Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3303/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 fevral 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(033)-1029/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş İddiaçı qazancının dörddə bir hissəsi və əlavə olaraq hər ay 80 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək (azaldılaraq), İddiaçı yalnız qazancının dörddə bir hissəsi miqdarında alimentin tutularaq, 05 fevral 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh verilməsi (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı ilə Cavabdeh birgə nikahından 05 fevral 2013-cü il tarixdə X2 anadan olmuşdur. Cavabdehlə aralarındakı nikah pozulmuşdur. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli 2(033)-429/2018 saylı qətnaməsi ilə bir uşağın saxlanması üçün cavabdehin qazancının dörddə bir hissəsi və əlavə olaraq hər ay 46 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Daha sonradan Cavabdeh alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(033)-1029/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı birgə nikahından 05 fevral 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli 2(033)-429/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının dörddə bir hissəsi və əlavə olaraq hər ay 46 manat sabit pul məbləğində aliment artırılaraq qazancının dörddə bir hissəsi və əlavə olaraq 80 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi, 05 fevral 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(033)-1029/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş İddiaçı qazancının dörddə bir hissəsi və əlavə olaraq hər ay 80 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək (azaldılaraq), yalnız, İddiaçı qazancının dörddə bir hissəsi miqdarında alimentin, 05 fevral 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh ödənilməsini xahiş etməkdir. Azərbaycan Respublikası Mediasiya Şurası Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru mediasiya sessiyasında iştirak edilməməsi səbəbindən 30 iyun 2023-cü il tarixli arayış tərtib etmişdir.
Tərəflərin izahatı
3. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək ümumi aliment məbləğindən yalnız 40 manat azaldımasını, yəni, əlavə olaraq tutulan 80 manat alimentin azaldılaraq 40 manat müəyyən edilməsini xahiş etmişdir.
İş materialları
5. Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(033)-1029/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı birgə nikahından 05 fevral 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli 2(033)-429/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının dörddə bir hissəsi və əlavə olaraq hər ay 46 manat sabit pul məbləğində aliment artırılaraq qazancının dörddə bir hissəsi və əlavə olaraq 80 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir.
6. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 162045 saylı arayışının surətindən görünür ki, borclu İddiaçı tərəfindən tələbkar Cavabdeh xeyrinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 170 manat olmaqla cəmi 2040 manat aliment ödənmişdir.
7. AR DSX İstintaq və Təhqiqat İdarəsinin Suraxanı Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində xidmət edir və aylıq əmək haqqısı (vergilər, DSMF və İcbari Tibbi Sığortaya ödənişlər aparıldıqdan sonra) 846.74 manat təşkil edir.
İşin faktiki halları
8. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan olan həmin uşağın anasının yanında qalması və sonuncu qətnamə ilə (Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(033)-1029/2019 saylı qətnaməsi) İddiaçı Cavabdeh xeyrinə hər ay onun qazancının dörddə bir hissəsi və əlavə olaraq 80 manat sabit pul məbləğində alimentin tutulmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırki iddia tələbində iddiaçı aliment miqdarının azaldılaraq yalnız qazancının dörddə bir hissəsi miqdarında alimentin tutularaq 05 fevral 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh verilməsi (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş edir. Tələbini onunla əsaslandırır ki, hazırda onun aylıq əmək haqqısının ¼ hissəsi uşaqlar üçün 2023-cü il üzrə müəyyən edilmiş yaşayış minimumundan daha çoxdur və belə hesab edir ki, aliment məbləğinin yalnız onun əmək haqqısının ¼ hissəsi miqdarında müəyyən edilməsi kifayətdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə tutulan əlavə 80 manat aliment məbləğinin azaldılaraq 40 manat həddində müəyyən edilməsini xahiş edir. Xahişini onunla əsaslandırır ki, onun özünün heç bir yerdən gəliri yoxdur, himayəsində olan övladının aylıq xərclərini çətinliklə qarşılayır, aliment məbləği tələbdə qeyd edilən məbləğə endirilsə, övladına baxmaqda çətinlik çəkəcək. Bununla belə, sabit məbləğdə tutulan alimentin azaldılaraq 40 manat təyin edilməsinə razıdır. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
10. Uşaq Hüquqları haqqında Qanun
Maddə 5 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 19 Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11. “Uşaq hüquqları haqqında” xx.xx.1989-cu il tarixli Konvensiya
Maddə 18 Uuşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı
8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
Məhkəmənin mövqeyi
14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
15. Belə ki, işin faktiki hallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(033)-1029/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı birgə nikahından 05 fevral 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli 2(033)-429/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının dörddə bir hissəsi və əlavə olaraq hər ay 46 manat sabit pul məbləğində aliment artırılaraq qazancının dörddə bir hissəsi və əlavə olaraq 80 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir.
16. Məhkəmə qeyd edir ki, iddiaçı X1 aylıq əmək haqqısı müvafiq tutulmalar çıxıldıqdan sonra 846.74 manat təşkil edir. 846.74 manatın ¼ hissəsi 211 manat təşkil edir. Göründüyü kimi, iddiaçının əmək haqqısından tutulan ¼ hissə aliment 2023-cü ildə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumunu tamamlamır. Cari il üzrə yaşayış minimumu alimentin təyin edilməsində mütləq göstərici olmasa da, yuxarıda qeyd edilmiş qanunvericilik normalarının tələbinə əsasən nəzərə alınmalı əsas göstəricilər sırasındadır. Bundan başqa, iddiaçının aylıq əmək haqqından qeyd edilən hissədə aliment çıxıldıqdan sonra aylıq gəlirin böyük hissəsi yenə də, iddiaçının özünə qalır. Yuxarıda istinad edilən hüquq normalarının tələblərinə görə məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment o halda dəyişdirilə (indiki işdə azaldıla) bilər ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Bu halları iddia edən tərəf sübut etməlidir. Hazırkı işdə, iddiaçı 2019-cu ildə məhkəmə qətnaməsi ilə aliment təyin ediləndən sonra maddi vəziyyətində, sabit məbləğdə tutulması qət edilmiş alimentin tamamilə ləğv edilməsinə əsas olacaq dəyişikliyin olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
Ona görə də, məhkəmə hesab edir ki, alimentin iddiaçının qeyd etdiyi formada azaldılması, yəni sabit məblədə tutulan hissənin tamamilə çıxılması yetkinlik yaşına çatmayanın mənafeləri baxımından yolverilməzdir, ədalətli və ağlabatan deyildir. 17.Bununla belə, məhkəmə iddiaçıdan əmək haqqısının ¼ hissəsindən əlavə sabit məbləğdə tutulması qət edilən alimentin məbləğini nəzərə alaraq hesab edir ki, aliment sabit pul məbləği hissəsində qismən, 40 manat həddində azaldıla bilər. Belə ki, aylıq gəlirinin ¼ hissəsi ilə yanaşı əlavə 40 manat sabit pul məbləğində alimentin tutulması iddiaçı üçün həddən artıq maliyyə yükü yaratmır, (aylıq qazancın daha böyük hissəsi yenə iddiaçının özünə qalır) digər tərəfdən alimentin qeyd edilən məbləğdə azaldılmasına cavabdeh də etiraz etmir. 18.Məhkəmə qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir.
Məhkəmə xərcləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı Nadı̇ r oğlundan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-1029/2019 saylı qətnaməsi ilə tutulan aliment miqdarı azaldılaraq İddiaçı Nadı̇ r oğlundan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının 1/4 hissəsi miqdarında aliment və əlavə olaraq hər ay 40 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir.
22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Nadı̇ r oğlundan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-1029/2019 saylı qətnaməsi ilə tutulan aliment miqdarı azaldılaraq İddiaçı Nadı̇ r oğlundan xx.xx.2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının 1/4 hissəsi miqdarında aliment və əlavə olaraq hər ay 40 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Azaldılmış aliment miqdarı qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.