Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2901/2021 09.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 Kamal oğluna, Cavabdeh1 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərə görə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Kamal oğluna, Cavabdeh1 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərə görə pul tələbinə dair iddia ilə müraciət edərək, mülki cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı vurduğu maddi zərərə görə 55 000 (əlli beş min manat) manat və mənəvi zərərə görə 50 000 (əlli min manat) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı qanunsuz olaraq alınmış həmin dövrdə dəyəri 55 000 (əlli beş min manat) manat olan 55 qutu İsveçrə istehsalı olan boz qablaşdırmada olan “KENT” siqareti və ya onun dəyərinin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, mənəvi zərərə görə 50 000 (əlli min manat) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Azərbaycana gətirilən siqaretlərin satılmasında vasitəçilik edərək X1 və daha iki şəxs ilə birlikdə onların satılması ilə məşğul olmuşdur. 2015-ci ilin əvvəllərində birgə iş gördüyü şəxslərdən biri - Əliyev İlkin ona zəng edərək MTN-in Xəzər rayon idarəsinin əməkdaşı Cavabdeh1 adlı şəxs tərəfindən tutulduğunu, həmçinin ümumi dəyəri 100 000 manat olan hər birində 500 paçka olan 100 qutu siqaretin müsadirə olunduğunu bildirərək özünün buraxılması üçün 60 000 manat pul tələb edildiyini göstərmişdir. Bundan sonra o, pulu düzəltmək üçün müvəqqəti azadlığa buraxıldığını və MTN-ə gedib məsələni həll etməyə köməklik etmək lazım olduğunu demişdir. O, Cavabdeh1la görüşdüyü zaman sonuncu onu da həbs edəcəyini, cinayət məsuliyyətinə cəlb olunmaması üçün 60 000 manat pul tələb etmiş, lakin bir qədsər danışıqdan sonra Cavabdeh1 və Cavabdeh2lə 40 000 manata razılaşmışlar. Növbəti gün o, Cavabdeh1 40 000 ABŞ dolları pul vermişdir. Heydərin onu axtardığını və şərləyərək həbs etdirəcəyini düşünüb o Türkiyəyə getmiş və 2015-ci ilin mart ayının əvvəllərində Bakıya qayıtmışdır. Həmin ərəfədə Əzimov Zaura məxsus ümumi dəyəri 96 000 manat olan 96 qutu siqaretin MTN-nin Binəqədi rayon idarəsi tərəfindən tutulduğunu eşitmiş, həmin idarənin Heydər Hacıyev adlı əməkdaşı onu idarəyə çağırmış, ona məxsus 60 qutu siqaretin ölkəyə gətirildiyini, həmin siqaretləri gətirib təhvil verməyi, əks təqdirdə həbs ediləcəyini bildirmişdir. Həbs ediləcəyindən qorxduğu üçün həmin siqaretlərin 55 qutusunu “Qazel” markalı avtomobillə MTN-nin Binəqədi rayon idarəsinə gətirərək idarənin həyətində Heydər Hacıyevə təhvil vermişdir. Bu hadisə baş verən zaman Cavabdeh2 da orda olmuşdur. Yalnız 2015-ci ilin noyabr ayında Cavabdeh1 zəng vuraraq 40 000 ABŞ dollarını geri istəmiş, sonuncu ona 5000 manat pul qaytarmış, pulun qalan hissəsini isə yaxın vaxtlarda qaytaracağına söz vermişdir. Daha sonra Cavabdeh1 onu idarəyə dəvət edərək Baş Prokurorluğa ünvanlandığı ərizəsində və ifadəsində göstərdiklərinin yalan olması, Cavabdeh2 və Cavabdeh1 şikayətinin olmaması barədə teleqram vurmasını, vurmadığı təqdirdə gələcəkdə həbs olunacağını, özünə və ailə üzvlərinə müxtəlif problemlər yaradılacağını, vuracağı təqdirdə isə 20 000 manatı dərhal qaytaracağına, pulun qalan hissəsini isə yaxın bir ayda ödəyəcəyinə söz vermişdir. 2016-cı ildə İddiaçı Cavabdeh1la birgə poçta gedərək teleqram vurmuş, Cavabdeh1 isə 20 000 manat pul vermiş, pulun qalan hissəsini isə fevral ayının sonuna kimi verəcəyinə söz vermişdir. 2016cı ilin aprel ayında Cavabdeh2 qohumu Cavabdeh3 onunla əlaqə saxlayaraq Cavabdeh2 barəsində şikayətindən imtina etməsini, bunun müqabilində ona ödənilməli olan 65 000 manatın əvəzinə 40 000 manat ödəyəcəklərini bildirmişdir. O, Cavabdeh3la notariat kontoruna gedərək notarial qaydada əqd bağlamış, Rövşənin deməsinə görə Cavabdeh2 və Cavabdeh1 birgə verdiyi 40 000 manat pulu qəbul etmiş, 65 000 manatın 25 000 hissəsindən imtina edərək 40 000 manatı almağa razılaşmışdır. Lakin əqddə Cavabdeh3 guya ona 65 000 manat ödəməsi göstərilmişdir. Beləliklə, ümumi dəyəri 55 000 manat olan 55 qutu siqaret şəxsə geri qaytarılmamış, nə də onların dəyəri ödənilməmişdir. Bütün edilən qanunsuz hərəkətlər və mənəvi təzyiqlər iddiaçının daimi olaraq əsəb, gərginlik, stress keçirməsinə səbəb olmuş və ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. 25 iyun 2021-ci il və 26 iyul 2021-ci il tarixlərdə keçirimiş məhkəmə iclaslarında izahat vermis Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı qaçaqmalçılıq yolu ilə siqaretlərin qanunsuz olaraq ölkəyə gətirilməsi ilə məşğul olmuş, lakin heç vaxt bu və ya digər fəaliyyəti ilə əlaqədar onların idarəsi tərəfindən saxlanılmamış və məsuliyyətə cəlb olunmamışdır. Sadəcə olaraq iddiaçı bəzi şəxslərin vaxtı ilə saxlanıldığını bilib bundan sui-istifadə edərək onu şantaj etmiş, ona pul ödənilmədiyi halda özünə qəsd edəcəyini bildirmişdir. O isə rəhbərliyin göstərişi ilə onu razı salmağa çalışmış ki, ondan əl çəksin və bu məqsədlə onun dost və qohumları tərəfindən iddiaçıya 65000 manat pul ödənilmişdir. Həmin vaxt iddiaçı notarial qaydada təsdiq olunmuş ərizə ilə heç bir şikayət və tələbi olmadığını qeyd etsə də, 6 il keçəndən sonra əsassız bir iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. 25 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh3 iddia tələbləri ilə razılaşmayaraq izahatında göstərdi ki,Cavabdeh2la qohum olduğuna görə sonuncudan eşitmişdir ki, Sahib adlı şəxs onu şantaj edir. O, əvvəllər polis əməkdaşı olduğuna görə Sahiblə danışacağını Rafiqə bildirmiş, bir müddət sonra isə Sahiblə görüşmüşdür. Bir müddət keçəndən sonra müəyyən əmlakını sataraq Sahibə pulunu ödəmiş və sonuncu bununla bağlı artıq tələbi olmadığına görə notariat qaydada təsdiq olunmuş ərizə vermişdir. Belə olduğu halda ona qarşı irəli sürülmüş iddia tələbi əsassızdır və təmin edilməməlidir. 25 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun iddiaçı ilə hər hansı insidenti olmamış, lakin Sahib tərəfindən şantaj edildiyinə görə belə qərara alınmışdır ki, ona vurulmuş zərər ödənilsin. Bu səbəbdən İddiaçı vurulmuş zərər tamamilə ona ödənilmişdir. Belə olan halda iddianın əsassız olduğuna görə rədd olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 Kamal oğluna, Cavabdeh1 və Cavabdeh3 növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Bu baxımdan məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı məhkəmə iclasında öz iddia tələbini və cavabdehlərin ona vurulmuş zərərin aradan qaldırılması ilə bağlı məsuliyyətlərinin yaranmasının əsası kimi Bakı Hərbi Məhkəməsinin 28 noyabr 2019-cu və 30 noyabr 2017-ci il tarixli hökmləri ilə müəyyən olunmuş hallara istinad etmişdir. Bu zaman məhkəmə nəzərə alır ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehlərin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətmələri tələb olunur. Lakin iddiaçı ona dəymiş ziyanın cavabdehlər tərəfindən ödənilməli olduğuna dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, o cümlədən bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bu baxımdan Cavabdeh3 münasibətdə iddiaçı həmin şəxsin cavabdehlərə yaxın şəxs olduğunu və pulun qaytarılmasında vasitəçilik etdiyini bildirsə də, sonuncu tərəfidnən ona hansı və nə məbləğdə zərər vurulmasına dair sübut təqdim edə bilməmişdir. Digər cavabdehlərə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Lakin yuxarıda qeyd olunan hökmlər məhkəmədə tədqiq edilmiş və müəyyən olunmuşdur ki, heç bir cavabdeh həmin hökmlər əsasında məhkum olunmamışdır. Bu isə ona dəlalət edir ki, yuxarıda qeyd olunan məhkəmə aktları cavabdehlərə münasibətlərə preyudisial xarakter daşımırlar. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş İddiaçı adından 7E-7018 reyestrlə rəsmləşdirilmiş razılıq ərizəsinin təsdiq edilmiş çıxarışından görünür ki, o (İddiaçı) Cavabdeh2 və Cavabdeh1 ona olan 65000 manat borcunu tam olaraq ödənildiyini, gələcəkdə qaytarılmış borcla bağlı heç bir iddiası olmayacağına imza etmişdir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir ki, iddiaçıya vurulmuz zərəri tam ödədikdən sonra onun (iddiaçı) qarşısında digər zərərə görə məsuliyyət daşıyırlar. Belə olan halda cavabdehlərin əməlləri nəticəsində iddiaçıya maddi ziyan vurulması təsdiq edilmədiyinə görə iddia əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının cavabdehlərə yönəltdiyi tələbinin ona dəymiş maddi ziyanla əlaqədar çəkdiyi xərclərin ödənilməsi hissədə təmin edilmədiyindən müvafiq olaraq tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır. Çünki həmin tələb digər tələblərdən birbaşa asılıdır və məhz onların mövcudluğu halında məhkəmə tərəfindən qiymətləndirilərək münasibət bildirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 Kamal oğluna, Cavabdeh1 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərə görə pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən bir ay müddətində Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-2901/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2901/2021
09.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver