Məhkəmə qərarları › İş №e-2(010)-330/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-330/2023

28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-330/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X3, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinə görə çəkilmiş 80.000 (səksən min) manat məbləğində xərcin və 330 AZN (üç yüz otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması. İddia tələbinin dəlilləri İddiaçı 2013-cü ildə X5 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikah dövründə ailənin birgə gəlirləri hesabına Abşeron rayonu, Xırdalan şəhəri, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsi əldə edilmiş, daha sonra həmin torpaq sahəsində ümumi sahəsi 110 kvm. olan 3 otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Həmin yaşayış evi uzun müddət iddiaçının istifadə və sahibliyində olmuşdur. İddiaçı bugünkü günədək ailə üzvləri ilə birlikdə sözügedən mənzildə yaşamışdır. Lakin bir müddət sonra Cavabdeh hazırda faktiki olaraq məskunlaşdığı torpaq sahəsinə qeyri-hüquqi yollarla mülkiyyət hüququ əldə etmiş və həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Cavabdeh formal alqı-satqı münasibətlərinin rəsmiləşdirilməsindən sonra “ona məxsus” torpaq sahəsinin boşaldılması tələbini irəli sürmüş və həmin torpaq sahəsindən istifadə etməyə imkan verməyəcəyini bildirmişdir. Dəfələrlə cavabdehə torpaq sahəsinin uzun müddət mülkiyyətində olduğunu və burada inşa etdiyi fərdi yaşayış evində yaşadığını bildirsə də, buna heç bir əhəmiyyət verilməmişdir. Sonradan iddiaçı Cavabdeh tərəfindən “zəbt edilmiş torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmağa dair” iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-136/2021 saylı iş qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsindən və üzərində inşa edilmiş 110 kv.m sahəsi olan 3 otaqlı tikintidən cavabdehlərin çıxarılması qət edilmişdir. Qətnamə icra edilməsi üçün Abşeron Rayon İcra şöbəsinə göndərilmişdir. Mübahisə predmetini təşkil edən torpaq sahəsində öz qazancı hesabına ev tikilmişdir. Hazırda cavabdeh məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçını sözügedən torpaq sahəsindən çıxarıb, min bir əziyyətlə tikdiyi evdə məskunlaşmışdır. Ev iddiaçı tərəfindən inşa edildiyi üçün ona dair mülkiyyət hüququ da iddiaçıya məxsusdur, iddiaçının mülkiyyəti kimi çıxış edir. Lakin mövcud vəziyyət mülkiyyəti üzərində hüquqlarının həyata keçirilməsinə əsassızcasına mane olmaqdadır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi (vəkili) X7 iddia tələbini müdafiə edərək, iddiaya uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, mübahisələndirilən torpaq sahəsi Hüseynov Firat adlı şəxsə məxsus olmuşdur, sonradan İntizar adlı şəxsə həmin torpaq sahəsinə dair etibarnamə vermişdir ki, o, həmin torpağı üzərindəki tikili ilə birlikdə satsın. İddiaçı əri Kamran mübahisələndirilən torpaq sahəsini almaq istəmişdir. Həmin torpaq sahəsinə ailəsi ilə birlikdə köçərək yaşamağa başlamışdır. Kamran sonradan həmin vaxt torpaq sahəsini almamışdır, ailəsi ilə birlikdə həmin torpaq sahəsində kirayənişin kimi yaşamışdır. Sonradan iddiaçı ilə Kamran ayrılmışlar və Kamran həmin ünvandan köçmüşdür. Lalə isə orada yaşamağa davam etmişdir. Sonradan Lalə 0,0250 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərindəki 10 kv.m. sahəsi olan 3 otaqlı tikilini Cavabdeh satmışdır. Cavabdeh həmin torpaq sahəsinə üzərindəki tikili ilə birlikdə mülkiyyət hüququ əldə etdikdən sonra İddiaçı və digərlərini həmin torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılması barədə iddia ilə Abşeron rayon məhkəməsinə müraciət etmiş və Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-136/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı, X6 və X1 qarşı zəbt edilmiş torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyy haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli **********55 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.0250 ha torp sahəsindən və üzərində inşa edilmiş 110 kv.metr sahəsi olan 3 otaqlı tikilidən İddiaçı və X8 çıxarılmaları qət edilmişdir. Abşeron rayon məhkəməsində araşdırma aparılmış və müəyyə olunmuşdur ki, Cavabdeh evi İntizar adlı maklerdən almış və həmin torpaq sahəsi üzərindəki tikilini İntizar tikmişdir. İş materiallarına əlavə edilmiş: Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-136/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X6 və X1 qarşı zəbt edilmiş torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli **********55 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.0250 ha torp sahəsindən və üzərində inşa edilmiş 110 kv.metr sahəsi olan 3 otaqlı tikilidən İddiaçı və X4 çıxarılması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində vəsaitinin əvəzi ninİddiaçı, X2 tutularaq iddiaçı Cavabdeh ödənilməsi, İddiaçı, X2 50 manat eksperti xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədar Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. İşin faktiki halları Bakı şəhəri Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-136/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, X9 adlı şəxsin mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,1 ha torpaq sahəsinin üzərində özbaşına inşa edilmiş üç otaqlı tikili olan 0.0250 ha hissəsini xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsi üzrə Cavabdeh satmışdır, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, İddiaçı ilə X5 2013cü ildən 2017-ci il tarixədək faktiki nikahda olmaqla İddiaçı uşaqları da onlarla birlikdə həmin tikilidə yaşamış, 2017-ci ildən Kamran Muradov həmin tikilini tərk etmiş, İddiaçı isə orada yaşamağa davam etmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi Cavabdeh mülkiyyətindədir, onun üzərindəki tikilinin isə İddiaçı və X5 tərəfindən tikilməsi hər hansı sübutla təsdiq olunmadığından İddiaçı, X8 həmin tikilidən və torpaq sahəsindən qanunsuz əsaslarla istifadə etmiş hesab olunduğundan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli **********55 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsindən və üzərində inşa edilmiş 110 kv.metr sahəsi olan 3 otaqlı tikilidən İddiaçı və X8 çıxarılmalıdırlar. Sözügedən qətnamə artıq qanuni qüvvəsini almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı). Qeyd edilənləri nəzərə alaraq məhkəmə vurğulayır ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətində olması və torpaq sahəsindən və onun üzərində inşa edilmiş 110 kv.metr sahəsi olan 3 otaqlı tikilidən hazırki mülki iş üzrə İddiaçı qanunsuz əsaslarla istifadə etməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə yenidən sübuta yetirilmir və məhkəmə tərəfindən mübahisələndirilmədən tanınır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman diqqətdən qaçırmaq olmaz ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi kimi məsələləri araşdırmalıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı sonuncunun mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.0250 ha torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə çəkilmiş xərcin tutulması tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddiaçının buna subyektiv hüququ olmalıdır. Hazırkı işdə isə İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Fatmayı kəndində 0.0250 ha torpaq sahəsində yerləşən tikili üzərində hər hansı bir hüququnun olmaması aşkardır. Odur ki, İddiaçı bu cür iddiayla məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin tutulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar