Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-292/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. AD seriyalı 461435 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundaı HD65” yük markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X2r.
2. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, Cavabdeh hadisə zamanı avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur və hadisə nəticəsində X1 yüngül xəsarət yetirilmişdir.
3. Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Orxan Məmmədovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, YNH-ni törətmiş, “Hyundai HD65” markalı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
4. xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də bağlanmış xx.xx.2021-ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “Hyundai HD65” markalı, 99LG132 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində “Hyundai HD65” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri ərazisində yolnəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsidə X1 yüngül bədən xəsarəti yetirmişdir. Sığorta hadisəsi ilə əlaqədar "xxxx" ASC 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.
5. xx.xx.2022-ci il tarili ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkənin **********640476 nömrəli kart hesabına 750 manat pul köçürülmüşdür.
6. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehə bildiriş ünvanlanaraq 750 manat məbləğin 10 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
7. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
8. MTE və PA ETT Birliyinin Xətai rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 522 saylı ekspert rəyindən müəyyən edilmişdir ki 1976-cı il təvəllüdlü X4 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində- zəif ağrı simptomu və cüzi hərəkət məhdutluğu ilə qeyd olunan sağ bud nahiyəsində qançır və üzərində əzilmiş yara, sağ bud, sağ diz oynağı və ayaq pəncəsi nahiyələrində müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir.
İşin faktiki halları
9. "xxxx" ASC tərəfindən sığortalanmış X3 məxsus Cavabdeh tərəfindən idarə olunan “Hyundai HD65” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolnəqliyyat hadisəsi nəticəsidə X1 yüngül bədən xəsarəti yetirməsi və sığorta hadisəsi ilə əlaqədar "xxxx" ASC tərəfindən X4 hesabına 750 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi işin mübahisəsiz hallarıdır.
İddia tələbi
10. İddiaçı “"xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 750 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 780 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
12. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, "xxxx" ASC-də bağlanmış xx.xx.2021-ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “Hyundai HD65” markalı, 99LG132 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində “Hyundai HD65” markalı, 99LG132dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsidə X1 yüngül bədən xəsarəti yetirmişdir. Sığorta hadisəsi ilə əlaqədar "xxxx" ASC 750 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Xətai RPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmçinin qeyd olunan qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.
16. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmişin hesabına 750 manat pul köçürülmüşdür. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Bundan əlavə, iş materiallarında olan Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Orxan Məmmədovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, YNH-ni törətmiş, “Hyundai HD65” markalı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir.
17. Dəymiş ziyanın məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəf məhkəmə iclaslarına gəlmədiyi və göstərilən məbləğlə razılaşmaması barədə etiraz təqdim etmədiyi üçün məhkəmə tərəfindən ekspertiza keçirilməsinə zərurət qalmamışdır.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 750 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.