Məhkəmə qərarları › İş №e-2(010)-2898/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2898/2021

22.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2898/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mülki Cavabdeh İddiaçı vurduğu maddi zərərə görə 10 000 (on min) ABŞ dollar və 500 (beş yüz) manat, mənəvi zərərə görə 20 000 (iyirmi min manat) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin lik baxış iclasında itirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X2 iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh öz xəzilə səlahiyyətlərindən sui-istifadə edərək, tamah məqsədi ilə iddiaçıya həm maddi, həm də mənəvi zərər vurmuşdur. Belə ki, 2014-cü ildə Azərbaycan Respublikası Alternativ və X11 Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyində olan "xxxx" MMC-də mühasib vəzifəsində işləmiş İddiaçı özünə məxsus çay evində dostları ilə birgə istirahət edərkən Cavabdeh göstərişi ilə bir qrup şəxs zor tətbiq edərək götürüb, MTN-in Xəzər rayon idarəsinə gətirmiş, AK- 74 markalı avtomat silah və narkotik vasitəyə bənzər maddənin ona məxsus ** MA *** dövlət qeydiyyat nişanlı “Niva” markalı maşının yük yerindən çıxdığını bildırmiş, şəxs bütün bunların ona məxsus olmadığını bildirdiyi zaman mənəvi təzyiq göstərərək cinayət məsuliyyətinə cəlb ediləcəyi, işdən qovulacağı, barəsində rüsvayedici məlumatların yayılacağı ilə hədələyib 50 000 manat ödədiyi təqdirdə azad olunacağı vəd edilmişdir. Atası, qardaşı və dostları həmin gün axşam saatlarında MTN Xəzər rayon idarəsinin qarşısına gəlmiş, Kamil adlı şəxs atasına yaxınlaşaraq son qiymət kimi 10 000 ABŞ dolları və əlavə olaraq 500 manat istəmiş və atası da bu təkliflə razılaşmış və maşın idarədə qalmaqla onu sərbəst buraxmışlar. Səhərisi gün Tural dostları ilə birgə idarəyə gedərək 10 000 dollar və 500 manat pulu verərək maşını idarədən çıxarmışdır. Bütün edilən qanunsuz hərəkətlər və mənəvi təzyiqlər iddiaçının daimi olaraq əsəb, gərginlik, stress keçirməsinə səbəb olmuş və ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Bununla əlaqədar mülki Cavabdeh İddiaçı vurduğu maddi zərərə görə 10 000 (on min) ABŞ dollar və 500 (beş yüz) manat, mənəvi zərərə görə 20 000 (iyirmi min manat) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında izahat verərək, iddianın baxılmamış saxlanılmasına dair etiraz etdiyini və iddianın mahiyyəti üzrə baxılmasını tələb etmiş, iddianın qəbul etmədiyini və iddianın rədd edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zəfərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. İddiaçı cavabdeh qarşı maddi zərərin ödənilməsini tələb etsə də, həmin maddi zərərin tələb edilməsinin əsası kimi mülki-hüquq pozuntusu olan deliktin cavabdeh tərəfindən törədilməsi, həmin halların Bakı Hərbi Məhkəməsinin 1- 1(093)121/2019 saylı 28 noyabr 2019-cu il tarixli hökmündə təsvir edilməsi ilə əsaslandırsa belə, onu Cavabdeh göstərişi ilə bir qrup şəxs zor tətbiq edərək götürüb, MTN-in Xəzər rayon idarəsinə gətirilməsi, AK-74 markalı avtomat silah və narkotik vasitəyə bənzər maddənin ona məxsus ** MA *** dövlət qeydiyyat nişanlı “Niva” markalı maşının yük yerindən çıxdığını bildırməsi, şəxsin bütün bunların ona məxsus olmadığını bildirdiyi zaman mənəvi təzyiq göstərərək cinayət məsuliyyətinə cəlb ediləcəyi, işdən qovulacağı, barəsində rüsvayedici məlumatların yayılacağı ilə hədələyib 50 000 manat ödədiyi təqdirdə azad olunacağı vəd edilməsi ilə əlaqədar ona, yəni cavabdehə 10 000 dollar və 500 manat pulu verərək maşını idarədən çıxarılmasını halları göstərsə də, həmin halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmiş, həmin pulun verilməsini təsdiq edən hər hansı şahid ifadəsi göstərməmiş, hər hansı yazılı sənəd məhkəməyə təqdim etməmişdir İddiaçı iddia tələbini Bakı Hərbi Məhkəməsinin 1-1(093)121/2019 saylı 28 noyabr 2019-cu il tarixli hökmü ilə əsaslandırsa belə, qeyd edilməlidir ki, göstərilən hökmdə X7 Azərbaycan Respublikası 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 193-1.3.1, 193-1.3.2, 302.2, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəğ əməllərinin törədilməsində təqsirli bilinsə də, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinni 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 1 (bir)- il 6 (altı) ay, müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 1 (bir) il '« müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313cü maddəsi ilə .həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən X5 cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X4 03 noyabr 2017-ci il tarixdən 28 noyabr 2019-cu il tarixədək, yəni 2 (iki) il 25 (iyirmi beş) gün həbsdə olduğu müddət təyin edilmiş cəza müddətinə hesablanmaqla, ona təyin edilmiş cəza çəkilmiş hesab edilmişdir. Həmin hökmdə X1 zərərçəkmiş şəxs qismində şikayət edilməsi göstərilsə belə, qeyd edilmişdir ki, qaunsuzluqlara məruz qalmaqla hədə-qorxu ilə ondan külli miqdarda pul vəsaitinin tələb olunması, X6 və X3 istifadəsində olan telefon nömrələri üzrə danışıqların qanunsuz dinlənilməsi və mütəşəkkil dəstənin üzvləri tərəfindən Sahib Qurbanovdan 55.000 manat dəyərində əmlakların, Zaur Əzimovdan isə 120.000 manat məbləğində pulun hədə-qorxu ilə alınması epizodları üzrə X4 təqsirliliyi sübuta yetirilməmişdir. Həmçinin Cavabdeh şikayət edilməsi göstərilsə belə, iddia ərizəsində göstərilən xüsusatlar, o cümlədən iddia predmeti olan pul tələbini təşkil edən 10 000 (on min) ABŞ dolları və 500 (beş yüz) manat pul vəsaitinin İddiaçı tərəfindən Cavabdeh verilməsini öz əksini tapmamışdır. Bundan əlavə həmin hallarla əlaqədar Cavabdeh cinayət və ya digər məsuliyyətə cəlb edilməmişdir. Bundan əlavə iddiaçı həmçinin də 20 000 (iyirmi min) məbləğində mənəvi zərərin tələb edilməsini iddia edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iddiaçı tərəfinin izahatına və mövqeyinə tənqidi yanaşaraq həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı mülki-hüquq pozuntusu törədilməmiş və yaxud törədilməsi sübuta yetirilməmişdir. Həmin hal özü-özlüyündə cavabdehdən hər hansı mənəvi zərərin tələb edilməsi üçün əsas yaratmır və bu hissədə iddianın təmin edilməsi qeyrimümkün hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar