Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3656/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Vəlı̇ zadə Vəlı̇ Qı̇ nyaz oğlu, Məmmədov Məmmədı̇ brahı̇ m Raı̇ s oğlu və Cavabdeh3 Əzı̇ z oğluna qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDI: İddiaçı "xxxx" ASC cavabdehlər Vəlı̇ zadə Vəlı̇ Qı̇ nyaz oğlu, Məmmədov Məmmədı̇ brahı̇ m Raı̇ s oğlu və Cavabdeh3 Əzı̇ z oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3990,00 (üç min doqquz yüz doxsan) manat məbləğində sığorta ödənişinin, 60.30 (altmış manat, otuz qəpik) məbləğində dövlət umunun, cəmi 4050,30 (dörd min əlli manat, otuz qəpik) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi ərazisində "xxxx" ASC-də “avtonəqliyyat vasitəsi lərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış, Cavabdeh1 məxsus olan “Mercedes Benz C200” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Toyota Prius minik” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı və “Lexus LX 570 minik” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirmişdir. AR DİN Bakı şəhər Yasamal rayon DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi edilə bilən halın təfərrüatları barədə” arayışına, Yasamal RPİnin TŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarına, İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələrinə əsasən 40,00 manat cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 16 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından müəyyən edilir ki, Cavabdeh2 “Mercedes Benz C200” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh3 bir neçə saatlıq müddətə götürərək yol-nəqliyyat hadisəsi törətmişdir. Mülki Məcəlləyə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəlləyə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında - onun verdiyi sığorta ödənişi həcmində keçir. Sığorta hadisəsi nəticəsində “Lexus LX 570” markalı, ** DF ***dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3100,00 (üç min yüz manat) məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi nəticəsində “Toyota Prius minik” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 890,00 (səkkiz yüz doxsan nat) məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlardan müəyyən olunur ki, qeyd olunan zərərlərin aradan qaldırılması üçün "xxxx" ASC tərəlindən (üç min doqquz yüz doxsan) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş, ‘Mercedes Benz C 200 minik” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta adətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəlindən sığortalanmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2021 -ci il tarixindən xx.xx.2022-ci il tarixinədəkdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında cavabdeh Məmmədov Məmmədı̇ brahı̇ m Raı̇ s oğlu bildirdi ki, “Mercedes Benz C 200 minik” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil Vəlı̇ zadə Vəlı̇ Qı̇ nyaz oğluna məxsusdur və o, avtomobili idarə etmək üçün etibarnamə əsasında Cavabdeh3 Əzı̇ z oğluna vermişdir. O, isə həmin avtomobili etibarnamə olmadan Cavabdeh3 Əzı̇ z oğlundan götürərək idarə etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək hazırkı məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Vəlı̇ zadə Vəlı̇ Qı̇ nyaz oğlu, Məmmədov Məmmədı̇ brahı̇ m Raı̇ s oğlu və Cavabdeh3 Əzı̇ z oğlu məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İş materiallarından görünür ki, “Mercedes Benz C200” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil Vəlı̇ zadə Vəlı̇ Qı̇ nyaz oğluna məxsusdur. - xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Vəlı̇ zadə Vəlı̇ Qı̇ nyaz oğlu ona məxsus olan “Mercedes Benz C200” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh3 1 il müddətinə - xx.xx.2022-ci il tarixədək idarəetmə səlahiyyəti vermişdir. - xx.xx.2021-ci il tarixli, PBA********** nömrəli Sığorta Müqaviləsindən görünür ki, “Mercedes Benz C200” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəlindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 il müddətinə icbari sığorta növündə sığortalanmışdır. - xx.xx.2022-ci il tarixli “İnzibati Tənbehvermə haqqında Qərar”ın surətindən görünür ki, Məmmədov Məmmədı̇ brahı̇ m Raı̇ s oğlu AR İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. - İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Lexus LX 570 minik” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə 3100 manat məbləğində maddi zərər dəymişdir. - İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 414/22 nömrəli sığorta aktından görünür ki, Cavabdeh1 məxsus olan “Mercedes Benz C200” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Toyota Prius minik” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilə 890 manat məbləğində maddi zərər dəymişdir. - İş materiallarından görünür ki, zərəçəkənlərə dəymiş ziyan məbləği "xxxx" ASC tərəlindən ödənilmişdir. - xx.xx.2022-ci il tarixli Qərarın surətindən görünür ki, AR CPM-nın 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, “Mercedes Benz C 200 minik” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil Vəlı̇ zadə Vəlı̇ Qı̇ nyaz oğluna məxsusdur və o, avtomobili idarə etmək üçün etibarnamə əsasında Cavabdeh3 Əzı̇ z oğluna vermişdir. Cavabdeh2 isə həmin avtomobili etibarnamə olmadan Cavabdeh3 Əzı̇ z oğlundan götürərək idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə üçüncü şəxslərə maddi ziyan vurmuşdur. Sığorta şirkəti cavabdehlərin yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olmasını əsas gətirərək ödədiyi sığorta məbləğinin əvəzinin subroqasiya qaydasında tutulmasını xahiş edir. Bununla bağlı, məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Əzı̇ z oğluna münasibətdə əsaslıdır və təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməüzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun tələbindən göründüyü kimi, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdeh Məmmədov Məmmədı̇ brahı̇ m Raı̇ s oğlu yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olmuşdur. Məhkəmə iddia tələbini digər Cavabdeh1 münasibətdə əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Mercedes Benz C 200 minik” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil Vəlı̇ zadə Vəlı̇ Qı̇ nyaz oğluna məxsusdur və o, avtomobili idarə etmək üçün etibarnamə əsasında Cavabdeh3 Əzı̇ z oğluna vermişdir Məhkəmə qeyd edir ki, subroqasiya hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi normaların tələblərindən göründüyü kimi, subroqaqsiya hüququnun yaranmasının əsas şərti zərərvuranın təqsirli hərəkətlərinin olmasıdır. Yəni, geriyə tələb hüququ məhz şəxsin təqsirli hərəkətinə görə yaranır. Bu qəbildən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı işdə cavabdeh Məmmədov Məmmədı̇ brahı̇ m Raı̇ s oğlunun və Cavabdeh3 Əzı̇ z oğlunun (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə olunmağa verilməsi) təqsirinin olması iş materialları və cavabdehin izahatı ilə sübut edilsə də, lakin digər Cavabdeh1 qəzada hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Çünki, Cavabdeh1 qəza törədilən avtomobili qanuni əsasla digər Cavabdeh3 vermişdir və ona görə də, avtomobilə görə məsuliyyəti Cavabdeh1 daşıya bilməzdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Məmmədov Məmmədı̇ brahı̇ m Raı̇ s oğlu və Cavabdeh3 Əzı̇ z oğlundan 3990 manat məbləğində sığorta ödənişi və 60.30 manat dövlət rüsumu olmaqla cəmi 4050.30 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-3656/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3656/2022
21.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver