Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3399/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiаçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə faktiki nikah münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X4 adlı bir övladları dünyaya gəlmiş və halhazırda uşaq onun himayəsində yaşayır. Belə ki, Orxanla 2018-ci il tanış olmuş, bir müddət sonra evlənməyi qərara almış və o faktiki olaraq onun qeydiyyatda olduğu evə köçmüşdür, evdə onlardan əlavə olaraq qaynata-qaynanası və baldızı ilə birlikdə bir ilə yaxın müddətdə yaşamışlar, 2019-cu ilin avqust ayında müəyyən səbəblərdən faktiki olaraq yoldaşından ayrılıb atasının evinə qayıtmışdır. Oğlu qeydiyyatda olduğu ünvanda anadan olmuşdur. Orxan uzun zaman oğlu ilə maraqlanmamış, aliment tələb etdiyində qaynanası bildirmişdir ki, Nərimanov rayonunda yerləşən evi satacaqlar və Əliyə ev alacaqlar. Lakin Orxan nə ona, nə də oğluna maddi yardım etməmişdir. Orxan uşağın 2 yaşı olanda gəlib oğlunu görmək istəmiş və atası olduğundan buna etiraz etməmişdir. Sonradan onu dayısı Məhəmmədin Bakıxanov qəsəbəsində yerləşən evinə köçürtmüş və xeyli müddət orada yaşamışlar. O zamanlar Orxan artıq yenidən evlənmişdi. Onlar 6 ay yaşadıqdan sonra cavabdeh uşaqla kobud davrandığından və uşağa şiddət göstərdiyindən həmin mənzili tərk edib yenidən atası gilə qayıtmışdır. Aliment tələbi ilə bağlı mediasiya sessiyasında iştiraka dair ərizə ilə mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilməməsi barədə arayış verilmişdir. Cavabdehlə faktiki nikah münasibətlərindən anadan olmuş Əli onunla birlikdə yaşayır. Cavabdeh uşağın saxlanmasında iştirak etmir və hər hansı məbləğdə maddi yardım etmir və alimentin ödənilməsinə dair aralarında saziş yoxdur. Buna görə də Cavabdeh yetkinlik yaşına çatmamış uşağın saxlanması üçün aliment tutularaq ona ödənilməlidir. Odur ki, Cavabdeh azyaşlı övladları üçün rəsmi alimenti tələb edir. Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiаçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahat verərək bildirmişdir ki, iddiaçı cavabdeh ilə 2018-ci ildə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Faktiki nikah münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X4 adlı bir övladları dünyaya gəlmişdir. Uzun müddət cavabdehə məxsus olan evdə yaşamışlar. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və azyaşlı övladı anasının himayəsindədir. Lakin cavabdeh tərəfindən uşağın saxlanılmasında ona köməklik göstərilmir. İddiaçı kino-teatr kafedə işləyir və gündəlik qazanc məbləği 15 manatdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı bir neçə dəfə evlənmişdir. Azyaşlı övladları - X3 özü ilə birlikdə Türkiyəyə aparmışdır. İddiаçı İddiaçı ona qarşı məhkəmədə iddia qaldırmış, daha sonra bununla bağlı iddia ərizəsini geri götürmüşdür. İddiaçı anasının xəstə olduğunu bildirmiş və onu anasının yanına aparmağını istəmişdir, gedəndən sonra ondan boşanmaq istədiyini bildirmişdir. İddiaçı ona zəng edərək uşağa baxa bilmədiyini demiş və buna görə də o, İddiaçı uşağı ilə birlikdə dayısının evinə aparmışdır. Lakin iddiaçı ona orada da qalmayacağını demişdir. O, aliment ödəməyə razıdır. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək, hər ay uşağın saxlanılması ilə bağlı 246 manat ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materialları.
5. xx.xx.2025-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (iddiaçı) xx.xx.2025-ci il tarixində saat 11:30 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat İMS xərci və 10 manat poçt-kargüzarlıq xərci ödəmişdir.
6. 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə doğulmuş, anası İddiaçı və atası X1r.
İşin faktiki halları.
7. İddiaçı və Cavabdeh faktiki nikahından xx.xx.2019-cu il təvəllüdlü X4 adlı oğlu doğulmuşdur. Hazırda tərəflər birlikdə yaşamır və iddiaçı öz yanında qalan uşağın saxlanılması üçün sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddianı müdafiə etmiş, cavabdeh tərəf isə alimentin qismən tutulmasına razı olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq.
8. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
10.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il № 15 Qərarı.
"8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
11. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Məhkəmənin mövqeyi.
13. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından bir uşaq doğulmuş və bu uşaq hazırda iddiaçının himayəsindədir. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.
14. İddia tələbindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 400 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh isə iddiaçının tələb etdiyi məbləği qismən qəbul etdiyini və iddianın qismən təmin olunmasını bildirmişdir.
15. Bundan başqa məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından bir övladları vardır və hazırda cavabdehin işləməsi, yüksək əmək haqqı alması, həmçinin zəruri vəsaitə malik olması iş materiallarından müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və onların xərclərinin qarşılanması məqsədilə uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 248 manat sabit pul məbləğində aliment tutulmalı olması qənaətinə gəlir.
16. Bundan əlavə məhkəmə qeyd edir ki, 2025-ci il üçün ölkə üzrə 400 manat minimum əmək haqqı müəyyən edilmiş və həmin ilə münasibətdə bir uşağa görə 248 manat sabit pul məbləğində alimentin həddi (248:400)=0.62 misli miqdarında müəyyən edilməli və minimum əmək haqqının dəyişməsi ilə bağlı olaraq sonrakı artımlar da nəzərə alınmalıdır.
17. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının hər ay hər bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.
18. Məhkəmə alimentin hansı tarixdən tutulmağa başlanması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına ərizə ilə müraciət edildiyi tarixdən –xx.xx.2025-ci il tarixdən başlanmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə xərcləri – 49.76 (qırx doqquz manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməli və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. 20.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Məhkəmə xərcləri – 49.76 (qırx doqquz manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova