Məhkəmə qərarları › İş №e-2(010)-3583/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3583/2022

16.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3583/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 193 manat olduğunu nəzərə alaraq, 386 manat məbləğində aliment və əlavə xərclər üçün 100 manat sabit pul məbləğinin, cəmi 486 manat olmaqla Cavabdeh tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o - İddiaçı Cavabdeh ilə 12 sentyabr 2006-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Laçın rayon VVADQ şöbəsində həmin tarixdə 130 saylı nikah aktı qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 anadan olmuşdur. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2-(010)-185/2017 saylı, 19 yanvar 2017-ci il tarixli qətnaməsi iləcavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Həmçinin qeyd edir ki, cavabdeh uzun müddətdir ki, uşaqlara maddi köməklik göstərmir, onların qayğısına qalmır, uşaqlarının istirahətinin səmərəli keçirilməsini təmin etmir, qanunla üzərinə düşən atalıq borcunu yerinə yetirməkdən qəsdən və qərəzli olaraq boyun qaçırır. Hesab edir ki, Cavabdeh öz övladlarına maddi cəhətdən dəstək olmalı və onların qayğısına qalmalıdır. Bu öhdəliklərin yerinə yetirilməməsi uşaqların mənəvi və psixi durumuna öz mənfi təsirini göstərməkdədir. Bu səbəbdən hesab edir ki, rəsmi nikahdan doğulmuş övladları Ayşə Məmmədzadə və Aysel Məmmədzadənin saxlanması üçün yetkinlik yaşına çatanadək hər ay “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həddində aliment və əlavə xərclərə görə sabit pul məbləği cavabdehdən onun xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: - Suraxanı Rayon Məhkəməsinin 2(010)-185/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 12 sentyabr 2006-cı il tarixdə bağlanmış və Laçın rayon VVADQ şöbəsində həmin tarixdə 130 saylı nikah aktı ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 İddiaçı yanında qalması və xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 137 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - xx.xx.2017-ci il tarixli İddiaçı tərəfindən Suraxanı Rayon İcra Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı onunla Cavabdeh arasında barışıq əldə olunduğu üçün Suraxanı Rayon Məhkəməsinin 2(010)-185/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - xx.xx.2017-ci il tarixli Suraxanı Rayon İcra Şöbəsinin Qərarının surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-185/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, hazırki iş üzrə birgə nikahdan olan övladlarının saxlaması üçün aliment tələbinə razı olduğunu bildirdi. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından iki övladları doğulmuşdur. Tərəflərin arasındakı nikah məhkəmə qaydasında pozulmuş və birgə nikahdan olan uşaqların saxlanması üçün qətnamə ilə alimentin tutulması qət edilib icraya yönəldilsə də, icra mərhələsində tərəflər barışəğa gəldikləri üçün iddiaçının ərizəsinə müvafiq olaraq icra icraatına xitam verilmişdir. Hazırda isə İddiaçı yenidən aliment təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə öz növbəsində məhkəməyə ünvanlanmış ərizə ilə aliment tələbinə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat məbləğində aliment təyin edilməsi hisəsində əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat məbləğində aliment təyin edilməsi qanunauyğun və məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, iddia tələbi əlavə xərclər üçün 100 manat sabit pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, Ailə Məcəlləsinin 85.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: Göründüyü kimi, qanunun müəyyən etdiyi bu növ alimenti tələb etmək üçün cavabdehin həmin alimenti ödəməyə zəruri vəsaitinin kifayət qədər olması sübuta yetirilməlidir. Hazırkı işdə isə cavabdehin gəliri barədə sübut mövcud deyil. Bundan başqa, hazırkı işdə əlavə xərclərin tələb edilməsi üçün nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Fı̇ krət oğlundan xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İş üzrə 66.32 manat dövlət rüsumu Cavabdeh tərk̇ ıḞ oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar