Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-338/2023 08.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh X2 xeyrinə iddiaçının əmək haqqından tutulan alimentin miqdarının azaldılaraq 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilməsi. İddia tələbinin dəlilləri Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 1506/2021 saylı qətnaməsinə əsasən onun üzərinə cavabdeh X2 xeyrinə xx.xx.2012-ci il təvəllüdlü İddiaçı və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün qazancının 1/3 hissəsi məbləğində aliment ödənişi qoyulmuşdur. Bundan başqa Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1506/2021 saylı qətnaməsinə əsasən cavabdeh X2 xeyrinə xx.xx.2012-ci il təvəllüdlü İddiaçı və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün qazancının 1/3 hissəsi miqdarında aliment tutulur. O, yenidən X9 ilə ailə həyatı qurmuşdur və bu evliliyindən xx.xx.2022-ci il təvəllüdlü X10 adında övladı dünyaya gəlmişdir və bu barədə akt qeydləri kitabında 3822 nömrə ilə qeydə alınmışdır. Beləliklə, onun ailə həyatında yeni öhdəlikləri yaranmış və maddi ehtiyaclarının qarşılanması çətinləşmişdir. Digər iki övladına ödədiyi alimentlə yanaşı onun ikinci evliliyindən dünyaya gələn övladının və həyat yoldaşının maddi ehtiyaclarını qarşılamaq kimi bir zərurəti olduğu üçün təyin edilmiş aliment miqdarını verməkdə çətinlik çəkir. Aylıq aliment haqqı bu aliment miqdarını ödəməyə və hazırki ailəsinin maddi ehtiyaclarını qarşılamağa yetmir. Belə ki, əmək haqqından aliment tutulduqdan sonra əmək haqqından 1168 manat qalır ki, həmin məbləğdən də 565 manat aşağıda qeyd etdiyi ipoteka kreditinə yönəldilir. Yerdə qalan 603 manat məbləğ isə öhdəliyində olan ailəsi, övladı və anasının saxlanıılması üçün kifayət etmir. Ailədə yeganə gəlir gətirən şəxs odur. Eyni zamanda qeyd etmək istəyir ki, cavabdehin özünün də əmək haqqısı kifayət yüksəkdir və əlavə olaraq heç bir xərci yoxdur. Onu da qeyd edir ki, uşağın saxlanılması üçün müəyyən edilmiş minimum məbləğin yalnız uşağın atasından tutulmalı olmasına dair heç bir maddi hüquq norması yoxdur. Bildirir ki, cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlakın hal-hazırda kredit borcu onun tərəfindən ödənilir. Belə ki, məhkəmə qətnaməsi ilə ½ hissədə payı müəyyən edilsə də, kredit öhəliyi yalnız onun üzərində qalmışdır. Əlavə olaraq bildirir ki, 63 yaşlı anası X7 onun himayəsindədir və onunla birlikdə yaşayır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1506/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay aylıq gəlirinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Sonradan yenidən ailə qurduğundan və bir övladı dünyaya gəldiyindən xərcləri artmışdır. Həmçinin qətnamənin çıxarıldığı tarixdə Bakı Sağlamlıq Mərkəzində işləyirmiş, həmçinin adını çəkmək istəmədiyi başqa bir qurumda da çalışdığından ondan hər ay üçdə bir hissə kimi ***-**** manat kimi bir aliment tutulurmuş. Hazırda həmin qurumlardan işdən çıxmışdır və bəzi klinikalarda qeyri-rəsmi şəkildə çalışır. Ona görə də ondan üçdə bir hissə kimi əvvəlki məbləğə münasibətdə daha az bir miqdarda aliment tutulsa da, gəliri azaldığından ona sadəcə 1168 manat pul qalır. Həmin pulun 565 manatına isə ipoteka ödənişi etdiyindən ailəsinə və özünə yalnız cəmi 603 manat kimi bir məbləğ qalmış olur. Ailəsinin yeganə gəlir yeri onun aylıq gəliridir. Belə ki, həyat yoldaşı işsizdir. Həmçinin 63 yaşlı anası da hazırda onun himayəsindədir. Anasının təqaüdü vardır. Aliment məbləğinin bu qədər yüksək olması onu maddi cəhətdən pis vəziyyətə salır. Hazırda onun əmək haqqısı təqribən 1600-1700 manatdır və üçdə bir hissəsi çıxıldıqdan sonra ona 1168 manat pul qalmış olur. Ona görə də məhkəmədən alimentin aylıq gəlirindən deyil, sabit pul məbləğində tutulmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1506/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq X4 verilməsi qət edilmişdir. Bakı Sağlamlıq Mərkəzi X13 172/08 saylı, 06 dekabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı, həqiqətən, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi Bakı Sağlamlıq Mərkəzinin Radiologiya şöbəsində 0,5 ştat vahidi əvəzçiliklə şüa diaqnostika üzrə həkim vəzifəsində işləyib. AZEMİS elektron məhkəmə sistemindən görünür ki, İddiaçı BAKİ Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsində həkim (ümumi) vəzifəsində çalışır və əmək haqqı 250 manat təşkil edir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli, 67 nömrəli arayışdan görünür ki, İddiaçı 2019-cu il – yanvar 2021-ci il dövrü üçün pul təminatı belə olmuşdur: dekabr 2019 – aylıq pul təminatı 1554,40 manat və mükafat 2592 manat, yanvar 2020 – aylıq pul təminatı 1554,40 manat və maddi yardım 2446 manat, mart 2020 – aylıq pul təminatı 1554,40 manat və mükafat 250 manat, aprel 2020 – aylıq pul təminatı 1554,40 manat, may 2020 – aylıq pul təminatı 1554,40 manat, iyun 2020 – aylıq pul təminatı 1554,40 manat, iyul 2020 – aylıq pul təminatı 1554,40 manat, avqust 2020 – aylıq pul təminatı 1554,40 manat, sentyabr 2020 – aylıq pul təminatı 1554,40 manat və mükafat 628,25 manat, oktyabr 2020 – aylıq pul təminatı 1554,40 manat, noyabr 2020 – aylıq pul təminatı 1554,40 manat, dekabr 2020 – aylıq pul təminatı 1554,40 manat və 2592 manat, yanvar 2021 – aylıq pul təminatı 1554,40 manat olmaqla bu dövr ərzində cəmi 30 269,85 manat olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 029 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov döngəsi 2 küçəsi, 14 saylı evdə Notariat ofisinin təsdiq etdiyi akta əsasən anası X7 ilə birlikdə həmin ünvanda yaşayır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi 23 iyul 2022-ci il tarixdə tərəfindən verilmiş AZ-İV seriyalı, 767085 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X10 adında uşağı vardır. Uşağın anası X3r. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-6318 nömrəli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təklif edilən ailə mübahisəsi (aliment miqdarının azaldılması) üzrə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. İşin faktiki halları İddiaçı və Cavabdehnun birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X12 doğulmuşdur. Tərəflər arasında olan nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş həmin uşaqların Cavabdeh yanında qalması müəyyən edilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1506/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı əmək haqqından 1/3 hissədə tutulan alimentin 400 manat sabit pul məbləğində alimentlə əvəz edilməsini məhkəmədən xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi İddia tələbindən göründüyü kimi İddiaçı məhkəmə qətnaməsi ilə onun qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında tutulan aliment miqdarının dəyişdirilərək, 400 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, alimentin sabit pul məbləğində tutula bildiyi hallarla bağlı məsələyə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında konkret münasibət bildirilmişdir. Belə ki, həmin qərarda göstərilir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qərarda daha sonra qeyd edilir ki, qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Bundan başqa qərarda konkret olaraq qeyd edilmişdir ki, qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Hazırkı işdən görünür ki, alimentin tutulması ilə bağlı məhkəməyə müraciət edən, yəni xeyrinə aliment tutulan şəxs - Cavabdehdır. Belə olan halda Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ortaya qoyduğu mövqeyə əsasən İddiaçı sabit pul məbləğində aliment tutulması ilə bağlı təşəbbüsü yalnız xeyrinə aliment ödənən şəxs, yəni Cavabdeh göstərə bilər. Hazırkı işdə Cavabdeh iddiaçıdan tutulan alimentin sabit pul məbləğində müəyyən edilməsinə razılıq verməsi də müəyyən edilmir. Odur ki, iddia təmin edilə bilməz.
Məhkəmə xərci Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin azaldılması" tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova