Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3333/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı “Azevrolizinq» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Azevrolizinq» MMC-nin cavabdehlər Cavabdeh1 Əhmad oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 Əhmad oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 əsasən İddiaçı MMC tərəfindən ödənilmiş 742 manat məbləğində pul və ödənilmiş 30.40 manat dövlət rüsumu, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 19 iyun 2018-ci il tarixli LİZ-1360 saylı “Daxili Lizinq” müqaviləsi əsasında İddiaçı MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA541881 ban nömrəli, qara rəngli avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi" və “Ödəniş cədvəli"nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır, bununla əlaqədar olaraq İddiaçı MMC 10 mart 2021-ci il tarixində lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC-nin iddia ərizəsinə Suraxanı rayon məhkəməsi tərəfindən baxılaraq 08 iyun 2021-ci il tarixli 2(010)- 2090/2021 saylı Qətnamədə İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2021-ci il tarixli LİZ-1360 saylı “Daxili lizinq müqaviləsi”-nin ləğv edilməsi və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə ümumilikdə 408 ( dörd yüz səkkiz) manat 90 (doxsan) qəpik tutulması Suraxanı rayon məhkəməsi tərəfindən qət edilmişdir. Daxili lizinq müqaviləsi”nin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Daewoo Gentra” markalı, **- PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü lizinq alan Cavabdeh1, sürücü Cavabdeh2, sürücü Cavabdeh3 və sürücü Cavabdeh4 AR X7 tərəfindən inzibati qaydada cərimələnmişdirlər. Bu faktı AR X6 portalından alınmış çıxarış təsdiq edir. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Mülki qanunvericiliyə əsasən İddiaçı MMC yazılmış X2 əsasən ümumilikdə 742 manat məbləğində cəriməni ödəmişdir. Məhkəmə iclasında iddiaçı “Azevrolizinq» MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia tələbində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Əhmad oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlər Cavabdeh1 Əhmad oğlunun, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən edilməlidir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 19 iyun 2018-ci il tarixli LİZ-1360 saylı “Daxili Lizinq” müqaviləsi əsasında İddiaçı MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA541881 ban nömrəli, qara rəngli avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdehlər lizinq dövründə bir sıra inzibatı xəta törətmiş və bununla bağlı cərimələnmişlər. Cərimələri Azevrolizinq” MMC tərəfindən ödənilmişdir. Hal-hazırda iddiaçı ödədiyi məbləği tələb etsədə cavabdehlər ödəməmişidir. İddiaçı cavabdehdən 742 manat çəbləğində pul,habelə dövlət rüsumu qismində ödədiyi 30 manat məbləğində pulu tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. İş materiallarında olan AR X6 portalından alınmış çıxarışdan görünür ki, Lizinq alan Cavabdeh1 idarə edərkən 19 oktyabr 2018- ci il tarixli protokol nömrəsi EQ/2218001 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 06 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 26 iyul 2019-cu il tarixli protokol nömrəsi EQ/3012303 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat, 31 avqust 2020-ci il tarixli protokol nömrəsi EQ/4940978 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 5 manat endirim olmaqla cəmi 45 manat, 21 sentyabr 2020-ci il tarixli protokol nömrəsi EQ/4656154 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat, 25 sentyabr 2020ci il tarixli protokol nömrəsi EQ/4656155 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat, 25 sentyabr 2020-ci il tarixli protokol nömrəsi EQ/4656153 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 06 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 24 oktyabr 2020-ci il tarixli protokol nömrəsi EQ/4949362 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 1 manat endirim olmaqla cəmi 9 manat ümumilikdə 326 manat məbləğində cərimə, sürücü Cavabdeh2 idarə edərkən 02 sentyabr 2020- ci il tarixli protokol nömrəsi İXP/3522223 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat, 05 noyabr 2020-ci il tarixli protokol nömrəsi İXP/3615827 inzibati xəta ilə əlaqədar 60 manat əsas, 36 manat dəbbə pulu olmaqla cəmi 96 manat ümumilikdə 176 manat məbləğində cərimə, sürücü Cavabdeh4 idarə edərkən 03 avqust 2019-cu il tarixli protokol nömrəsi EQ/1946401 inzibati xəta ilə əlaqədar 10 manat əsas, 6 manat dəbbə pulu olmaqla cəmi 16 manat, 19 avqust 2019-cu il tarixli protokol nömrəsi EQ/1946403 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat ümumilikdə 96 manat məbləğində cərimə, sürücü Cavabdeh3 idarə edərkən 16 yanvar 2020-ci il tarixli protokol nömrəsi EQ/3303838 inzibati xəta ilə əlaqədar 50 manat əsas, 30 manat dəbbə pulu olmaqla cəmi 80 manat, 19 yanvar 2020-ci il tarixli protokol nömrəsi EQ/3528453 inzibati xəta ilə əlaqədar 40 manat əsas, 24 manat dəbbə pulu olmaqla cəmi 64 manat ümumilikdə 144 manat məbləğində cərimələnmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1114.2-ci maddəsinə əsasən, birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1 326 manat, Cavabdeh2 176 manat, Cavabdeh4 96 manat, Cavabdeh3 144 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.4 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 326 manat, Cavabdeh2 176 manat, Cavabdeh4 96 manat, Cavabdeh3 144 manat məbləğində pul və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 772.4 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-3333/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3333/2022
10.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver