Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2892/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Piriyeva (Musayeva) Nargilə İsmayıl qızına qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləği şəklində 220 manat məbləğində alimentin 27 aprel 2021-ci ildən başlayaraq cavabdeh Piriyeva (Musayeva) Nargilə İsmayıl qızından tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləği şəklində alimentin tutulması ilə əlaqədar Suraxanı Rayon Məhkəməsinin 2(010)-674/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh Piriyeva (Musayeva) Nargilə İsmayıl qızından hər ay sabit pul məbləğində 220 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, iddiaçı cavabdeh Piriyeva (Musayeva) Nargilə İsmayıl qızı ilə xx.xx.2010-cu il ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X9 və xx.xx.2013-cü il tarixdə X11 adında övladları anadan olmuşdur. Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-674/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş və nikah pozulduqdan sonra uşaqlar anası Piriyeva (Musayeva) Nargilə İsmayıl qızının yanında saxlanılmışdır. Uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçının xx.xx.2018-ci il tarixdən başlayaraq cavabdehin xeyrinə hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat alimentin ödənilməsi müəyyən edilmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-8494/2018 saylı qətnaməsi ilə təmin edilmiş, alimentin tutulması 30 oktyabr 2017-ci il tarixdən hesablanmışdır. xx.xx.2010-cu il təvəllüdlü övladı X9 27 aprel 2021-ci ildə cavabdehi tərk edərək həmişəlik iddiaçının yanına gəlmiş və hazırda onunla yaşayır. İddiaçı onun təhsil və tərbiyəsi ilə məşğul olmuşdur. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 iddiaçının himayəsinə verilməsini xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-222/2022 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X5 iddiaçının yanında qalması qət edilmişdir. xx.xx.2010-cu il təvəllüdlü övladı X9 27 aprel 2021-ci ildən iddiaçı ilə yaşasa da, anası Piriyeva (Musayeva) Nargilə İsmayıl qızı onunla maraqlanmır, iddiaçı digər uşağa görə aliment ödəsə də, qızına görə iddiaçıya heç bir maddi yardım göstərmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya şurasında xx.xx.2023-cü il tarixdə 16:30 saatlarına təyin olunmuş iclasda iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşə əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X2r. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 2(010)-674/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X3 arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat Şöbəsində 1513 saylı qeydə xx.xx.2010-cu il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2010-cu il tarixdə anadan olmuş X9, xx.xx.2013-cü il tarixdə anadan olmuş X11 cavabdeh X1 yanında qalması, iddiaçı X6 xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq cavabdeh X1 xeyrinə hər ay hər bir uşağa 154 (yüz əlli dörd) manat olmaqla cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 2(010)-222/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunaraq xx.xx.2010-cu il təvəllüdlü övladı X5 İddiaçı yanında qalması müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Piriyeva (Musayeva) Nargilə İsmayıl qızı ilə İddiaçı birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X11 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)-674/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X3 arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat Şöbəsində 1513 saylı qeydə xx.xx.2010-cu il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2010-cu il tarixdə anadan olmuş X9, xx.xx.2013-cü il tarixdə anadan olmuş X11 cavabdeh X1 yanında qalması, iddiaçı X6 xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq cavabdeh X1 xeyrinə hər ay hər bir uşağa 154 (yüz əlli dörd) manat olmaqla cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sonradan xx.xx.2010-cu il təvəllüdlü X9 27 aprel 2021-ci ildən iddiaçı ilə yaşamış və iddiaçı məhkəməyə müraciət edərək uşağın anadan alınaraq ataya verilməsini xahiş etmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)-222/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq xx.xx.2010-cu il təvəllüdlü övladı X5 İddiaçı yanında qalması müəyyən olunmuşdur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2023-cü il tarixdən uşaqlar üçün məbləğ 220 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehin rəsmi qazancının, əlavə qazancının və ya gəlirinin olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair iş materiallarında sübut yoxdur. İddiaçının alimentin əvvəlki dövr üçün yəni, xx.xx.2021-ci il tarixdən ödənilməsinə dair tələbini məhkəmə aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi qanunvericilik alimentin əvvəlki dövr üçün tutulmasının mümkünlüyünü təsbit etsə də, bunu müəyyən şərtlərin mövcudluğu ilə əlaqələndirmişdir. Həmin şərtlər isə ondan ibarətdir ki, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməli, eləcə də aliment ödəməli olan şəxs onu verməkdən boyun qaçırmalıdır. Odur ki, alimentin əvvəlki dövr üçün tutulması tələbi ilə çıxış edən iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü və aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırdığını sübut etməlidir. Hazırkı mübahisə üzrə isə iddiaçı belə tədbirlər gördüyünü təsdiq edən mötəbər sübutlarını məhkəmə təqdim edə bilməmişdir. O, yalnız bununla bağlı əvvəlki aylar ərzində cavabdehin uşağın saxlanılması ilə bağlı maddi köməklik göstərməsinə dair cəhdlər etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Suraxanı Rayon Məhkəməsinin 2(010)-674/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Piriyeva (Musayeva) Nargilə İsmayıl qızından qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 220 manat sabit pul məbləğində aliment İddiaçıın xeyrinə tutulmalıdır. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-674/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X8 təyin edilmiş alimentin ödənilməsi öhdəliyindən azad olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş “X12” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat və 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu kimi ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-674/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X8 təyin edilmiş alimentin ödənilməsi öhdəliyindən azad olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-674/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X8 təyin edilmiş alimentin məbləği artırılsın. Piriyeva (Musayeva) Nargilə İsmayıl qızından qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-2892/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2892/2023
26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver