Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3016/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulan xx.xx.2023-cü il təvəllüdlü X3 hər ay cavadehin qazancı və başqa gəlirlərinin dörddə bir hissəsinin və uşaq üç yaşına çatana qədər hər ay cavabdehdən 400 (dörd yüz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X3 hər ay cavadehin qazancı və başqa gəlirlərinin dörddə bir hissəsinin və uşaq üç yaşına çatana qədər hər ay cavabdehdən 400 (dörd yüz) manat məbləğində alimentin, 60 manat məbləğində mediasiya xərcinin və 320 manat məbləğində hüquqi yardım xərcinin Cavabdeh alınaraq İddiaçı verilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. O, cavabeh ilə faktiki nikah münasibətlərindən xx.xx.2023-cü il tarixində Emil adlı bir uşaqları olmuşdur. Aralarında olan problemlərlə bağlı hazırda ayrı yaşayır və birgə təsərrüfat aparmırlar. Cavabdeh əvvəllər alimenti könüllü olaraq ödəyirdi. Lakin 2024-cü ilin aprel ayının sonlarından cavabdeh alimenti könüllü olaraq ödəməkdən imtina etdi. Buna görə də o alimentin könüllü olaraq ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlə danışıqlar aparmağıma və alimentin könüllü icrasını təmin etmək üçün tədbirlər görməyinə baxmayaraq cavabdeh məhkəmə qətnaməsi olmadan aliment ödəməyəcəyini bildirirək uşağın saxlanılması üçün alimenti ödəməkdən imtina etdi. Buna görə də cavabdehin birgə nikahdan olan uşaqları Emilin saxlanılması ilə bağlı xərclərdə iştirakını təmin etmək üçün o məhkəmə vasitəsi ilə aliment tələb etmək məcburiyyətindədir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, tərəflərin arasında rəsmi nikah olmasa da, hesab edirlər ki, iddia tələbi hər iki hissədə təmin edilməlidir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materialları
8. “Elektron notariat” X1 vasitəsilə “X2” AQİS-dən çıxarışdan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
9. “Elektron məhkəmə informasiya portalı vasitəsi ilə müəyyən edilir ki, Cavabdeh hazırda "xxxx" ASC-də baş mütəxəssis vəzifəsində işləyir, aylı əmək haqqısı 2080.0 manatdır.
İşin faktiki halları
10. Tərəflərin faktiki nikah münasibətlərində olması və bu münasibətdən bir uşaqlarının olması, Cavabdeh İddiaçı doğulan xx.xx.2023-cü il təvəllüdlü X4 atası olmasının müəyyən edilməsi və həmin uşağın hazırda ananın yanında qalmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırda iddiaçı cavabdehdən övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavadehin qazancı və başqa gəlirlərinin dörddə bir hissəsinin və uşaq üç yaşına çatana qədər hər ay cavabdehdən 400 (dörd yüz) manat aliment təyin edilməsini xahiş edir. İddiaçı tələbində uşaq hüquqlarını tənzimləyən qanunvericilik normalarına və cari il üçün ölkə üzrə yetkinlik yaşına çatmayanlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinə əsaslanır. İddiaçı, eyni zamanda məhkəmə xərcləri kimi hüquqi yardım üçün sərf edilən vəsaitin də cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
12. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı
76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;... Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;.... Maddə 85. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ
85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; Maddə 100. Alimentin tutulması barədə tələbin verilməsi müddətləri 100.2 Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
13. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
14. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı
Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı
8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
17. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 234. Qətnamənin icra edilməsi. 34.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 115.0.6. işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi
121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Məhkəmənin mövqeyi
19. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
20. Məhkəmə qeyd edir ki, tərəflər faktiki nikah münasibətlərinə daxil olmuş və bu münasibətdən bir övladları anadan olmuşdur. Eyni zamanda həmin uşaq barəsində atalıq müəyyən edilmişdir - Cavabdeh İddiaçı doğulan xx.xx.2023-cü il təvəllüdlü X4 atası olması müəyyən edilmişdir. İddiaçı tərəfin izahatı və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı və övladından ayrı yaşayır. Hazırkı iddia tələbinin birinci hissəsində iddiaçı cavabdehdən övladının saxlanması üçün hər ay cavadehin qazancı və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını xahiş edir. Qanunvericiliyin yuxarıda istinad edilən maddələrinə nəzər saldıqda aydın olur ki, uşağların saxlanılması, onlara maddi və mənəvi qayğı göstərilməsi vəzifəsi hər iki valideynə aid edilmişdir və qanunverici bu məslədə valideynlər arasında məsuliyyət fərqi qoymamışdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq cavabdehə qarşı azyaşlının xeyrinə aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Təyin ediləcək alimentin növünə gəldikdə isə, iddiaçı alimentin cavabdehin aylıq gəlirlərinin ¼ hissəsi miqdarında tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu tələb yuxarıda istinad olunan maddi hüquq normalarının tələbləri baxımından əsaslıdır. Bu baxımdan məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, hesab edir ki, hər ay cavadehin qazancı və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır. İddia tələbinin uşaq üç yaşına çatana qədər hər ay cavabdehdən 400 (dörd yüz) manat məbləğində iddiaçının xeyrinə aliment təyin edilməsi hissəsini məhkəmə əsaslı hesab etmir. Belə ki, alimentin bu növünün tutulması üçün ailə qanunvericiliyi iki hal müəyyən emişdir. Bu hallar ər-arvadın və keçmiş ər-arvadın aliment öhtəlikləri fəsilində müəyyən edilmişdir. Maddi hüquq normalarının tələblərinə görə, həm nikahda olan ərarvad, (maddə 84.2.2) həm də nikahı pozulmuş ər-arvad (maddə 85.1.1) zəruri vəsaitə malik olan qarşı tərəfdən bu növ alimenti öz xeyirlərinə tələb edə bilərlər. Göründüyü kimi, qanunverici burada iki şərtin mövcud olmasını zəruri hesab etmişdir. Birincisi, tərəflər nikah münasibətlərinə girməlidirlər, ikincisi cavabdehin bu növ alimenti ödəməyə zəruri vəsaitinin olması hər bir halda sübut edilməlidir. Hazırkı işdə birinci şərt mövcud deyil. Məlum olduğu kimi, tərəflər rəsmi nikah münasibətlərində olmamışlar. Belə olduğu təqdirdə, ikinci şərtin araşdırılmasına zərurət qalmır. Ona görə ki, iddiaçının bu tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Ona görə də, məhkəmə tələbi bu hissədə əsassız hesab edir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə 320 manat pulun tutulması hissəsini qismən əsaslı sayır. Belə ki, tələbin bu hissəsinə qiymət verərkən, iddianın qismən təmin edildiyini, tələbin mahiyyətini, işin həcmini, vəkilin hüquqi yardım üçün sərf etdiyi vaxtı da nəzərə alır və hesab edir ki, iddia tələbi hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 320 vəsaitin 110 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Ailə Məcəlləsinin 100-cü maddəsinə əsasən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
22. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
23. AR MPM-nin 112.1.3-cü maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancı və başqa gəlirlərinin dörddə bir hissəsi tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Hüquqi yadım xərc kimi iddiaçı tərəfindən vəkilə ödənilmiş vəsaitin 110 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə ödənilməli olan 40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.