ seriyalı, 489854 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı və X4 arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1083/2024 nömrəli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 282 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra kişiyə Həsənov, qadına Rzalı soyadı verilmişdir. İddiaçı (Müştəri) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Mərkəz) arasında xx.xx.2025-ci il tarixdə bağlanmış 771975 1602 9299 nömrəli genetik tədqiqata dair tapşırıq müqaviləsindən müəyyən olunur ki, “Mərkəz” “Müştəri”nin adından və onun hesabına laboratoriyadan genetik tədqiqat hesabatının alınması üçün zəruri olan xidmətləri yerinə yetirməyi öhdəsinə götürür, tədqiqat növünü atalığın müəyyən edilməsi və tədqiqatın ümumi dəyəri 220 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş bioloji atalıq üzrə tədqiqatın nəticəsinə dair tərtib edilmiş 771975 1602 9299 nömrəli rəydən müəyyən olunur ki, tədqiqatın nəticələri belə qənaətə gəlməyə imkan verir ki, İddiaçı X12 adlı uşağın bioloji atası olma ehtimalı yoxdur. xx.xx.2025-ci il tarixli, **********70 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları Tərəflər arasında xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlanmış, tərəflərin birgə nikah münasibətlərindən bir uşaq - xx.xx.2020-ci il təvəllüdlü X10 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1083/2024 nömrəli qətnaməsinə əsasən, tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşağın ananın yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq anaya ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları. Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd. 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Maddə 47. Atalığa, analığa dair mübahisə açma. 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Maddə 109. Alimentin geri qaytarılmasının yolverilməzliyi. 109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. 109.3. Bu Məcəllənin 109.2.1–109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz şəkildə baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülən iddia tələbi 3 hissədən – 1) doğum haqqında şəhadətnamədə ata haqqında qeydin ləğv edilməsi, 2) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müəyyən edilmiş aliment öhdəliyinin ləğv edilməsi və 3) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilmiş bütün aliment məbləğinin və digər məbləğlərin cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmasından ibarətdir. İddia tələbinin İ hissəsinə, yəni doğum haqqında şəhadətnamədə ata haqqında qeydin ləğv edilməsinə dair hissəyə münasibətdə məhkəmə qeyd edir ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 418645 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X10 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, uşağın atası qismində İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Göründüyü kimi, xx.xx.2020-ci il təvəllüdlü X10 iş üzrə tərəflərin birgə nikahda olduqları dövrdə doğulduğundan, doğum haqqında şəhadətnamədə İddiaçı haqlı olaraq uşağın atası qismində qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Baxılan işin halları baxımından müəyyən edilir ki, birgə nikahda olduqları dövrdə, uşaq anadan olan zaman buna dair heç bir şübhəsi olmasa da, hazırda özünü uşağın həqiqi valideyni hesab etməyən valideyn, yəni iş üzrə iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsində nəzərdə tutulmuş qaydada atalığa dair mübahisə açmış və doğum haqqında şəhadətnamədə uşağın atası haqqında qeyd barəsində mübahisə etmişdir. Mülki mübahisənin qanuni və əsaslı həlli məqsədilə doğum haqqında şəhadətnamədə uşağın atası haqqında qeydin həqiqiliyini müəyyən etmək üçün məhkəmə tərəfindən sayca 2 (iki) dəfə məhkəmə-tibbi (genetik) ekspertizası təyin edilmiş (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-2719/2025 nömrəli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-2719/2025 nömrəli qərardadları əsasında), ekspert tədqiqatının aparılması üçün ekspertin müvafiq vəsatəti əsasında tərəflərə ekspertizanın keçirilmə vaxtı və yeri barədə məlumat verilmiş, hər iki ekspertizada iddiaçı iştirak etsə də, cavabdeh ekspertiza tədqiqatının aparılması üçün ekspertiza mərkəzinə getməkdən imtina etmiş və nəticədə məhkəmə qərardadlarının icrası mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında tərəflərin birgə nikahından doğulmuş uşağın ananın, yəni hazırkı iş üzrə cavabdehin yanında qalması müəyyən edildiyindən və uşağın ekspert tədqiqatına təyin edilməsi vəzifəsi uşaq yanında qalan valideynin üzərinə düşdüyündən, cavabdehin uşağı ekspertiza mərkəzinə təqdim etmədən ekspert tədqiqatının aparılması və rəyin verilməsi qeyri-mümkündür. Yəni, ekspert tədqiqatının aparılmasında cavabdehin birbaşa iştirakı zəruri olmasa da, ekspertiza təyin edilən faktın uşağın iştirakı olmadan müəyyən edilməsinin qeyri-mümkünlüyü nəzərə alınmalıdır. Cavabdeh məhkəmə qərardadları əsasında təyin edilmiş məhkəmə-tibbi (genetik) ekspertizalarının keçirilməsindən yayınmasının məhz obyektiv səbəblərdən baş verməsinə dair hər hansı məlumatı məhkəməyə təqdim etməmiş, iki dəfə ardıcıl olaraq ekspertizanın keçirilməsindən yayınmışdır. Belə olan halda, cavabdehin məhkəmə ekspertizasının keçirilməsindən yayınması birbaşa cavabdehdən asılı olan subyektiv səbəblərlə əlaqələndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi, xx.xx.2020-ci il təvəllüdlü X6 bioloji atasının müəyyən edilməsi (ekspertiza təyin edilən fakt) ekspert tədqiqatının nəticələrindən asılı olan və xüsusi bilik tələb edən faktdır və həmin faktın müvafiq ekspertiza həyata keçirilmədən müəyyən edilməsi bəzi hallarda qeyri-mümkündür (ekspertiza təyin edilən faktın proses iştirakçısı tərəfindən etiraf edilməsi və bu etirafın məhkəmə tərəfindən qəbul edilməsi və ya uşağın atadan mənşəyinin müəyyən edilməsinə dair bu və ya digər tibb müəssisəsində aparılan laborator müayinələr əsasında tərtib edilən rəyin təqdim edilmiş sübutlarla yanaşı yoxlanılması və qiymətləndirilməsi və s.). Məhkəmə tərəfindən uşağın atadan mənşəyinin müəyyən edilməsi barədə təyin edilmiş məhkəmə-tibbi (genetik) ekspertizasının iş üzrə cavabdehin uşağı təqdim etmədən aparılması qeyri-mümkün olduğundan, ekspertiza nəticəsində uşağın mənşəyi müəyyən edildikdən sonra aliment öhdəliyinin ləğvi üçün əsaslar əmələ gəlmə riskinin mövcudluğu və cavabdehin məhkəmə ekspertizasının keçirilməsindən təkrar yayınması kimi işin faktiki halları nəzərə alınmalı və ekspertiza təyin edilən fakt – iddiaçının xx.xx.2020-ci il təvəllüdlü X10 olub-olmamasının müəyyən edilməsi iş üzrə cavabdehin ziyanına şərh edilməli və xx.xx.2020-ci il təvəllüdlü X6 bioloji atasının hazırkı iş üzrə iddiaçı olmaması təsdiq edilməlidir. İddia tələbinin İ hissəsi qanuni və əsaslı olsa da, iddia tələbinin digər hissələri barədə eyni mövqedən çıxış etmək qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Alimentin geri qaytarılmasının yolverilməzliyi” adlanan 109-cu maddəsinə əsasən, aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Həmin məcəllənin 109.3-cü maddəsinə əsasən, bu Məcəllənin 109.2.1– 109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Göründüyü kimi, qüvvədə olan ailə qanunvericiliyi ödənilmiş aliment məbləğinin geri qaytarılmasını birmənalı şəkildə qadağan edir, lakin bəzi hallarda bu məbləğin təqsirkar şəxsdən tutulması barədə məcburi göstərişləri özündə ehtiva edir. Bununla belə, ödənilmiş aliment məbləğinin təqsirkar şəxsdən, yəni uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsindən tutulması üçün ilk növbədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 109.2-ci maddəsində nəzərdə tutulmuş faktlar öz təsdiqini tapmalıdır. Yəni, aliment məbləğinin geri qaytarılması ilk növbədə yuxarıda qeyd edilən şərtlərin təmin olunmasından birbaşa asılı edilmişdir. Baxılan işin halları baxımından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 109.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı əsasın mövcudluğu müəyyən edilmədiyindən, ödənilmiş aliment məbləğinin cavabdehdən tutulması əsaslı hesab edilə bilməz. Ödənilmiş aliment məbləğinin geri qaytarılmasından əlavə, iddiaçı digər ödəmələrin də geri qaytarılmasını məhkəmədən xahiş etsə də, həmin ödəmələrin təyinatı, nədən ibarət olması, uşağın saxlanılması üçün hansı formada istifadə edilməsi ilə bağlı hər hansı məlumatı məhkəməyə təqdim etməmiş, ümumi formada “digər məbləğ” anlayışından istifadə etmişdir. Bu formada ifadə edilmiş “qeyri-müəyyənlik” əsasında araşdırma aparılması isə qeyri-mümkündür. İddia tələbinin aliment öhdəliyinin ləğvi barədə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödənilməsi vəzifəsi, yəni aliment ödəmək öhdəliyi iddiaçının birbaşa qanundan irəli gələn və məhkəmə qətnaməsi ilə təsdiq edilən öhdəliyidir. Bu öhdəliyin ləğv edilməsi üçün ilk növbədə uşağın bioloji atasının iddiaçı olmaması, yəni uşaqla valideyn arasında ailə bağlarının mövcud olmaması müəyyən edilməli, daha sonra aliment ödənilməsi öhdəliyinin təsdiq edildiyi müvafiq qətnamənin ləğvi məsələsinə baxılmalıdır. Aliment ödəmək öhdəliyi müəyyən edilən qətnamə - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1083/2024 nömrəli qətnaməsi qanuni qüvvəsini almış, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Sözügedən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi imkanı itirilsə də, həmin qətnaməyə yeni açılmış hallar üzrə kassasiya qaydasında baxılması imkanı mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 432.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. Həmin məcəllənin 432.2-ci maddəsinə əsasən, yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır: 432.2.1. məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə; 432.2.2. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; 432.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; 432.2.4. həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Göründüyü kimi, hazırda tərəflərin mübahisəli hüquq münasibətlərinə dair məhkəmənin gəldiyi qəti nəticə şərh edilən qətnamə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1083/2024 nömrəli qətnaməsinin alimentin müəyyən edilməsi hissəsinə kassasiya instansiyası məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə icraat qaydasında yenidən baxılma üçün əsas təşkil edir. Baxılmanın nəticələrindən asılı olaraq, qanunla müəyyən edilmiş imperativ əsaslar öz təsdiqini tapdığı təqdirdə, aliment öhdəliyinin ləğvi barədə qərar qəbul edilə bilər. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X6 bioloji atası olmaması müəyyən edilməli, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 418645 nömrəli doğum haqqında şəhadətnamənin xx.xx.2020-ci il təvəllüdlü X6 atası haqqında məlumat əks olunan hissəsi, yəni ata haqqında qeyd ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X6 bioloji atası olmaması müəyyən edilsin. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 418645 nömrəli doğum haqqında şəhadətnamənin xx.xx.2020-ci il təvəllüdlü X6 atası haqqında məlumat əks olunan hissəsi, yəni ata haqqında qeyd ləğv edilsin və bu barədə doğum haqqında şəhadətnamədə müvafiq qeydlər aparılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №e-2(010)-2719/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2719/2025
02.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver