Məhkəmə qərarları › İş №e-2(010)-3319/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3319/2021

26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3319/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 Tofı̇ q qızına, AR-nın İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi Yanında ƏMDX-nə, AR-nın Dövlət Şəhərsalma və Arxı̇ tektura Komı̇ təsı̇ nə, Suraxanı Rayon İcra Hakı̇ mı̇ yyətinə və Fövqəladə Hallar Nazı̇ rlı̇ yı̇ nə qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Tofı̇ q qızına, AR-nın İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi Yanında ƏMDX-nə, AR-nın Dövlət Şəhərsalma və Arxı̇ tektura Komı̇ təsı̇ nə, Suraxanı Rayon İcra Hakı̇ mı̇ yyətinə və Fövqəladə Hallar Nazı̇ rlı̇ yı̇ nə qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 24.07.2021-ci il tarixdə İddiaçı poçt vasitəsi ilə ərizəsi daxil olmuş və iddiaçı həmin ərizəsində mülki işin baxılmamış saxlanılmasını və məhkəməyə təqdim edilən sənədlərin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin 24.07.2021-ci il tarixində keçirdiyi iclasında tərəflər iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan hazırki mülki iş üzrə məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iş üzrə cavabdehlərə qarşı verdiyi iddia ərizəsinin baxılmamış saxlanması barədə məhkəməyə ərizə təqdim etdiyindən məhkəmə həmin ərizəni baxılmamış saxlamalı və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Tofı̇ q qızına, AR-nın İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi Yanında ƏMDX-nə, AR-nın Dövlət Şəhərsalma və Arxı̇ tektura Komı̇ təsı̇ nə, Suraxanı Rayon İcra Hakı̇ mı̇ yyətinə və Fövqəladə Hallar Nazı̇ rlı̇ yı̇ nə qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar