Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2918/2023 28.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Onunla Cavabdeh xx.xx.2010-cu ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı uşaqları vardır. Onunla cavabdeh B.N. Orucova nikaha daxil olduqdan sonra bir müddət ailə münasibətləri normal olsa da sonra münasibətləri korlanmışdır. Aralarında baş verən mütəmadi anlaşılmazlıqlar və mübahisələr ailə münasibətlərinin soyumasına gətirib çıxarmışdır. Hal-hazırda münasibətləri tamamilə kəsilmişdir və ayrı-ayrılıqda yaşayırlar. Birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqlar İddiaçı himayəsindədirlər. Cavabdeh uşaqların maddi vəziyyəti ilə maraqlanmır, onların maddi təminatına yönəlmiş hər hansı bir köməklik göstərmir. Onun üçün uşaqların maddi təminatını təkbaşına təmin etmək çətindir və o, bunun üçün valideynlərinə müraciət etmək məcburiyyətindədir. Qeyd edir ki, uşaqlar orta məktəbdə aldıqları təhsildən əlavə olaraq müxtəlif inkişaf programları üzrə təşkil edilmiş kurslara gedir bu da öz növbəsində onun üçün əlavə maliyyə xərclərinə başa gəlir. Məlumat üçün qeyd edir ki, Cavabdeh kənd təsərrüfatı fəaliyyətilə məşğul olur və aylıq gəliri təxminən 3000 manat təşkil edir. Lakin buna baxmayaraq o, uşaqlarının saxlanılmasında iştirak etməkdən boyun qaçırır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddiaçı ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi. Əlavə olaraq qeyd etdi ki, o, təsərrüfatla məşğul olmur və aylıq məvacibi 600 manatdır. Bu səbəbdən aliment məbləğinin onun əmək haqqısına uyğun olaraq təyin edilməsini xahiş edir.
İş materialları
6. AZ-İ 590584 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra ərə Orucov, arvada Orucova soyadı verilmişdir.
7. AZ-İİ 812393 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
8. AZ-İİİ 158429 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
9. BİGFORCE MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh BİGFORCE MMC-də iqtisadçı-mühasib vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 600 manat təşkil edir.
İşin faktiki halları
10. Tərəflərin rəsmi nikaha daxil olması və hazırda da nikahda olmaları, bu nikahdan iki uşaqlarının olması, həmin uşaqların hazırda ananın yanında qalmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırda iddiaçı cavabdehin övladlarını saxlamaq üçün heç bir maddi yardım göstərməməsi və özünün təkbaşına övladlarının maddi və digər tələbatlarını çatdırmaq üçün kifayət qədər maddi imkana malik olmamasına istinad edərək övladlarının saxlanması üçün iddia tələbində qeyd olunan məbləğdə aliment təyin edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbi ilə razılaşmayaraq qeyd olunan miqdarda aliment ödəməyə imkanın olmadığını və onun aylıq gəlirinin cəmi 600 manat olduğunu qeyd edir. Bu səbəbdən də, aliment məbləğinin onun əmək haqqısına uyğun olaraq təyin edilməsini xahiş edir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
12. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Alimentin tutulması barədə tələbin verilməsi müddətləri 100.2Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
13. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
14. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 234. Qətnamənin icra edilməsi. 34.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;
16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı
Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
17. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Məhkəmənin mövqeyi
18. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
19. Məhkəmə qeyd edir ki, tərəflər rəsmi nikaha daxil olmuş və bu nikahdan iki övladları anadan olmuşdur. Hazırda tərəflər arasında olan nikah pozulmamışdır. Tərəflərin izahatı və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı və övladlarından ayrı yaşayır. Hazırki iddia tələbində iddiaçı cavabdehdən övladlarının saxlanması üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir. Cavabdeh isə aliment məbləğinin onun əmək haqqısına uyğun olaraq təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, sabit pul məbləğində aliment təyin edilməsi zamanı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması rəhbər tutulmalıdır. Belə ki, tərəflərin izahatı və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı işləmir və aylıq hər hansı gəlir mənbəyi mövcud deyildir. Bununla yanaşı, işdən aydın olur ki, cavabdehin təyin edilməsini xahiş etdiyi aliment məbləğinə münasibətdə uşaqların əvvəlki dövr üçün təminat səviyyələri daha yüksək olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, uşaqların indiki təminat səviyyələri valideynlərin birgə yaşadıqları dövrdəki təminat səviyyələrinə mümkün qədər yaxın olmalıdır. Sadalanan xüsusatları rəhbər tutaraq məhkəmə hesab edir ki, təyin ediləcək aliment real və eyni zamanda qətnamənin icrası üçün mümkün olmalıdır. Eyni zamanda, o da nəzərə alınmalıdır ki, iddiaçının hər hansı bir gəlir mənbəyinin olması məyyən edilmir. Bu baxımdan məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu və ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.
20. Aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023cü il tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
21. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, hər ay cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.